Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə113/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   109   110   111   112   113   114   115   116   ...   140

__________________________________________ 

383


 

təbrik etdim. Gürcüstanla Azərbaycan arasında çox gözəl 

dostluq,  əməkdaşlıq  əlaqələri vardır. Bizim xalqlarımız  əsrlər 

boyu dostluq ediblər.  İndi müstəqil dövlətlər kimi, Cənubi 

Qafqazda olan müstəqil dövlətlər kimi, Gürcüstanla 

Azərbaycanın  əlaqələri, hesab edirəm ki, nümunə ola bilər. 

Xüsusən son vaxtlar Xəzər dənizinin enerji ehtiyatlarından 

istifadə olunması  üçün,   yəni  sizə söylədiyim  müqavilənin  

həyata keçirilməsi üçün Bakıdan Gürcüstan ərazisi ilə Qara 

dənizdəki Supsa limanına neft kəmərinin çəkilməsi və 

Azərbaycandan Türkiyəyə  nəzərdə tutulan Bakı-Ceyhan neft 

kəmərinin Gürcüstandan çəkilməsi - bunlar hamısı bizim 

Gürcüstanla nə  qədər sıx  əməkdaşlıq etdiyimizi göstərir. Biz 

arzu edirik ki, təkcə Gürcüstanla Azərbaycan arasında yox, 

bütün Cənubi Qafqaz  ölkələri   arasında  sülh   olsun,  

mehribanlıq  olsun, əməkdaşlıq olsun. 

Sizin Avropa Şurasının parlamentlər vasitəsilə  Cənubi 

Qafqaz ölkələrində, onların arasında bir-birinə munasibət, inam 

yaranması üçün apardığınız tədbirlər də,  şübhəsiz ki, 

əhəmiyyətlidir. Biz bu tədbirlərin - mart ayında üç ölkənin, yəni 

Gürcüstan, Ermənistan və Azərbaycanın parlamentləri 

sədrlərinin Fransada sizin rəhbərliyiniz altında keçirilən 

görüşünün, sonra Tbilisidəki görüşünün məhz Ermənistan -

Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll olunması  nəqsədi 

daşıdığını əsas götürürük. 

Bizim başqa problemlərimiz də çoxdur. Onların hamısını 

danışsam gərək biz bir neçə saat söhbət edək. Ancaq mən əsas 

problem haqqında sizə dedim və sizi əmin edirəm ki, əgər bu 

əsas problem həll olunsa, sülh yaransa qalan problemlərin 

hamısı - həm daxili, həm xarici problemlər daha asanlıqla həll 

oluna bilər. Ona görə  mən sizə müraciət edirəm ki, siz və 

ümumiyyətlə, Avropa Şurası  Cənubi Qafqazda tam sülhün

əmin-amanlığın,  ədalətli sülhün yaranmasına bundan sonra da 

çalışasınız və bizə kömək edəsiniz. 

 



__________________________________________ 

384


 

Bəlkə siz mənim bu sözlərimi dinləməkdən yoruldunuz. 

Ancaq mən sizin sualınıza cavab olaraq bunları deyirəm. 

Rassel - Conston: Cənab prezident, həqiqətən mən 

verdiyiniz geniş şərhə görə Sizə çox minnətdaram. Siz dünyanın 

müxtəlif ölkələrindən burada işləyən, Azərbaycanın iqtisadi 

inkişafında iştirak edən neft şirkətlərinin, o cümlədən «Bi-

Pi»nin adını  çəkdiniz.  Əlbəttə, ilk əvvəl deməliyəm ki, mən 

özüm böyük britaniyalı - şotlandiyalıyam. 

Cənab prezident, artıq yeddi aydır ki, Avropa Şurasının 

Parlament Assambleyasına sədr seçilmişəm və bu müddət 

ərzində çalışmışam unudum ki, britaniyalıyam, şotlandiyalıyam. 

Çalışıram tam avropalı kimi hərəkət edim, yəni 41 Avropa 

ölkəsi üçün işləyim. Biz üzv olan hər ölkənin nümayəndələri ilə 

görüşərkən, söhbət edərkən çalışırıq bunu əsas tutub onlara 

deyək ki, bilirik, sizin ölkənizin milli maraqları vardır. Lakin biz 

həmin milli maraqları adlamağa, onlardan daha irəli getməyə 

çalışırıq. İstəyirik ümumi maraqlar, dəyərlər üçün işləyək ki, hər 

bir ölkə buradan öz xeyrini götürə bilsin. 

Cənab prezident, Sizə minnətdarlığımı bildirmək istəyirəm 

ki, özünüzün də dediyiniz kimi, bu çətin, ağrılı problemin 

öhdəsindən gəlməyə çalışırsınız.  Əlinizdən gələni edirsiniz ki, 

bu problemi həll edəsiniz. Əlbəttə, mən bu gün Dağlıq Qarabağ 

münaqişəsinin nəticəsi kimi qaçqın düşmüş insanları gördüm. 

Onların vəziyyəti, şəraiti həqiqətən çox çətindir. Sadəcə olaraq

bizim bu gün çalışdığımız xüsusilə müstəsna çətinliklər dövrünü 

unutdurmaqdan, azərbaycanlıları  və erməniləri sivil yolla bir-

biri ilə söhbət etməyə, razılığa gəlməyə  dəvət etməkdən 

ibarətdir. 

Mən Tbilisidə olan görüşlərin birini müşahidə edirdim. 

Orada, düzü, Gürcüstan nümayəndələri azlıq təşkil edirdilər. 

Əsasən Ermənistan və Azərbaycan nümayəndələri öz aralarında 

söhbət aparırdılar. Onlar insan hüquqlarının tətbiq 

  



__________________________________________ 

385


 

olunmasının nəzəri cəhəti haqqında deyil, praktiki həlli 

haqqında söhbət edirdilər. Yəni, aydındır ki, nəzəriyyədən 

praktikaya keçdikdə yerlərdə həm məhkəmənin, həm polisin işi 

nəzərə alınmalıdır. 

Hazırda bizim işimiz ondan ibarətdir ki, aydın məsələdir. 

Dağlıq Qarabağ problemi Sizinlə Koçaryanın danışıqlarından 

sonra öz həllini tapacaqdır. Hər iki ölkənin baş nazirləri razılığa 

gələcəklər və yaxud da xarici işlər nazirləri öz aralarında razılıq 

əldə edəcəklər. Eyni zamanda Minsk qrupu bu işə yeni bir 

məqam gətirəcək və bu məsələnin həll olunmasına yardım 

edəcəkdir. 

Lakin bütün bu müddət  ərzində biz boş qalmırıq, öz işimizi 

davam etdiririk. İki ölkənin parlamentləri arasında görüşlərin 

keçirilməsinə  əlimizdən gələn köməyi edirik. Yəni aydın 

məsələdir ki, siz razılığa gəldikdən sonra istər-istəməz bu razılıq 

hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiyadan 

keçməlidir. Bizim də  əsas məqsədimiz ondan ibarətdir ki, 

parlamentlər bütün bu müddət  ərzində bir-birinə düşmən kimi 

baxmasınlar, əməkdaşlığa indidən başlasınlar. 

Cənab prezident, sonda isə Sizə başqa bir sual vermək 

istərdim.  Əlbəttə, Siz özünüz qərara alacaqsınız ki, bu suala 

cavabı  mətbuat nümayəndələri burada ola-ola verəsiniz, yoxsa 

onlarsız. Məlumdur ki, bu məsələ hazırda həm Yerevanda, həm 

Tbilisidə, həm də Bakıda böyük narahatlıq doğurur. Bu məsələ 

eləcə  də  ətraf regionda narahatlıq doğurur, bütün keçmiş SSRİ 

ərazisində  və  həmçinin Avropada bu məsələdən çox 

narahatdırlar. Açığın desəm, mən heç bilmirəm ki, bu məsələnin 

həllinə biz Avropa Şurası kimi və yaxud elə ATƏT-in özü necə 

yardım edə bilər. Mən Dağıstanda olan hadisələri, oradakı 

məsələləri nəzərdə tuturam. İstəyirəm ki, Siz buna öz 

münamilbtinizi bildirəsiniz. Çünki məlumdur ki, bu hadisələr 

bütün  əraziyə öz təsirini göstərir. Xüsusilə  də bu məsələlərdən 

sonra Rusiya ərazisində olan bomba partlayışları hamımızı 

narahat 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə