Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə109/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   105   106   107   108   109   110   111   112   ...   140

__________________________________________ 

371


 

Üçün qətiyyən uyğun deyildir. Siz bunu niyə deyirsiniz - mən 

başa düşə bilmirəm.  Əgər bizim münasibətlərimiz Fransa və 

Almaniyanın  əlaqələri səviyyəsində olsaydı, başqa məsələ. Siz 

1950-ci illəri misal gətirirsiniz. Mən sizə dedim, birinci, Avropa 

parçalandı və Almaniya ilə Fransa arasında sülh yarandı. Onlar 

sülh yaranandan sonra bu işləri etdilər. İndi onlar bundan da çox 

iş görürlər. Bizdə də sülh yaranandan sonra bu sahədə onlardan 

daha sürətlə işləyərik. Amma sülh yaranmamış bunu necə etmək 

olar? 


Bilirsiniz, mən açıq danışmaq istəyirəm.  Əgər formal bir 

forum keçirmək məqsədi varsa, bunun əhəmiyyəti yoxdur. 

Çünki bugünkü reallıq buna imkan vermir. Mən çadırda yaşayan 

qaçqınlara izah edə bilmərəm ki, onların torpaqları nə üçün işğal 

olunubdur. Onlar çadırlarda yaşayır, mən gedib hansı iqtisadi 

əməkdaşlıqla məşğul ola bilərəm? 

Bir neçə gün bundan öncə  mən ATƏT-in Minsk qrupunda 

ABŞ-ın xüsusi nümayəndəsi Keri Kavano ilə görüşdüm. Güman 

edirəm, bizim söhbətimizin məzmunu sizə  məlumdur. Ancaq 

mən bu barədə bir neçə kəlmə yenə də demək istəyirəm. 

Biz Amerika Birləşmiş  Ştatlarına bel bağlamışıq. Lissabon 

sammitindən sonra, 1997-ci iİin  əvvəlində biz çox istədik ki, 

Amerika Birləşmiş  Ştatları Minsk qrupunda həmsədrlik etsin. 

Amerika bu missiyanı öz üzərinə götürdü. Amma o vaxtdan 3 il 

keçilə, biz noyabr ayında ATƏT-in növbəti sammitinə 

gedəcəyik. Amerika Birləşmiş Ştatları bu münaqişənin sülh yolu 

ilə həll olunması üçün nə edilədir? Etdiyi o olmuşdur ki, keçən 

ilin noyabr ayında Rusiyanın layihəsinə  səs verib, gəlib bizə 

dedilər «ümumi dövlət» formulunu qəbul edin, beləliklə  də 

Dağlıq Qarabağa müstəqillik verin. Biz bunu qəbul edə 

bilmərik. Hətta indi də Amerika Konqresində deyirlər ki, gəlin 

Azərbaycana daha da məhdudiyyət qoyaq, - nə üçün o, «ümumi 

dövlət» formulunu qəbul etmir? Ermənistan da bunu 

  



__________________________________________ 

372


 

əlində bayraq edərək hər yerdə deyir ki, «Minsk qrupu çox yaxşı 

təklif veribdir, Azərbaycan onu qəbul etmir, ona görə  də sülh 

yarana bilmir». Bizə bu məsələnin həll olunması lazımdır. Bu 

məsələ  həll ediləndən sonra başqa məsələlərin həlli çətin bir 

problem olmayacaqdır. Mən sizə dedim, indi, bu məsələ  həll 

olunmamış, biz gedilə oturub əməkdaşlıqdan danışaq, - bu, real 

deyildir, biz bunu edə bilmərik. 

Siz ekologiya, su sahəsində bir-iki layihədən danışdınız. Mən 

də bununla razıyam. Ancaq bundan ötrü forum keçirmək lazım 

deyildir. Yenə də deyirəm, xanım Olbrayt təklif etmişdi, qoy baş 

nazirlər Tbilisidə görüşsünlər, bu sahədə hansı  işlər görmək 

mümkündürsə, ilkin mülahizələr aparsınlar. Ondan sonra görək 

hansı layihəni həyata keçirmək olar. Həmin layihəni həyata 

keçirmək üçün bəlkə də bir forum lazımdır. 

İndi siz deyirsiniz ki, təbii fəlakət, yaxud zəlzələ olanda bir-

birinizə necə kömək edəcəksiniz? Siz tarixi xatırlayın. 1989-cu 

ildə Ermənistanda, Spitakda zəlzələ oldu. Azərbaycanla 

Ermənistan arasında münaqişə başlanmasına baxmayaraq, 

Azərbaycan öz köməyini göstərmək üçün oraya bir təyyarədə 

yüzə  qədər insan göndərdi. Ancaq bizim təyyarəni orada qəbul 

etmədilər. Həmin təyyarə orada qəzaya uğradı, bizim insanlar 

tələf oldular. Bu, hələ o vaxt idi ki, bizim aramızda belə bir 

düşmənçilik yox idi. Nə torpaqlar işğal olunmuşdu, nə  də 

qaçqınlar var idi, - heç bir şey yox idi. Amma görürsünüz, onlar 

necə münasibət göstərdilər.  İndi biz bu gün necə gedib danışa 

bilərik ki, zəlzələ olanda gəlin bir-birimizə kömək edək? 

Zəlzələ olanda onsuz da dövlətlər bir-birinə kömək edirlər. 

Məsələn, Türkiyədə böyük zəlzələ baş verdi. Prezident 

Süleyman Dəmirəl mənə danışırdı ki, oraya 60 ölkədən 

xilasedicilər gəlmişdilər.  İmkanlarımızın məhdud olmasına 

baxmayaraq, biz orada həkimlər, xilasedicilər və xüsusən, İzmit 

neftayırma zavodundakı yanğının söndürülməsi üçün 

yanğınsöndürənlər də göndərdik. Onlar orada böyük bir 

fəaliyyət göstərdilər. 



__________________________________________ 

373


  

Türkiyə ilə bizim bu barədə heç bir müqaviləmiz, danışığımız 

və layihəmiz yox idi. 

Belə  hərəkətlər dünyada təbii haldır.  İndi bu hadisəni  əsas 

götürərək başlayaq ki, Ermənistanla bu sahədə  əməkdaşlıq 

etmək istəyirik, gəlin forumda bu barədə danışaq, - mən bunu 

başa düşə bilmirəm. 

Yenə də deyirəm, biz Amerika Birləşmiş Ştatları ilə iqtisadi 

sahədə çox geniş  əməkdaşlıq edirik. Biz beş il bundan əvvəl 

«Əsrin müqaviləsi» adlı neft müqaviləsi imzalamışıq. Ondan 

sonra 19 müqavilə imzalanıbdır. Onların  əksəriyyətində 

Amerikanın neft şirkətləri iştirak edirlər. Biz bir çox başqa 

sahələrdə də əməkdaşlıq edirik. 

Amerika Bakı-Ceyhan neft kəmərinin çəkilişində maraqlıdır, 

biz də bunda maraqlıyıq. Yaxud Transxəzər layihəsini -

Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycana gəlib 

Türkiyəyə keçməsi layihəsini dəstəkləyirik. Bunlar regional 

əməkdaşlıq üçün çox böyük layihələrdir. Transxəzər layihəsi - 

bu xətt Türkmənistandan, Azərbaycandan, Gürcüstandan, 

Türkiyədən keçir. Yaxud, Bakı-Ceyhan kəməri Azərbaycandan, 

Gürcüstandan, Türkiyədən keçir və burada Amerikanın və 

Avropanın bir çox şirkətləri iştirak edəcəklər. Yəni biz harada 

mümkündür, real əməkdaşlıq edirik və bundan sonra da 

edəcəyik. Amma biz özümüz-özümüzü aldadaraq, niyə gedib 

real olmayan işlərlə məşğul olmalıyıq? 

Mən yenə  də gözləyirəm ki, Amerika Birləşmiş  Ştatları 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll 

olunması üçün təsirli addımlar atsın. Ancaq siz bizə elə layihələr 

deyirsiniz ki, bunun heç bir əhəmiyyəti yoxdur. 

Nəhayət, mən konkret olaraq deyirəm: baş nazirlər Tbilisidə 

görüşə bilərlər, hansı layihələr mümkündür - o barədə müəyyən 

müzakirə apara bilərlər. Amma qısa bir müddət, cəmisi bir ay 

qalıbdır. Mən bir ay bundan sonra böyük bir forum keçirilməsini 

təsəvvür edə bilmirəm. Sağ olun. 

 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə