Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə106/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   102   103   104   105   106   107   108   109   ...   140

__________________________________________ 

362


 

Prezident  Şevardnadze Sizin fikrinizlə çox maraqlanır ki, 

birinci görüşə kimləri dəvət etsin. Onunla görüşdə bizə belə 

məlum oldu ki, o, oktyabrda foruma kimlərin dəvət olunacağını 

Sizinlə Yaltada müzakirə edəcəkdir. Mən hər iki prezidentlə 

onlar Yaltaya getməzdən  əvvəl həmin forumda hansı  fəaliyyət 

növlərinin müzakirə ediləcəyi barədə söhbətlər aparmışam. Biz 

təklif etmişik ki, söhbətlər iki səviyyədə aparılsın: birincisi, 

geniş mövzular müzakirə olunsun, ikincisi isə dar çərçivədə 

müzakirələr keçirilsin. Geniş  səpkidə aparılacaq müzakirələrdə 

enerji, su, gömrük və  nəqliyyat məsələləri müzakirə 

olunacaqdır. Dar çərçivədə aparılacaq müzakirələrdə  rəsmilər 

iştirak edəcəklər. Bundan əlavə, qəzet redaktorları, jurnalistər 

görüşəcək və fikir  mübadiləsi aparacaqlar. Eyni zamanda 

gündəliyə  tələbə mübadiləsi, təhlükəli hallarda, təbii fəlakətlər 

zamanı  əməkdaşlıq məsələləri də daxildir. Sizə  məlum olduğu 

kimi, üç ölkə arasında tələbə mübadiləsi, eləcə  də 

parlamentlərarası mübadilə vardır. 

Cənab prezident, biz buraya ona görə  gəlmişik ki, Sizin 

fikrinizi öyrənək. Xüsusilə, maraqlanırıq ki, Yaltada bu haqda, 

yəni Qafqaz forumu haqqında fikir  mübadiləsi aparmısınızmı? 

Yəni, oktyabrda keçiriləcək ilk görüşdə iştirakı nəzərdə tutulan 

nümayəndələri müzakirə etmisinizmi? Bəlkə adını  çəkdiyim 

layihələrə Sizin də bəzi tövsiyələriniz vardır. 



Heydər  Əliyev:  Təşəkkür edirəm. Mən aprel ayında 

Vaşinqtonda olarkən dövlət katibi xanım Olbraytın təşəbbüsü ilə 

və himayəsi altında üç Qafqaz ölkəsi prezidentlərinin görüşünü 

çox əhəmiyyətli hesab edirəm. Onu da əhəmiyyətli hesab edirəm 

ki, bu görüşdə, siz qeyd etdiyiniz kimi, Azərbaycanla, 

Gürcüstanla, Ermənistanla bağlı olan, yəni  əlaqələri olan bir 

neçə ölkənin xarici işlər nazirləri də iştirak edirdilər. Orada biz - 

hər ölkənin prezidenti öz fikrini bildirdi. Mən  şəxsən hesab 

edirəm ki, belə bir fikir  mübadiləsi bizim gələcəkdə regional 

əməkdaşlıq etməyimiz üçün çox  vacibdir. 

  



__________________________________________ 

363


 

 

Xanım Olbraytdan aldığımız məktubda sonra belə təklif irəli 



sürülmüşdü ki, Tbilisidə Gürcüstanın, Azərbaycanın, 

Ermənistanın baş nazirləri görüşsünlər və iqtisadi əməkdaşlıq 

məsələlərinin yollarını, yaxud da ki, bu sahədə olan imkanları 

araşdırsınlar. Amma siz indi çox geniş  tərkibli bir forum təklif 

edirsiniz. Mən düzü, bunun dərin mənasını anlaya bilmirəm. 

Mən Yaltada prezident Şevardnadze ilə görüşüb bir neçə 

məsələni müzakirə etdim. Biz bu məsələni müzakirə etmədik. O, 

sadəcə, mənə söylədi ki, belə bir təklif var. Mən də dedim ki, bu 

barədə düşünmək lazımdır. 

Mənim prezident Koçaryanla da görüşüm oldu. Ancaq bu 

görüşümüz yalnız və yalnız Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə  həll olunması problemlərinə  həsr 

edilmişdir. Vəziyyət belədir. Ancaq bunlara baxmayaraq mən 

sizin indi verdiyiniz təkliflər haqqında münasibətimizi bildirmək 

istəyirəm. 

Hər bir regional əməkdaşlıq   çox faydalıdır. Məsələn, hesab 

edirəm ki, sentyabr ayının 10-11-də Yaltada keçirilmiş konfrans 

böyük və  hətta deyə bilərəm, tarixi əhəmiyyətə malikdir. 

Əvvəlcə, bu konfrans hazırlanarkən belə bir təsəvvür yaranmışdı 

ki, burada sadəcə, Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı  

Baltikyanı    Ölkələrin  İqtisadi  Əməkdaşlıq Təşkilatı ilə birləşir, 

yəni bunların birləşmə prosesi gedir. Əslində isə konfrans daha 

geniş bir məna nümayiş etdirdi. O da ondan ibarət  oldu  ki,   

1945-ci ildə böyük dövlətlərin başçıları - Stalin, Çörçill, Ruzvelt 

Yaltada Avropanı nüfuz dairələrinə bölmüşlər və beləliklə, 

Avropanı parçalamışlar. Bunun nəticəsində Avropaya mənsub 

olan bir çox ölkələr, yəni   Şərqi   Avropa   ölkələri,   Baltikyanı   

ölkələr, Sovetlər  İttifaqına mənsub olan bir neçə ölkə, o 

cümlədən Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan - bunlar 

dünyada gedən proseslərdən məhrum olmuşlar. Çünki bundan 

dərhal sonra - 

  



__________________________________________ 

364


 

1946-cı ildə «soyuq müharibə» başlanmışdır. Almaniya 

parçalanmış, Avropa parçalanmış, «soyuq müharibə» başlanmış 

və 50 il bu ölkələr çox çətin bir dövr yaşamışlar. 

Ona görə də bu Yalta konfransını mən şəxsən - orada da öz 

fikrimi dedim - böyük tarixi əhəmiyyətli hadisə hesab edirəm. 

Hesab edirəm ki, biz orada artıq 1945-ci il Yalta konfransını və 

onun mənfi nəticələrini tamamilə  dəfn etdik və Avropada 

birləşmə, inteqrasiya prosesi - demək, Avropanın parçalanması, 

bölünməsi nəticəsində Avropa dəyərlərindən, ümumdünya 

dəyərlərindən məhrum olan ölkələrin bu dəyərlərə bağlanması, 

bu dəyərlərdən istifadə etməsi prosesi - şübhəsiz ki, başlayıbdır, 

bundan sonra daha da geniş inkişaf edəcəkdir. 

Mən hiss etdim və bu, məni çox sevindirdi ki, bütün bu 

ölkələrdə indi çox ağır və  çətin problemlər olmasına 

baxmayaraq, həmin ölkələr - hər ölkənin başçısı bunu bildirirdi -

birinci növbədə öz müstəqilliklərindən ötrü çox sevinirlər və bu 

müstəqilliyi daim yaşatmaq istəyirlər və çox əməkdaşlıq etmək 

istəyirlər. Azərbaycan bu əməkdaşlığa hazırdır və bu prosesdə 

iştirak edəcəkdir. 

Yəni indi belə regional əməkdaşlıq təşkilatları,  şübhəsiz ki, 

çox əhəmiyyətlidir. Amma Qafqazda vəziyyət çox fərqlidir. 

Məsələn, siz bu forumu üç Cənubi Qafqaz ölkəsinin forumu 

kimi nəzərdə tutursunuz. Burada üç ölkənin eyni səviyyədə 

əməkdaşlıq etməsi çox çətin bir şeydir. 

Gürcüstan üçün burada çətin bir problem yoxdur. Çünki 

Gürcüstanın Azərbaycanla çox gözəl əlaqələri var və çox geniş 

əməkdaşlığı vardır. Bunu biz çox yüksək qiymətləndiririk və bu 

əməkdaşlığı da genişləndiririk. Siz bilirsiniz ki, bu əməkdaşlığın 

böyük bir hissəsi də  Xəzər dənizində hasil olunan Azərbaycan 

neftinin dünya bazarlarına çıxarılması ilə bağlıdır. Biz həm ilkin 

neftin nəqli üçün Bakı-Supsa neft kəmərini yaratdıq, həm  də  

böyük  neft  kəmərinin,   Bakı- 

  

 




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə