Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə108/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   104   105   106   107   108   109   110   111   ...   140

__________________________________________ 

368


 

beynəlxalq təşkilatlara deyirik, Ermənistan tərəfi də öz fikir 

lərini bildirir. Ancaq nəticə yoxdur. Düzü, mən anlaya bilmirəm 

ki, belə bir forumun keçirilməsi nə qədər məqsədə-uyğundur. 



Uilyam Teylor: Cənab prezident, həmin forum haqqında öz 

fikrimizi bildirməyə imkan yaratdığınıza görə Sizə  təşəkkür 

edirəm. 

İcazə verin bildirim ki, bu Yalta beynəlxalq konfransına Sizin 

münasibətiniz, xüsusilə, həmin konfransı 1945-ci ildə keçirilmiş 

konfransla müqayisəniz çox maraqlı idi. Biz öz aramızda 

müəyyən fikir  mübadiləsi etmişik və Avropa regionunun 

qayğıları  və onun Qafqaz bölgəsi ilə  əlaqələri haqqında da 

müzakirələr aparmışıq. 

Avropada dəmir filizi və kömür istehsalı ilə  məşğul olan 

təşkilatlar müəyyən razılıq  əldə etmişlər və bu sahədə 

əməkdaşlığa hazırdırlar. 



Heydər Əliyev: Kiminlə, Qafqaz ölkələri ilə? 

Uilyam Teylor: Avropa ölkələri öz aralarında belə razılığa 

gəlmişlər. Dəmir filizi və kömür istehsalı ilə  məşğul olan 

təşkilatların  əməkdaşlığı ona əsaslanır ki, onlar Fransada və 

Almaniyadakı dəmir filizi ehtiyatlarından yenidən istifadə etmək 

fikrindədirlər. 1950-ci illərdə keçirilmiş iqtisadi konfransların 

mənası ondan ibarət idi ki, bir qədər  əvvəl iki cəbhədə olan 

tərəflər bir-biri ilə  əməkdaşlığa başlayırdılar. Onlar elə iqtisadi 

problemlərlə üzləşmişdilər ki, bu problemlərin öhdəsindən 

yalnız birlikdə gələ bilərdilər. 

Mənə elə  gəlir ki, Sizin siyasi cəhətdən narahatlığınız 

tamamilə ədalətlidir. Ona görə də Sizə bir neçə sualla müraciət 

etmək istəyirəm. Münaqişənin siyasi yolla həllinə qədər hansısa 

məsələdə bizim yardımımız ola bilərmi? Bəlkə elə bir razılığa 

gələk ki, biz müəyyən layihələr hazırlayaq, bu layihələrin siyasi 

mənası olmasın, lakin həmin layihələri forumun çətiri altında 

həyata keçirək. Mən bir qədər əvvəl təbii fəlakətlərlə - 

  



__________________________________________ 

369


sel, zəlzələ, yanğın hadisəsi baş verərsə - bunlarla əlaqədar üç 

ölkənin əməkdaşlığından bəhs etmişdim. 

Mənim fikrimcə, Azərbaycan, Gürcüstan, Ermənistan 

alimləri belə  təbii fəlakətlərlə  əlaqədar bir araya gəlib ümumi 

problemlər üzərində  işləyə bilərlər. Bilirəm ki, üç ölkə hava 

nəqliyyatı sahəsində  əməkdaşlıq edərsə, bu, həm maliyyə 

cəhətdən, həm də ümumiyyətlə, çox maraqlı və əhəmiyyətli ola 

bilər. Fikrimcə, eyni zamanda, tələbələr, qəzet redaktorları, 

hüquqşünaslar arasında da fikir  mübadiləsi çox faydalı olar. 

Digər layihələr də var. Onları  aşağı  həcmdə olan layihələr də 

adlandırmaq mümkündür. 

Siz özünüz də bildirdiniz ki, su və ekologiya məsələləri 

münaqişədə sülh əldə edilməmişdən  əvvəl də müzakirə oluna 

bilər. Mənə elə  gəlir ki, geniş aspektli konkret bir layihənin 

müzakirəsi də fayda verə bilər. Açığını desəm, biz enerji, su, 

nəqliyyat sahəsində layihələri Sizə bilərəkdən təklif edirdik. 

Bilirdik ki, Siz bunların hamısı ilə razılaşmayacaqsınız. Amma 

ümid edirik ki, münaqişənin sülh yolu ilə həll edilməsinə qədər 

bu layihələrdən heç olmasa birini işləmək mümkün olacaqdır. 

Əgər Siz buyursanız ki, məsələn, ekologiya və su layihələri 

ilə  əlaqədar işdə irəli gedin, biz bunların üzərində  işləyərək və 

həmin işə donorları da cəlb edərik. Siz etiraz etməsəniz, biz təbii 

fəlakət üzrə alimlərin bir yerə  yığışması, tələbələrin fikir  

mübadiləsi aparması  məsələləri ilə  əlaqədar razılıq  əldə edə 

bilərik. Mənim fikrimcə, nəqliyyat sahəsində əməkdaşlıq barədə 

layihə  də çox əhəmiyyətli olardı. Ancaq bu layihənin həyata 

keçirilməsi münaqişə həll edilənə qədər gözləyə bilər. 

Siz özünüz də dediniz ki, Azərbaycan ilə Gürcüstan və 

Gürcüstan ilə Ermənistan arasında da ayrı-ayrılıqda bir sıra 

layihələri həyata keçirmək mümkündür. Biz bu gün Azərbaycan 

Dövlət Gömrük Komitəsinin sədri ilə görüşmüşük. O da 

Azərbaycan   ilə   Gürcüstan   və   Gürcüstanla   Ermənistan 

  



__________________________________________ 

370


 

arasında gömrük sahəsində ayrılıqda  əməkdaşlıq etməyin 

vacibliyini bildirdi. 

Azərbaycana səfərə  gəlməyimizin  əsas məqsədi ondan 

ibarətdir ki, - biz öz məsuliyyətimizi tam dərk edirik - hansı 

layihələrin həyata keçirilməsinin mümkünlüyünü öyrənmək 

istəyirik. Bu layihələri Sizə təklif edərkən əvvəlcədən bilirdik ki, 

bütün bu layihələr işləməyəcəkdir, onların bir çoxunu sonralar 

həyata keçirmək mümkündür. Amma biz bilərəkdən Qafqazın 

hər üç ölkəsinin prezidentlərinə müraciət etdik ki, həmin 

layihələrdən hansının həyata keçirilməsinin mümkün olduğunu 

öyrənək. 

Digər bir fikir  ondan ibarətdir ki, nəqliyyat nazirləri, gömrük 

komitələrinin sədrləri Oktyabr forumundan sonra bir yerə 

yığışsınlar, Azərbaycan-Gürcüstan, Gürcüstan-Ermənistan 

əməkdaşlığını müzakirə etsinlər. 

Cənab prezident, istəyirik ki, Sizdən öyrənək, bu gün və 

gələcəkdə  nə etmək olar? Siz etiraz etmirsinizsə, biz bu, 

ekologiya sahəsində layihələrin həyata keçirilməsi, alimlər, 

deputatlar arasında fikir  mübadiləsi aparılması, tələbə 

mübadiləsi edilməsi məsələləri üzərində işləməyə hazırıq. 

Cənab prezident, biz Sizin bütün narahatlığınızı anlayırıq. 

Mənə elə  gəlir ki, Siz, Eduard Şevardnadze, Robert Koçaryan 

forumun gündəliyi haqqında razılığa gələcəksiniz. Ümid edirəm 

ki, Tbilisi görüşündən sonra Bakıda və Yerevanda da bu cür 

görüşlər keçiriləcək və bunlar başlanmış dialoqun davamı 

olacaqdır. 

Heydər Əliyev: Bilirsiniz, mən bu barədə fikir lərimi dedim. 

Sizin bu izahatınızdan sonra bir daha təkrar edim ki, mən bu 

barədə fikir lərimi bildirmişəm. Belə bir forumun keçirilməsi 

üçün prinsip etibarilə  əsas lazımdır. Həmin  əsas da Cənubi 

Qafqazda olan reallıqdan ibarətdir. 

Siz Fransa və Almaniya dəmir filizi və kömür yataqlarının 

birgə işlənilməsi haqqında danışırsınız. Bu analogiya bizim 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə