Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə110/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   106   107   108   109   110   111   112   113   ...   140

__________________________________________ 

374


 

 

 

 

AVROPA ŞURASI PARLAMENT  

ASSAMBLEYASININ SƏDRİ 

LORD RASSEL-CONSTON İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏT 

 

Prezident sarayı 

 

17 sentyabr 1999-cu il 

 

Heydər  Əliyev:  Hörmətli cənab lord, hörmətli cənab sədr! 

Mən sizi Azərbaycanda salamlayıram, bizim ölkəyə xoş 

gəlmisiniz. Mən Avropa Şurası Parlament Assambleyasının 

sədri seçilməyiniz münasibətilə sizə  təbrik məktubu 

göndərmişdim.  İndi isə  şəxsən görüşərək sizi bir daha səmimi 

qəlbdən təbrik edirəm və bu böyük işinizdə sizə gələcək uğurlar 

arzulayıram. 

Bir müstəqii dövlət kimi Azərbaycan Avropa Şurası ilə 

hərtərəfli əməkdaşlıq edir. Biz bu əməkdaşlığı qiymətləndiririk. 

Hesab edirəm ki, biz ötən dövrdə bu sahədə xeyli işİər 

görmüşük. Şübhəsiz ki, Azərbaycan Avropa ölkəsi olduğu üçün 

və xüsusən Avropanm tam kənar bir hissəsində, Avropanın 

Asiya ilə birləşdiyi yerdə yerləşən bir ölkə kimi Avropanın 

bütün strukturlarmda iştirak etmək istəyir. Biz məmnunuq ki, 

Azərbaycana Avropa Şurasında qonaq statusu verililədir. Ümid 

edirik ki, indiyədək görülən işləri bizim əməkdaşlığımız 

Azərbaycanın Avropa Şurasının tam üzv olmasına gətirib 

çıxaracaqdır. Yəni bununla onu demək istəyirəm ki, biz Avropa 

Şurası ilə bundan sonra daha da geniş əməkdaşlıq edəcəyik. 



__________________________________________ 

375


 

Məmnunam ki, siz artıq bizim ölkəmizdə bəzi sahələrlə tanış 

olmusunuz. Xüsusi təşəkkür edirəm ki, siz zəhmət çəkib, 

qaçqınlar yaşayan çadır  şəhərciklərində olmusunuz, bizim 

həyatımızın, bugünkü reallığımızın bu ağır hissəsini öz 

gözlərinizlə görmüsünüz. Ona görə  də  yəqin sizin Azərbaycan 

haqqında müəyyən təəssüratlarınız vardır. Güman edirəm ki, 

bundan sonra bizim əməkdaşlığımız bu təəssüratları daha da 

genişləndirəcəkdir. Buyurun. 

Rassel-Conston:  Cənab prezident, bizi belə mehribanlıqla 

qarşıladığınıza görə Sizə  səmimiyyətlə minnətdarlığımı 

bildirirəm. 

Cənab prezident, Siz dediniz ki, yəqin mənim Azərbaycan 

haqqında müəyyən təəssüratlarım artıq formalaşıbdır. Lakin mən 

bir qədər diqqətli və ehtiyatli olmaq istərdim. Mən istərdim ki, 

Azərbaycan haqqında öz mülahizələrimi hələ ki, bildirməyim. 

Cənab prezident, bilirəm ki, dünyada beynəlxalq sahədə 

ekspert adını bir neçə günə qazanmış adamların sayı çoxdur. 

Mən istəmirəm ki, onların sırasında olum. Lakin bir məsələni 

tam aydınlıqla deyə bilərəm və bu, həqiqətən belədir ki, məni 

burada çox hərarətlə, dostyana, yəni mənim istədiyimdən də 

artıq qarşılayıblar. 

Cənab prezident, yəqin Sizə  məlumdur ki, mən buraya 

Cənubi Qafqaz ölkələri ilə bizim təşkilat arasında  əməkdaşlığı 

daha da möhkəmləndirmək məqsədi ilə  gəlmişəm və Bakıdan 

əvvəl Tbilisidə idim. Yaxşı anlayıram ki, Gürcüstanın bizim 

təşkilata qəbul olunması Azərbaycanı  və Ermənistanı bir qədər 

narahat edir. Lakin biz hər üç ölkə ilə  əməkdaşlıq etmək 

istəyirik. 

Avropa  Şurası elə bir təşkilatdır ki, o, münaqişələrin həll 

olunmasında birbaşa iştirak etmir. Lakin eyni zamanda, Avropa 

Şurasının Parlament Assambleyası münaqişəyə qoşulmuş 

ölkələr arasında körpü, dialoq yaratmaq və onların 

  

 



__________________________________________ 

376


  

bir-biri ilə dil tapmasına yardım etmək üçün kifayət qədər biliyə 

və təcrübəyə malikdir. 

Mən Sizi əmin etmək istəyirəm, - biz heç də istəmirik ki, 

özümüzü göstərək ki, təşkilatımız hər  şeyə qadirdir. Lakin onu 

da deməliyəm ki, bizim bu işdə müəyyən bacarığımız vardır. 

Həmişə  mənə elə  gəlir ki, sülh yaratmaq müharibə etməkdən 

daha çətin məsələdir. 

Məlumdur ki, martın 6-da Azərbaycan, Gürcüstan və 

Ermənistan parlamentlərinin sədrləri Strasburqda idilər. Biz 

orada razılaşdıq ki, bu cür görüşləri davam etdirək və bu 

görüşlərdən biri Tbilisidə baş tutdu. 

Sizin qeyd etdiyiniz kimi, Azərbaycan Avropa Şurasına tam 

üzv qəbul olunmaq üçün müraciət etmiş öikədir. Eləcə  də 

Ermənistan bu sırada olan ölkələrdən biridir. Biz böyük ehtiyac 

duyuruq ki, bu ölkələr arasında  əlaqə yaransın və  həmin 

ölkələrin daxilindəki çətin məsələlər həll olunsun ki, hər iki ölkə 

Avropa  Şurasının irəli sürdüyü standartlara cavab verə bilsin. 

Əlbəttə, Parlament Assambleyasının sədri kimi mən bu 

məsələlərə birbaşa cəlb olunmamışam. Lakin öz vəzifəmdə bu 

işə böyük maraq göstərirəm. Mən istəyirəm bütün ölkələrdə 

adını  çəkdiyim məsələlər mümkün qədər tez və düzgün həll 

olunsun ki, həmin ölkələr Avropa standartlarına cavab versinlər. 

Mən bu səfərim zamanı Yerevanda prezident Robert 

Koçaryanla və Tbilisidə prezident Eduard Şevardnadze ilə 

görüşdüm.  Əlbəttə, onların nə dediklərini Sizə demək mənim 

tərəfımdən düzgün olmazdı. Lakin bircə  məsələni demək 

istəyirəm ki, hər iki prezident Sizin haqqınızda danışarkən 

onların nitqləri komplimentlərlə dolu idi. 

Cənab prezident, Siz elə bir şəxsiyyətsiniz ki, bu regionda və 

ümumiyyətlə, dünyanın siyasi meydanında böyük nüfuz 

qazanmısınız. Sizinlə görüşmək mənim üçün böyük şərəfdir. 

Mən bu görüşdən istifadə edərək istərdim ki, ölkənizin və 

  

 




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə