Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə117/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   113   114   115   116   117   118   119   120   ...   140

__________________________________________ 

396


 

Demək olar ki, biz o vaxt - 1997-ci ilin sonunda münaqişənin 

ATƏT-in Lissabon zirvə görüşündə  qəbul olunmuş prinsiplər 

əsasında sülh yolu ilə  həll edilməsinə çox yaxınlaşmışdıq. 

Amma Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu 

proses dayandı. Bilirsiniz ki, ondan sonra Ermənistanda 

hakimiyyət dəyişikliyi oldu, Levon Ter-Petrosyan istefa verdi, 

yeni prezident seçkiləri keçirildi. Beləliklə, demək olar ki, 1998-

ci il ATƏT-in, yəni Minsk qrupunun bu sahədəki fəaliyyətində 

tamamilə boşluq kimi qiymətləndirilə bilər. 

Sonra isə 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu 

qəflətən, gözlənilmədən yeni bir təklif irəli sürdü və bu, bütün 

danışıqlar prosesini tamamilə  gərginləşdirdi. Yəni bizə  təklif 

etdilər ki, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə 

həll etmək üçün biz Azərbaycanda «ümumi dövlət» prinsipini 

qəbul etməliyik ki, Azərbaycanın  ərazisində Dağlıq Qarabağ 

kimi bir dövlət yaransın, beləhklə  də guya Azərbaycanın  ərazi 

bütövlüyü saxlamlacaqdır. 

Biz bu təklifi qəbul edə bilməzdik. Təbii ki, ondan imtina 

etdik. Ancaq təəssüf ki, bundan sonra Minsk qrupu demək olar 

ki, öz fəaliyyətini dayandırdı. Bizdə belə bir təəssürat yarandı ki, 

məsələn, 1997-ci ildə Minsk qrupu bir təklif verdi, Azərbaycan 

bununla razılaşdı, Ermənistan razılaşmadı. Ermənistan 

razılaşmadığına görə ondan sonra ikinci təklif verdi, Azərbaycan 

razılaşdı, Ermənistan razılaşmadı. Minsk qrupu üçüncü dəfə elə 

təklif verdi ki, onunla Azərbaycan razılaşa bilməzdi. Digər 

tərəfdən, həmin təklifi təxminən bir il fasilədən sonra verdi. Belə 

çıxdı ki, Azərbaycan bu təkliflə razılaşmadığına görə Minsk 

qrupu öz fəaliyyətini dayandırdı. 

Belə  nəticə  çıxarmaq olar ki, Minsk qrupu bu məsələyə 

birtərəfli baxır, Azərbaycana qeyri-obyektiv münasibət göstərir. 

O, bizim razılaşdığımız təklifi Ermənistan qəbul etməyəndə 

bunu normal hesab edir, amma bizim razı olmadığımız təklifi 

Ermənistan qəbul edəndə  bunu bizim üçün  qeyri- 

  



__________________________________________ 

397


normal hesab edir. Bizim razılaşmadığımız təklifi Ermənistan 

qəbul edəndə isə bunu normal hesab edir. 

İndi bir ildir bizi qınayırlar ki, nə üçün biz bu «ümumi 

dövlət» formulunu qəbul etmirik və Minsk qrupu yeni bir təklif 

vermir. Amma Ermənistan Minsk qrupunun verdiyi təkliflərdən 

imtina edəndə Ermənistana heç bir söz demirdilər, sadəcə, hesab 

edirdilər ki, yeni təklif vermək lazımdır. Ona görə də mən hesab 

edirəm ki, Minsk qrupunun fəaliyyəti 1997-ci ildən sonra çox 

zəifdir. 1998-ci ilin noyabr ayında «ümumi dövlət» formulunu 

bizə təklif edəndən və biz ondan imtina edəndən sonra isə Minsk 

qrupu Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutur. Bunlar isə 

bizi narahat edir. 

Amerika Birləşmiş  Ştatları prezidentinin Ermənistan- 

Azərbaycan münaqişəsi üzrə xüsusi səfiri sentyabrın  əvvəlində 

Azərbaycana gəlmişdi. Ondan iki gün sonra isə Rusiyanın xarici 

işlər naziri Azərbaycana gəlmişdi. Mən həm Amerikanın 

nümayəndəsi, həm də Rusiyanın nümayəndəsi ilə bu barədə çox 

açıq, aşkar və prinsipial danışıqlar apardım. Bu, elə onların 

sizinlə Oslodakı görüşü ərəfəsində olmuşdu. Mən onlara dedim 

ki, siz Osloda ATƏT-in sədrinə çatdırm, biz bu «ümumi dövlət» 

təklifmi qəbul edə bilmərik. Biz Minsk qrupundan gözləyirik ki, 

onlar hər iki tərəf üçün yeni, münasilə təklif versinlər. 

Minsk qrupu I999-cu ildə öz zəif fəaliyyətini, yaxud 

fəaliyyətsizliyini müəyyən qədər bununla izah etmək istəyir ki, 

Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında 

birbaşa danışıqlar prosesi başlanilədır. Ona görə  də onlar 

gözləyirlər ki, bu danışıqlar prosesi nə verəcək. Ondan sonra isə 

biz nə razılığa gəlsək onlar onunla razı olacaqlar, yaxud da onu 

müzakirə edəcəklər. 

Aprel ayında biz sizinlə birlikdə Vaşinqtonda olarkən bir 

neçə başqa ölkənin iştirakı ilə, Amerika Birləşmiş Ştatları Xarici 

İşlər Nazirliyinin rəhbərliyi altında Cənubi Qafqaz 

  

  



__________________________________________ 

398


ölkələri - Gürcüstan, Ermənistan, Azərbaycan prezidenlərinin 

görüşü keçirildi. Sizin kimi mən də o görüşü əhəmiyyətli hesab 

edirəm. 

Həmin o günlər Vaşinqtonda Ermənistan prezidenti 

Koçaryanla Azərbaycan prezidenti arasında təkbətək görüş  də 

oldu. O görüş  də  əhəmiyyətli oldu və biz onu davam etdirdik. 

Ondan sonra iki dəfə Cenevrədə görüşmüşük, bir dəfə  də 

Yaltada. Mənim fikrim belədir ki, bu görüşlər məsələnin sülh 

yolu ilə  həll olunmasma yardım edir. Biz bir-birimizi daha da 

yaxşı anlaya və problemlərimizi bir-birimizə daha da yaxşı izah 

edə bihrik. Ancaq razıhğa gəlmək məsələsi çox çətindir. Ona 

görə yox ki, biz bunu istəmirik. Mən hiss edirəm ki, Ermənistan 

tərəfi də bunu istəyir. Amma Ermənistan tərəfi bunu Dağlıq 

Qarabağa müstəqilhk statusu, yaxud da ona yaxın bir status 

verilməsi yolu ilə istəyir. Ona görə  də biz bu görüşlər 

nəticəsində irəhyə gedə bilmirik. 

Bəh, biz - həm Ermənistan prezidenti, həm də  mən bəyan 

etmişik ki, məsələnin həlh üçün mütləq kompromislərə getmək 

lazımdır. Baxmayaraq ki, Cenevrədə Ermənistan prezidenti ilə 

görüşəndən sonra kompromislərə getmək haqqında mənim 

bəyanatlarım Azərbaycanın müxalifəti tərəfindən çox kəskin 

tənqid edilir və buna etirazlar olur, - mən bir daha sizə deyirəm 

ki, biz mütləq kompromislərə getməliyik. Kompromislərə 

getməsək məsələni həll edə bilmərik. 

Kompromislərin də müəyyən bir hüdudu var. Bu elə 

olmalıdır ki, ölkəmizin mənafeləri, bizim mənafelərimiz, nə 

təhər deyərlər, tapdalanmasm. Hesab edirəm ki, bizim bu 

görüşlərimiz gələcəkdə  də davam edə bilər və  məsələnin sülh 

yolu ilə həll olunmasına kömək edər. 

Amma eyni zamanda bu, ATƏT-in Minsk qrupunun 

tamamilə geri çəkilməsi demək deyildir. Biz- iki prezident bu 

görüşlərə, sadəcə, ona görə getmişik ki, bu vasitədən də  və 

bütün başqa vasitələrdən də istifadə edək. Amma təəssüflər 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə