Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə120/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   116   117   118   119   120   121   122   123   ...   140

__________________________________________ 

405


 

nazirinə deyəcəyəm və ondan xahiş edəcəyəm ki, onlar da bu 

cür etsinlər. 

Heydər Əliyev: İstəyirsiniz, bir nümayəndənizi verin, əsirləri 

verək, aparsın oraya. Görək oradan o biriləri gətirə bilərlərmi. 



Knut Vollebek: Cənab prezident, mən təklif edərdim ki, bu 

işi əsirlərin dəyişdirilməsi üzrə təşkilat vasitəsilə edək. 



Heydər  Əliyev:  Amma siz üçünü buraya gətirdiniz.  Əgər 

əvvəl buraya gəlsəydiniz, biz dördünü sizə verəcəkdik, burada 

əsirlər qalmayacaqdı. Bu, daha yaxşı olacaqdı. 

Knut Vollebek: Kasprşik burada qalacaqdır. 

Heydər  Əliyev:  Əsirləri Kasprşikə verəcəyik?  Əgər 

tapşırırsınızsa, Kasprşikə verək. 



Knut Vollebek: Sağ olun, Kasprşik burada qalacaqdır. 

Cənab prezident, mən bilmirəm ki, nikbin olmağımın 

səviyyəsini necə göstərim, lakin son bir neçə  dəqiqədə bu, 

birdən-birə qat-qat artdı. Çox sağ olun, cənab prezident, bu, 

Sizin tərəfinizdən çox böyük jestdir və əlbəttə ki, Ermənistanda 

da yaxşı qarşılanacaqdır. Hər  şeydən  əvvəl, bu, ATƏT-də  də 

gözəl qarşılanacaqdır və ilk növbədə Sizin ATƏT-ə 

münasibətinizin, onunla əməkdaşlığmızın rəmzidir. Biz istəyirik 

ki, əməkdaşlığımız bu cür davam etsin. Bu, eyni zamanda Sizin 

həm də konkret problemi - Dağlıq Qarabağ problemini aradan 

qaldırmaq əzmində olduğunuzu nümayiş etdirir. 

Cənab prezident, sizin xarici işlər naziri məni buraya, 

Azərbaycana gəlməyə  dəvət edibdir. Mən həqiqətən, 

Azərbaycana gəlməyə hazıram. Bunu çox ləngitmərəm və  əgər 

Dağlıq Qarabağ probleminin həllində müəyyən tərəqqi  əldə 

olunarsa, böyük məmnuniyyətlə gələrəm və ATƏT tərəfindən öz 

yardımınıızı əsirgəmərik. 

Heydər  Əliyev:  Buyurun, gəlin, mən çox məmnun olaram. 

Mən də sizi dəvət edirəm. Başqa bir xahişiniz var? Sağ olun. 

  



__________________________________________ 

406


  

 

  



AZƏRBAYCAN PREZİDENTİNİN  

ATƏT-in HAZIRKI SƏDRİ, NORVEÇİN  

XARİCİ İŞLƏR NAZİRİ KNUT VOLLEBEK İLƏ  

GÖRÜŞ BAŞA ÇATDIQDAN SONRA BİRGƏ  

MƏTBUAT KONFRANSINDA BƏYANAT 

 

Prezident sarayı 

 

18 sentyabr 1999-cu il 

 

 Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı 

 

Hörmətli mətbuat nümayəndələri! 



Biz saat 5-dən indiyə  qədər sizinlə bir yerdəyik. Yəni siz 

ATƏT-in sədri, Novveçin xarici işlər naziri və onu müşayiət 

edən nümayəndə heyəti ilə apardığımız danışıqların 

müşahidəçisi olmusunuz. Ona görə də hər şeyi bilirsiniz və sizin 

də, bizim də vaxtımızı alıb təkrara yol vermək lazım deyildir. 

Mən sadəcə, bu danışıqların yekunu olaraq, onu demək 

istəyirəm ki, bu görüş Azərbaycan üçün çox əhəmiyyətlidir. 

Çünki ATƏT-lə  və xüsusən ATƏT-in Minsk qrupu ilə biz 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll 

olunması üçün illərlə  əməkdaşlıq edirik. Qarşıda, noyabrın 17-

18-də  İstanbulda ATƏT-in yeni zirvə görüşü olacaqdır. Ona 

görə  də hesab edirəm ki, danışıqlarımız və  bəzi razılıqlarımız 

bizim ATƏT-in sammitinə gedib orada müəyyən nailiyyət əldə 

etməyimizə kömək göstərəcəkdir. 

Biz başqa məsələləri də müzakirə etdik. Mən Ermənistan -

Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll olunmasında 

ATƏT-in Minsk qrupunun rolunu və onun indiyə qədər, bəzı 

  



__________________________________________ 

407


hallarda zəifliyini bildirdim. ATƏT-in sədrindən xahiş etdim ki, 

Minsk qrupunun fəaliyyəti gücləndirilsin. Biz yeni təklif 

gözləyirik. 

Azərbaycan prezidentinin Ermənistan prezidenti ilə apardığı 

danışıqlar,  şübhəsiz ki, lazımlıdır, səmərəlidir. Amma onlar 

Minsk qrupunun işini dayandırmamalıdır.  İşlər bir çox 

istiqamətdə getməlidir. 

Mən hesab edirəm ki, bizim danışıqlarımızın ümumi 

nəticələrindən biri də o oldu ki, hörmətli sədr, hörmətli nazir 

Ermənistandan Azərbaycana gələrkən Ermənistan tərəfi onlarda 

olan 15 hərbi əsirdən 3-ün ona verib və o da onları Azərbaycana 

gətiribdir. Mən buna görə təşəkkür etdim. Ancaq biz bu sahədə 

daha da səxavət göstəririk. Ona görə də mən milh təhlükəsizlik 

nazirinə  əmr verdim ki, Azərbaycanda olan cəmi 4 Ermənistan 

hərbi əsirini 5 gün içərisində Ermənistana versinlər. 

Nəhayət, ATƏT-in burada ofisinin açılması  məsələsi ilə 

əlaqədar Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlarda həqiqətən 

bəzi problemlər var idi. Ona görə də bu məsələ indiyə qədər həll 

olunmamışdı. Mən xarici işlər nazirinə bu barədə  qəti göstəriş 

verdim ki, o, bu məsələni həll etsin və nümayəndə heyəti bu gün 

Azərbaycanı  tərk edənə  qədər onlar hansısa bir sənəd 

imzalasınlar.  Şübhəsiz ki, bu proses gələcəkdə ATƏT-də 

gedəcəkdir. Ancaq biz öz tərəfimizdən qərarı qəbul etdik. 

ATƏT-in sədrinə Azərbaycana ziyarətinə görə  təşəkkür 

edirəm. Sağ olun. 

  

 




__________________________________________ 

408


  

 

  



ATƏT-in hazırkı sədri Knut Vollebekin 

bəyanatı 

 

Cənab prezident! Siz görüşümüz zamam müzakirə etdiyimiz 



bütün məsələləri mətbuat nümayəndələrinə  qısa olaraq 

açıqladınız. 

Cənab prezident, mənə isə qalan təkcə odur ki, qəbul 

etdiyiniz bu qərarlara görə Sizə minnətdarlığımızı bildirmək 

istəyirəm. 

Cənab prezident, mən elə bilirəm ki, 4 Ermənistan  əsirini 5 

gün müddətində azad etmək qərarınız çox səxavətli bir qərardır. 

Əlbəttə ki, mən bu qərar haqqında Ermənistan prezidentinə 

xəbər verəcəyəm. Elə bilirəm ki, bu qərar sülh danışıqlarının 

yaxşı istiqamətdə getməsinə təkan vermiş olacaqdır. 

Mən eyni zamanda, ümid edirəm ki, Sizin bu qərarınızdan 

sonra Ermənistanda olan Azərbaycan  əsirləri də tamamilə azad 

ediləcəkdir. 

Cənab prezident, mən ikinci qərarınıza görə  də Sizə 

minnətdarlığımı bildirmək istəyirəm. Bu, Bakıda ATƏT-in 

ofisinin açılması ilə bağlı olan qərarınızdır. Onsuz da ATƏT ilə 

Azərbaycan arasında olan yaxşı  əlaqələr inkişaf etməkdədir. 

Mən elə bilirəm ki, bu ofisin açılması  həmin işə daha çox 

yardım edəcəkdir. 

Mən ümid edirəm ki, qarşılıqlı maraq doğuran bu və digər 

məsələlər üzrə ATƏT çərçivəsində Sizinlə  işimizi davam 

etdirəcəyik. Sağ olun. 



Heydər Əliyev: Təşəkkür edirəm. Sağ olun. 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə