Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə122/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   118   119   120   121   122   123   124   125   ...   140

__________________________________________ 

412


alimlərin, geoloqların böyük xidmətləridir. Biz bu gün bunu 

minnətdarlıq hissi ilə yad etməliyik və keçmiş nəsillərə bütün bu 

xidmətlərinə görə daim minnətdarlığımızı bildirməliyik. 

Azərbaycan beş il bundan əvvəl «Əsrin müqaviləsi»ni 

imzalayandan sonra başqa Xəzəryanı ölkələr də  Xəzər 

dənizindəki öz sektorlarında, sahələrində neft və qaz 

yataqlarının işlənilməsinə başlayıblar. Beləliklə, Azərbaycan 

Xəzər dənizinin zəngin neft və qaz yataqlarını  aşkar edib, 

Azərbaycan Xəzər dənizində neft və qaz hasilatının təmin 

olunmasında böyük rol oynayıbdır. Azərbaycan indi, XX əsrin 

sonunda, XXI əsrə gedərək Xəzər dənizinin bütün enerji 

sərvətlərindən, ehtiyatlarından təkcə Azərbaycan üçün yox

bütün dünya üçün, o cümlədən bütün Xəzəryanı dövlətlər üçün 

istifadə edilməsinin əsasını qoyubdur. Biz bu gün bununla fəxr 

edirik. 

Bütün bunlara görə  «Əsrin müqaviləsi» və bizim 

gördüyümüz işlər böyük tarixi əhəmiyyət kəsb edir. Bütün 

bunlara görə  «Əsrin müqaviləsi» beynəlxalq  əhəmiyyət kəsb 

edir. Bütün bunlara görə  də beş il bundan əvvəl imzalanmış 

müqavilə məhz «Əsrin müqaviləsi» adlandırılıbdır. 

Bu gün burada İlham Əliyevin məruzəsində, başqa çıxışlarda 

beş il müddətində görülən işlər haqqında ətraflı məlumat verildi. 

Artıq biz neft müqaviləsinin bəhrələrini gördük. Azərbaycan 

gəlirlər əldə edibdir. Artıq biz neft hasil edirik, neft ixrac edirik 

və neftin ixracı üçün iki neft kəməri yaratmışıq,  əsas neft 

kəmərini də yaratmağa çalışırıq. Mən bu gün bəyan edirəm ki

Azərbaycan neftinin, Xəzər neftinin dünya bazarlarına 

çıxarılması üçün çox böyük əhəmiyyət daşıyan Bakı-Ceyhan 

neft kəməri tikilməlidir, istifadəyə verilməlidir. 

Biz gələn illərdə, onilliklərdə  «Əsrin müqaviləsi»nin və 

imzalanmış başqa müqavilələrin Azərbaycana nə qədər mənfəət 

verəcəyini bilirik və bu barədə konkret rəqəmlər gətirildi. «Əsrin 

müqaviləsi» imzalanarkən bəziləri bizə inanmırdı, ehtiyat edirdi, 

bəziləri təxribat edirdi. Hər halda onun 

  



__________________________________________ 

413


imzalanma, həyata keçirilmə prosesi də Azərbaycan üçün çox 

çətin olubdur, çox ağır olubdur. Ancaq biz bütün sınaqlardan 

çıxdıq, bütün çətinlikləri aradan qaldırdıq, bizə göstərilən bütün 

müqavimətlərə sinə gərdik və verdiyimiz sözə əməl etdik, 1997-

ci ildə ilkin nefti hasil etdik. 

Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft 

şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın 

nəticəsində «Əsrin müqaviləsi» imzalanmışdır. Ondan sonra isə 

tərəfdaşlarımızla, Beynəlxalq  Əməliyyat  Şirkətinə daxil olan 

şirkətlərlə  və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər 

dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun 

Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, 

ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı  iş 

götürmək olar. 

Bunların  əsasını Azərbaycanda aparılan demokratik 

quruculuq prosesləri təşkil edir. Bunların  əsasını Azərbaycanın 

bütün dünyaya açıq olması prinsipi təşkil edir. Bunların əsasını 

1993-cü ildən sonra Azərbaycanda ardıcıl olaraq daxili ictimai-

siyasi vəziyyətin normallaşdırılması  və sabitləşdirilməsi təşkil 

edir. Məhz belə bir sabitlik şəraitində, Azərbaycanın bugünkü 

sabit, sərbəst yaşaması  şəraitində dünya neft şirkətləri, böyük 

ölkələr, dövlətlər Azərbaycana etimad, etibar göstərib bizimlə 

əməkdaşlıq ediblər. Məhz buna görə  də ötən üç ildə  əlavə 18 

müqavilə  də imzalanıbdır.  İndi dünyanın böyük neft şirkətləri 

ilə, 14 dövlətə, ölkəyə  məxsus olan şirkətlərlə bizim 19 

müqaviləmiz vardır. Sizə cəsarətlə deyə bilərəm ki, bunların hər 

biri «Əsrin müqaviləsi» kimi ardıcıl surətdə yerinə 

yetiriləcəkdir. 

Bizim gördüyümüz işlər və gələcəkdə görəcəyimiz işlər həm 

Azərbaycanın bu günü üçündür, həm də Azərbaycanın gələcəyi 

üçündür. Biz öz ölkəmizi  əbədi müstəqil, azad dövlət etmək 

istəyirik. Biz buna nail olmuşuq. Ancaq hələ müstəqilliyimizi, 

iqtisadi, siyasi müstəqilliyimizi təmin etmək üçün çox işlər 

görmək lazımdır. 

  



__________________________________________ 

414


Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək 

istəyirik. Biz öikəmizin vətəndaşlarına firavan həyat yaratmaq 

istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. 

Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan 

iqtisadiyyatının, həyatının bütün başqa sahələrində  də 

gördüyümüz işlər məhz bu məqsədi daşıyır. Bilirsiniz ki, 

iqtisadiyyatın başqa sahələrində  də  dəyərli nailiyyətlər  əidə 

etmişik. Biz 1995-ci ildən  əvvəlki illərdə baş vermiş iqtisadi 

tənəzzülün qarşısını aldıq. Azərbaycanın iqtisadiyyatı 1996-cı 

ildən inkişaf dövrü keçirir və ümumi daxili məhsul, sənaye, 

kənd təsərrüfatı məhsulu istehsalı ilbəil inkişaf edir, artır. 

1994-cü ildə Azərbaycanda inflyasiya 1600 faiz təşkil edirdi. 

Biz 1997-ci ildə bunun qarşısını aldıq.  İndi inflyasiya yoxdur, 

milli valyutamız manatın dəyəri artmışdır. Bunlar hamısı bizim 

vətəndaşlarımızın güzəranının yaxşılaşmasına kömək edibdir. 

Son 3-4 ildə vətəndaşlarımızın orta əmək haqqı 3 dəfə artıbdır. 

Bunlar hamısı azdır. Biz bununla qane ola bilmərik. Biz əldə 

olunan nailiyyətləri bu gün, sadəcə, bir daha yada salmaq 

istəyirik. 

Bu gün burada «Əsrin müqaviləsi»nin beş illiyini qeyd 

edərkən Azərbaycanın hər bir güşəsində bizi dinləyirlər. 

Düşünürəm ki, çadır şəhərciklərində yaşayan əziz soydaşlarımız, 

yerindən-yurdundan didərgin düşmüş, Ermənistan silahlı 

qüvvələrinin Azərbaycan torpaqlanın işğal etməsi nəticəsində 

qaçqın düşmüş soydaşlarımız da çadırlarda bizi dinləyirlər. 

Onlar bizə inanırlar, dözürlər, indi bizi dinləyərək düşünürlər ki, 

bunlar hamısı yaxşıdır, bəs biz nə vaxt öz yerimizə, 

torpaqlarımıza qayıdacağıq? Mən bu gün bəyan edirəm ki, bizim 

gördüyümüz bütün bu işlər Azərbaycanı bir dövlət kimi 

möhkəmləndirmək, gücləndirmək, Azərbaycanın iqtisadi 

potensialını artırmaq üçündür. Şübhəsiz ki, bunlar bütün başqa 

məsələlərin də həll olunmasına kömək edəcəkdir. 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə