Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə130/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   126   127   128   129   130   131   132   133   ...   140

__________________________________________ 

436


 

99. Səməd Vurğun,  Səməd Yusif oğlu Vəkilov (1906- 1956) - böyük 

Azərbaycan  şairi, ictimai xadim. Azərbaycanın xalq şairi. S.Vurğunun 

yaradıcılığı XX əsr Azərbaycan  şerinin inkişafında mühüm rol oynamışdır. 

S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, sədri, Azərbaycanın 

Xarici Ölkələrlə  Mədəni  Əlaqə  Cəmiyyətinin sədri, Azərbaycan MEA-nın 

vitse prezidenti olmuşdur, iki dəfə SSRİ Dövlət mükafatı laureatı adına layiq 

görülmüşdür. - 103. 

 

100. Süleyman Rüstəm,  Süleyman  Əliabbas oğlu Rüstəmzadə ( 1906 - 

1989) - görkəmli Azərbaycan  şairi, dramaturq, ictimai xadim. Sosialist 

Əməyi Qəhrəmanı, Azərbaycanın xalq şairi, SSRİ  və Azərbaycan Dövlət 

mükafatları laureatı. Müharibə dövrü (1941-1945) yaradıcılığında Cənubi 

Azərbaycanda xalqın həyat və milli azadlıq uğrunda mübarizəsinə  həsr 

olunmuş əsərlər xüsusi yer tutur. - 103. 

 

101. Üzeyir Hacibəyov, Ü z e y i r Əbdülhüseyn oğlu(1885-1948) - dahi 

Azərbaycan bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və 

ictimai xadim. Müasir Azərbaycan professional musiqi sənətinin və milli 

operasının banisi, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı. - 

103,388-389. 

 

102. Asəf Zeynallı, Asəf Zeynalabdin oğlu (1909-1932) - Azərbaycan 



bəstəkarı. A.Zeynallı Azərbaycan musiqi mədəniyyəti tarixində bir sıra yeni 

janrın yaradıcısı kimi tanınmış, simfonik, kamera-vokal və instrumental 

əsərlər bəstələmişdir. Zeynallının iri formalı «Fraqmentlər» suitası 

Azərbaycan simfonik musiqisinin ilk nümunəsidir. Zeynallının Azərbaycan 

musiqi folkloru nümunələrinin toplanmasında da mühüm xidməti olmuşdur. - 

103. 


 

103. Qara Qarayev, Qara Əbulfəz o ğ l u (1918-1982) - dahi Azərbaycan 

bəstəkarı. Musiqisi ümumdünya şöhrəti qazanmış, baletləri respublikamızın 

və bir sıra dünya teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. Qarayevin 

müsiqi dili sahəsinə  gətirdiyi yeniliklər Azərbaycan və dünya musiqisinin 

inkişafında mühüm rol oynamışdır. SSRİ xalq artisti, Sosialist Əməyi 

Qəhrəmanı, SSRİ Dövlət və Lenin mükafatları laureatı idi. - 103. 

  



__________________________________________ 

437


 

104. Cövdət Hacıyev,  Əhməd Cövdət  İsmayıl oğlu (1917-2002) - 

tanınmış Azərbaycan bəstəkarı, pedaqoq. 1957-69-cu illərdə Azərbaycan 

Musiqi Akademiyasının rektoru olmuşdur. Azərbaycan Respublikasının xalq 

artisti.  İki dəfə SSRİ Dövlət mükafatı laureatı. Azərbaycan Respublikasının 

«Şöhrət» ordeni ilə təltif olunmuşdur. -103. 

 

105. Həzi Aslanov, H ə z i Ə h ə d o ğ 1 u (1910-1945) - tank qoşunları 

qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı  Qəhrəmanı. Böyük Vətən 

müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən H.Aslanov Stalinqrad 

vuruşmasında, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank 

ordusunun darmadağın edilməsində xüsusi məharət göstəmıişdir. 1944-cü 

ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika 

respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə  fərqlənmişdi. 

H.Aslanov Mitağa  şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak 

olmuşdur. - 103. 

 

106.  İsrafil Məmmədov,  İsrafil Məhərrəm oğlu (1919-1946) - Sovet 

İttifaqı Qəhrəmanı. 1941-ci ildə Məmmədovun vzvodu Novqorod vilayətinin 

Rustınka kəndi yaxınlığında alman faşistlərinin 300 əsgər və zabitini 

qırmışdı. - 103. 



 

107. Gəray  Əsədov, Gəray Lətif oğlu (1923-1944) - Sovet İttifaqı 

Qəhrəmanı. Gəray  Əsədov 1944-cü ildə Morgita (Rumıniya)  şəhərindəki 

döyüşlərdə  bədəni ilə düşmənin atəş nöqtəsini örtmüş,  əsgərlərin hücuma 

keçməsinə şərait yaratmışdır. - 103. 



 

108. Mehdi  Hüseynzadə, Mehdi Hənifə  oğ1u (1918-1944) -

Yuqoslaviyada və  Şimali  İtaliyada Müqavimət hərəkatı  iştirakçısı, məşhur 

partizan, Sovet İttifaqı  Qəhrəmanı. Mehdi Hüseynzadə partizan hərəkatında 

fəal iştirak etmiş  və hitlerçilərə qarşı mübarizədə  cəsurluğu ilə  əfsanəvi 

şöhrət qazanmışdı. - 103. 

 

109. Ziya Bünyadov,  Ziya      Musa      oğlu (1923-1997) - görkəmli 

Azərbaycan   alimi,   şərqşünas-tarixçi,   ictimai   xadim.   Böyük   Vətən 

  



__________________________________________ 

438


müharibəsi (1941-45) iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan Milli 

Elmlər Akademiyasının həqiqi üzvü. 1989-97-ci illərdə Azərbaycan Milli 

Elmlər Akademiyasının vitse-prezidenti, 1995-ci ildən Milli Məclisin 

deputatı olmuşdur. 1997-ci ildə Azərbaycanın dövlətçiliyinə  və 

müstəqilliyinə düşmən olan qüvvələr tərəfindən xaincəsinə  qətlə 

yetirilmişdir. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə  təltif 

edilmişdir -103. 

 

110. Leonid Daniloviç Kuçma (d.l938) - Ukraynanın siyasi və dövlət 

xadimi. 1994-2005-ci illərdə Ukrayna Respubluikasının prezidenti olmuşdur. 

Azərbaycan Respublikasının «İstiqlal» ordjeni ilə təltif olunmuşdur. 

-111,141,142,206,208,209,210,353,354,355,410. 



 

111. Ukrayna, Ukrayna Respublikası- Cənub-Şərqi Avropada dövlət. 

Ərazisi 603,7 min km, əhalisi 51,3 milyon nəfərdir. 

Ukraynanın tərkibinə 24 vilayət və Krım Respubükası daxildir. Dövlət 

başçısı prezident, qanunverici orqanı - Ali Radadır. Paytaxtı Kiyev şəhəridir.-

111,141,142,148,151,206-210,263,351-359,363. 

 

112. Anatoli Solovyanenko, Anatoli Vasilyeviç (1932-1999) - Ukrayna 

müğənnisi, SSRİ xalq artisti. 1965-ci ildə Ukrayna Opera və Balet Teatrının 

solisti olmuşdur. Lenin mükafatı laureatı. -111. 

  

113. İran, İran İslam Respublikası - Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 

1,65 milyon km

2

,  əhalisi 62,2 milyon nəfərdir. Paytaxtı Tehran şəhəridir. 



İnzibati cəhətdən 24 ostana bölünür. Ali qanunverici hakimiyyət orqanı 4 il 

müddətinə seçilən Xalq Şurası  Məclisidir. Hökuməti Baş nazir təşkil, 

prezident isə təsdiq edir. - 112-137,165-179,366. 

 

114. Təbriz - İranda  şəhər. Cənubi Azərbaycanın  ən böyük şəhəri, 

iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan ostanının

 

inzibati mərkəzi. 



Əhalisi 1,1 milyon nəfərdir. 

Təbriz Azərbaycanın  ən qədim  şəhərlərindəndir. «Təbriz» sozünün 

etimologiyası  və  şəhərin salınma tarixi haqqında müxtəlif fikir lər 

mövcuddur. Təbriz Rəvvadilər dövlətinin   (852), Eldəgəzlər 

dövlətinin(1174),  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə