Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə127/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   123   124   125   126   127   128   129   130   ...   140

__________________________________________ 

427


55. Atəşkəs rejimi - 1994-cü il mayın 12-də Moskvada Ermənistan-

Azərbaycan    arasında    atəşin    müvəqqəti    dayandırılması    (atəşkəs) 

haqqında müqavilə imzalandı. Müqaviləyə görə müharibə aparan tərəflər sülh 

müqaviləsi bağlanana qədər atəşin dayandırılması haqqında razılığa gəldilər. 

- 55, 94, 357, 380, 382. 

 

56.  Avropa  Şurası (AŞ) - Avropada hökumətlərarası  təşkilat. 1949-cu 

ildə yaradılmışdır. Qərargahı Fransanın Strasburq şəhərində yerləşir. 

AŞ-nın  əsas məqsədi Avropada sülhü və  təhlükəsizliyi qorumaq, seçki 

sistemində çoxpartiyalılığa riayət etmək, demokratiyanı və insan hüquqlarını 

müdafiə etmək, möhkəmləndirmək, Avropa ölkələrinin mədəniyyətlərinin 

yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları Nazirlər 

Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin Müşavirəsi və 

Katiblikdir. Azərbaycan 2001-ci ildən AŞ-nın üzvüdür. - 55, 57, 272, 361, 

374 - 381. 

 

57. Avropa Yenidənqurma və İnkişaf Bankı - Qərbi və Şərqi Avropa, 

MDB ölkələrini uzunmüddətli kreditlə  təchiz edən regional dövlətlərarası 

bank. 1990-cı ildə yaradılmışdır. Londonda yerləşir. Bankın 57 üzvü var, 

həmçinin Avropa İnvestisiya Bankı və Avropa Birliyi ora daxildir. - 7, 230. 

 

58.  Dünya Bankı - BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 

1945-ci ildə ABŞ-da Bretton-Vuds çərçivəsi sistemində yaradılmışdır. İdarə 

heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və 

sosial inkişafına kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və 

iştirakçıları yalnız Beynəlxalq Valyuta Fondunun üzvləridir. Banka 130-dan 

artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının 

üzvüdür. - 57, 250, 345. 

 

59.  Mariya Antuanetta (1755-93) - Fransa kraliçası, kral XVI 

Lüdovikin arvadı. Avstriya imperatorunun qızı. Fransa inqilabı başlanandan 

əksinqilabçıların, sui-qəsdçilərin və müdaxiləçiləri dəstəkləmişdir. Məhz 

buna görə konvent tərəfindən mühakimə edilmiş və edam edilmişdir. - 58. 

  



__________________________________________ 

428


60.  Misir  Ərəb Respublikası - Afrikanın  şimal-şərqində  və Asiyanın 

Sinay yarımadasında dövlət. Sahəsi 1001,4 min km

2

,  əhalisi 61 milyon 



nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı bir palatalı - Xalq 

Məclisidir. Paytaxtı Qahirə şəhəridir. - 59 - 61. 

 

61.  Birləşmiş Millətlər Təşkilatı (BMT) - müasir dünyanın ən nüfuzlu 

beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir.  Əsas vəzifəsi 

beynəlxalq sülhü və  təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər 

arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizanınaməsi 1945-ci il 

iyulun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən 

imzalandı  və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-yə 

198 dövlət daxildir. 

BMT-nin  əsas orqanları Baş  Məclis, Təhlükəsizlik  Şurası,  İqtisadi və 

İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 

1992-ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür. - 60, 150, 194, 

208, 263, 300, 340-349. 

 

62.  İslam Konfransı  Təşkilatı  (İKT) - 1969-cu ildə yaradılmışdır. 

Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə  İslam 

Konfransı 

Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin 

möhkəmlənməsinə, üzv-dövlətlər arasında  əməkdaşlığa yönəldilmişdir. 

İqamətgahı Ciddədədir (Səudiyyə  Ərəbistanı). Azərbaycan 1991-ci ildən 

İKT-nın üzvüdür.- 60, 62, 115, 122, 124, 166, 170. 

 

63.  Hüsni Mübarək, Seyid Məhəmməd (d.l928) - Misır  Ərəb 

Respubluikasının görkəmli siyasi və dövlət xadimi. 1975-81-ci illərdə Misir 

Ərəb Respublikasının vitse-prezidenti, 1981-ci ilin oktyabrından 

prezidentidir. - 60. 

 

64.  Məhəmməd  ibn Həsən,  II Həsən (1929-1999) - 1961-ci ildən 

Mərakeş kralı, 1961-63, 1965-67-ci illərdə  həm də hökumət başçısı 

olmuşdur. - 62. 

 

65.  İspaniya - Avropanın cənub-qərbində dövlət. Sahəsi 504,8 min km

2



əhalisi 39,3 milyon nəfərdir.  İspaniya konstitusiyalı monarxiyadır. Dövlətin 



başçısı kral, qanunverici orqanı - birpalatalı parlament - 

  

 



 


__________________________________________ 

429


korteslərdir. Ali icra orqanı sədrin başçılıq etdiyi Nazirlər Şurasıdır. Paytaxtı 

Madriddir. - 63 - 64, 66 -70. 

 

66.  Xulio  İqlesias  - məşhur ispan müğənnisi.  İki dəfə Azərbaycanda 

olmuşdur. - 63 - 64, 66 - 70. 

 

67. Müslüm Maqomayev, Müslüm Məhəmməd oğlu (d.l942) - 

görkəmli Azərbaycan müğənnisi. Azərbaycan Respublikası  və SSRİ xalq 

artisti. Bəstəkar Müslüm Maqomayevin nəvəsi. Keçmiş SSRİ məkanında və 

bir çox xarici ölkələrdə müvəffəqiyyətlə  çıxış etmişdir. Azərbaycan 

Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. - 71-77. 

 

68. Tamara Sinyavskaya, Tamara İliniçna (d.l943) - məşhur rus 

müğənnisi. Moskva Böyük teatrının solisti. Azərbaycan və SSRİ xalq artisti.-

71-77. 


 

69.  Böyük Teatr - Rusiya Federasıyasında Dövlət Akademik Böyük 

Teatr.  Əsası 1775-ci ildə Moskvada qoyulmuşdur. Burada xarici və rus 

operaları  və baletləri tamaşaya qoyulur. XX əsrin  əvvəllərindən teatrda 

çalışan vokalistlər və balet ustaları dünya şöhrəti qazanmışlar. - 73. 

 

 

70.  Tahir Salahov, Tahir Teymur oğlu (d. 1928) - görkəmli Azərbaycan 



boyakarı  və qrafiki. Azərbaycan və SSR-nin xalq rəssamı. Azərbaycan və 

SSRİ Dövlət mükafatları laureatı. Rusiya Rəssamlıq Akademiyasının həqiqi 

üzvü. 1973-cü ildən SSRİ  Rəssamlar  İttifaqı  İdarə Heyətinin Birinci katibi 

olmuşdur. Salahovun yaradıcılığı mövzu və janr zənginliyi, bədii forma 

əlvanlığı, estetik kamilliyi ilə  səciyyələnir. Bu baxımdan muasir portret 

sənətinin ən kamil nümunələrindən olan «Bəstəkar Qara Qarayev»in portreti, 

eləcə də monumental divar rəsmini xatırladan «Abşeron _qadınları» əsərləri 

xüsusilə  fərqlənir. Azərbaycan Respublikası  və SSRİ Ali sovetlərinin 

deputatı olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə  təltif 

olunmuşdur. - 74. 

 

71.  Cüzeppe Verdi (1813-1901) - italyan bəstəkarı. Verdinin 

yaradıcılığı  İtaliyada milli azadlıq mübarizəsi ilə  sıx bağlıdır. «Trubadur» 

(1852), «Traviata» (1853), «Kameliyalı qadın», «Bal - maskarad» (1859) 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə