Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə125/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   121   122   123   124   125   126   127   128   ...   140

__________________________________________ 

421


lika Komitəsinin sədri, 1996-cı ildən «Azərbaycan Hava Yolları» Dövlət 

Konserninin Baş direktorudur. - 14-15. 

 

25. Ataxan Paşayev  (d. 1938) - tarix elmləri namizədi. 1962-ci ildən 

arxiv işi sahəsində çalışır. 1984-cü ildən Azərbaycan Respublikası Nazirlər 

Kabineti yanında Baş Arxiv İdarəsinin rəisidir. - 16. 

 

26. Polad Bülbüloğlu (d.l945) - bəstəkar, müğənni, ictimai və dövlət 

xadimi. Azərbaycan Respublikasının xalq artisti. Mahnıları 1960-70-ci illərdə 

SSRİ məkanında məşhur estrada müğənnilərinin ifasında səslənmişdir. 1988-

2005-ci illər Azərbaycan Respublikasının mədəniyyət naziri olmuşdur. 

Hazırda Azərbaycan Respublikasının Rusiyada fövqəladə  və  səlahiyyətli 

səfiridir. - 16,120. 

 

27. Ziya Məmmədov, Ziya Arzuman oğlu (d.l952) -dəmiryolçu 

mühəndis. 1996-2005-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi

2005-ci ildən isə Azərbaycan Respubluikasının Nəqliyyat naziridir. - 16, 17. 

 

28. Nizami Xudiyev, Nizami Manafoğ1u (d.l949) - filologiya elmləri 

doktoru, professor. 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və 

Radio Verilişləri  Şirkətinin sədri olmuşdur. Azərbaycan Respubükası Milli 

Məclisinin deputatıdır. - 17. 

 

29. Dağlıq Qarabağ Muxtar Vilayəti - Azərbaycan Respublikası 

ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də  təşkil edilmişdir. Dağlıq 

Qarabağda 1988-ci ilə  qədər 170 min əhali yaşayırdı (70% erməni, 30% 

azərbaycanlı). Ərazisi 4 min km

2

 dir. Mərkəzi Xankəndidir. 



1988-ci ildə Qarabağ separatçıları  və millətçiləri Ermənistan silahlı 

qüvvələri ilə birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma 

torpaqlarından çıxararaq Dağlıq Qarabağı  işğal etdilər. BMT-nin 822, 853, 

874, 884 qətnamələrinə görə erməni işğalçıları Azərbaycan torpaqlarının 

qeyri-şərtsiz tərk etməlidirlər. Ancaq Azərbaycan torpaqları  hələ  də erməni 

tapdağı altındadır.-17, 31, 33, 35, 37, 55, 83, 84, 85, 95, 96, 98, 103, 175, 

268, 271, 272, 281, 282, 287, 288, 289, 290, 306, 307, 331, 332, 333, 335, 

336, 341, 342, 343, 356, 371, 379, 381, 385, 390, 396, 398, 400, 402, 405, 

406. 

  



__________________________________________ 

422


30.  Şuşa - Azərbaycan Respublikasında  şəhər. Eyni ədəbiyyatda 

Şuşanın  əsasının 1750-ci illərin  əvvəllərində Qarabağ xanı  Pənahəli xan 

Cavanşir tərəfindən qoyulması göstərilsə  də, tədqiqatlar  Şuşanın qədim 

yaşayış  məntəqəsi olduğunu qeyd edirlər. Qarabağ xanlığının mərkəzi olan 

Şuşa bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlanmışdır. 

Şuşa 1813-cü il Gülüstan müqaviləsinə əsasən Qarabağ xanlığı tərkibində 

Rusiyaya birləşdirildi. 1920-ci ilin martında erməni daşnaklarının Qarabağda 

törətdikləri qırğın nəticəsində  Şuşanın bir hissəsi tamamilə yandırıldı  və 

minlərlə günahsız insan qətlə yetirildi. Lakin iyun ayının  əvvəlində 

müsavatçılar və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas 

etdi. 1923-cü il Azərbaycan MİK-nin dekretinə  əsasən Daglıq Qarabağ 

Muxtar Vilayəti təşkil olunduqda Şuşa muxtar vilayətin tərkibinə daxil edildi. 

1992-ci ildə erməni işğalçıları Azərbaycanın basılmaz qalası Şuşanı işğal 

etdilər. Hazırda Şuşa yadellilərin tapdağı altındadır. - 18, 175. 

 

31. Qubadlı - Azərbaycan Respublikasında inzibati rayon. 1933-cü ildə 

təşkil edilmişdir. Sahəsi 802 km

2

,  əhalisi 27,2 min nəfər idi. 1993-cü ildə 



erməni işğalçıları tərəfindən işğal olunmuşdur. - 18, 19, 123, 175, 179. 

 

32. Molla Pənah Vaqif, Vaqif (1717-1797) - görkəmli Azərbaycan 

şairi, dövlət xadimi. Vaqif qəzəl, müxəmməs, müstəzad və s. formalarda 

şerlər yazmışdır. Gözəllərin vəsfi Vaqif lirikasının  əsas qayəsidir. Vaqif 

şerindəki realizmə meyl Azərbaycan poeziyasının inkişafına güclü təsir 

göstərmişdir. O, Qarabağ hakimi İbrahim xanın (1769-cu il) Baş  vəziri 

olmuşdur. - 18. 

 

33. Bastiliyanın alınması - Parisdə qala, 1370-82-ci illərdə tikilmişdir. 

XV əsrdən həm də dövlət həbsxanası idi. Bastiliyada əsasən siyasi dustaqlar 

saxlanılırdı. 1789-cu il iyulun 14-də Paris üsyançıları Bastilyanı hücumla 

aldılar. Bu, Böyük Fransa inqilabının başlanğıcı idi. Bastiliyanın alındığı gün 

Fransanın milli bayramı (1880) kimi qeyd olunur. - 21-23. 

 

34. ATƏT-in Minsk qrupu - 1992-ci il martın 24-də yaradılmışdi-1997-

ci ildə Minsk qrupunun tərkibinə  aşağıdakı dövlətlər daxil olmuşdur

Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, 

  



__________________________________________ 

423


ABŞ, Fransa, Türkiyə, Danimarka və İsveç. 1994-cü ilin dekabrından İvlinsk 

qrupuna iki sədr - Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-cı ilin dekabrından 

onun üç - Rusiya, ABŞ  və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və 

Dağlıq Qarabağ probleminin dinc vasitələrlə  həll edilməsinə bilavasitə 

kömək etməkdir. - 22, 36, 37, 45, 156, 199, 267, 270-279, 286, 288, 289, 

290, 291, 292, 293, 294, 302, 304, 306, 334, 336, 344, 346, 357, 371, 372, 

380, 381, 382, 385, 390, 393, 395, 396, 397, 398, 399, 402, 403, 406, 407. 

 

35.  «Elf Agiten» - Fransada ən böyük neft korporasiyası. 80 ölkədə 

fəaliyyət göstərən 833 şirkətdən ibarətdir. Karbohidrogenlərin kəşfiyyatı, 

hasilatı  və satışı, kimya və neft-kimya sənayesi, farmokologiya və 

kosmetologiya sahələri şirkətin əsas fəaliyyət istiqamətləridir. Elmi-tədqiqat 

fəaliyyətində 8 min elmi işçi çalışır. - 22, 53, 54, 379. 

 

36. «Total» -  məşhur fransız neft şirkəti. 1954-cü ildə  təşkil 

olunmuşdur. Bir çox ölkələrdə neftin kəşfiyyatı, emalı  və satışı ilə  məşğul 

olur. -22, 53, 54, 379. 

 

37. Jak Şirak (d.l932) - Fransanın görkəmli siyasi və dövlət xadimi. 

1974-76 və 1986-88-ci illərdə Fransanın Baş naziri, 1977-95-ci illərdə Paris 

şəhərinin meri, 1995-2007-ci illərdə Fransa Respublikasının prezdenti. 

«Heydər Əliyev» ordeni ilə təltif olunmuşdur. - 22, 46, 48, 54, 58, 334. 

 

38. «Xolokost» (yəhudilərin ikinci dünya müharibəsində kütləvi surətdə 

soyqırımı) - xatirə muzeyi. 1963-cü ildə Vaşinqtonda yaradılmışdır. Muzeyin 

məqsədi  İkinci dünya müharibəsi illərində  və  əvvəllər yəhudi xalqına qarşı 

soyqırımın tarixini sənədləşdirmək, öyrənmək və informasiya yaymaqdır. 

Muzeyin divarındakı saxsı lövhədə soyqırıma məruz qalmış milyon yarım 

yəhudi uşağının xatirəsi anılır. - 24. 

 

39. Amerika Konqresi, Amerika Birləşmiş  Ştatları Konqresi - ali 

qanunverici hakimiyyət orqanı.  İki palatadan - Senatdan və Nümayəndələr 

palatasından ibarətdir. 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə