Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə124/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   120   121   122   123   124   125   126   127   ...   140

__________________________________________ 

418


8. Türkiyə Cümhuriyyəti -  Qərbi Asiyada və Avropanın cənub-şərq 

kənarında dövlət. Sahəsi 780,6 min km

2

, əhalisi 62,7 mln. nəfərdir. İnzibati 



cəhətdən 67 ilə (vilayətə) bölünür. Paytaxtı Ankara şəhəridir. Dövlət başçısı 

prezident, Ali qanunvericilik orqanı Türkiyə Böyük Millət Məclisidir. - 6, 

107, 125, 140, 190-191, 192, 213-220, 251, 361, 366, 367, 372, 373, 410. 

 

9. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) - 

Respublikada neft və qazın kəşfiyyatına, çıxarılmasına və emal edilməsinə 

rəhbərlik edən qurum. 1991-ci ildə  təşkil edilmişdir.  Şirkət neft və qaz 

quyularının qazılması və istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə 

dünyanın bir sıra ölkələrinin iri neft şirkətləri ilə sazişlər, müqavilələr 

bağlamışdır. - 7, 31, 54, 193, 330, 409. 

 

10. Qazaxıstan, Qazaxıstan Respublikası-Avroasiyanın mərkəzi 

hissəsində dövlət. Sahəsi 2724,9 min km

2

, əhalisi 16 679 min nəfərdir. Dövlət 



başçısı - prezident, qanunvericilik orqanı birpalatalı Ali Sovetdir. Paytaxtı 

Astana şəhəridir. - 7, 107, 241-242, 410. 

 

11. Özbəkistan,  Özbəkistan Respublikası - Orta Asiyanın mərkəzində 

dövlət. Sahəsi 447,4 min km

2

,  əhalisi 23 206 min nəfərdir. Özbəkistanın 



tərkibinə Qarakalpak Muxtar Respublikası  və 12 vilayət daxildir. Dövlətin 

başçısı - prezident, qanunverici orqanı - Məclisdir. Paytaxtı Daşkənd 

səhəridir. - 7, 147, 150, 221, 261-264, 410. 

 

12. Neft Daşları  - Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq 

dənizdə, polad dirəklər üzərində salınmış “neft“ şəhəri. Bu ərazi oradakı 

daşların (təqribən 20 ədəd) bəzilərində neft-qaz nişanələrinin olması ilə 

əlaqədar Neft Daşları adlandırılmışdır. Neft Daşları rayonunda geoloji 

kəşfiyyat işlərinə 1946-cı ildən başlanmışdır. Çıxarılan neft həm tankerlər, 

həm də boru kəmərləri vasitəsilə sahilə nəql edilir. - 8, 411. 

 

13. Xoşbəxt Yusifzadə,  Xoşbəxt Bağı  oğlu (d. 1930) - neftçi-geoloq, 

geologiya-minerologiya elmləri doktoru. Azərbaycan Milli Elmlər 

Akademiyasının akademiki. 1994-2000-ci illərdə Azərbaycan Respublikası 

Dövlət Neft Şirkətinin vitse-prezidenti, 2004-cü ildən isə 

  



__________________________________________ 

419


birinci  vitse-prezidentdir.   Azərbaycan   Respublikasının   «Şöhrət»  və 

«İstiqlal» ordenləri ilə təltif olunmuşdur. - 8. 

 

14. «Əsrin müqaviləsi» - 1994-cü iün sentyabrın 20-də Bakıda «Xəzər 

dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının dərinlikdə 

yerləşən hissəsinin birgə  işlənilməsi və hasil olunan neftin pay şəklində 

bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış 

müqavilə. - 8, 181, 193, 194, 195, 236, 378, 389, 391, 409-415. 

 

15. Namiq Nəsrullayev, Namiq Nəsrulla oğlu (d. 1945) - texnika 

elmləri namizədi. 1971-87-ci illərdə Azərbaycan Milli Elmlər 

Akademiyasında rəhbər vəzifələrdə, 1987-95-ci illərdə «Ulduz» Elm-

İstehsalat Birliyinin baş direktoru və «Rabitə sistemləri» Elmi-Tədqiqat 

İnstitutunun direktoru, 1995-96-cı illərdə Azərbaycan Respublikası 

İqtisadiyyat nazirinin birinci müavini, 1996-2006-cı illərdə isə Azərbaycan 

Respublikası Hesablama Palatasının sədri olmuşdur. - 9-10. 

 

16. Misir Mərdanov, Misir Cumayıl oğlu (d. 1946) fizika-riyaziyyat 

elmləri doktoru, professor. Tədqiqatları,  əsasən, riyaziyyatın müasir 

sahələrindən biri olan optimal idarəetmə nəzəriyyəsinin aktual problemlərinə 

həsr edilmişdir. 

Azərbaycan Respublikası Təhsil nazirinin müavini, BDU-nin tədris işləri 

üzrə prorektoru, BDU-nun rektoru kimi müxtəlif vəzifələrdə çalışmışdır. 

1998-ci ildən Azərbaycan Respublikasının Təhsil naziridir. Azərbaycan 

Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. - 10 

 

17. Oqtay Mirqasımov, Oqtay Mirəsədulla oğlu (d.l943) - kino-

rejissor, Azərbaycan Kinematoqrafçılar  İttifaqının katibi. Onun çəkdiyi 

filmlər («Bu həqiqətin səsidir - Qara Qarayev», «Gümüşü fayton», «Göz 

qabağında  şeytan», «Ovsunçu») tamaşaçılar tərəfindən həmişə  rəğbətlə 

qarşılanır. Azərbaycan Respubluikasının «Şöhrət» ordeni ilə  təltif 

olunmuşdur. - 11. 

 

18.  Əli  İnsanov,  Ə1i Binnət oğ1u (d. 1946) - 1993-2005-ci illərdə 

Azərbaycan Respublikasının səhiyyə naziri olmuşdur. - 11, 162. 

  

 

  




__________________________________________ 

420


19. Yusif Novruzov, Yusif İsmixan oğlu (d. 1941-2003) - iqtisad 

elmləri namizədi. Müxtəlif illərdə  məsul vəzifələrdə çalışmışdır. 1994-cü 

ildən vəfatına qədər «Azəravtoyol» Dövlət  şirkətinin prezidenti olmuşdur. - 

11. 


 

20.  İpək yolu, Böyük İpək Yolu - beynəlxalq tarixi tranzit-ticarət yolu; 

eramızdan  əvvəl II əsrin sonlarından eramızın XVI əsrinədək fəaliyyət 

göstərmiş, Çindən  Şimali Afrika və  İspaniyaya qədər uzanaraq, ayrı-ayrı 

qolları ilə o zaman dünyanın məlum olan, demək olar ki, bütün ölkələrini 

birləşdirmişdir. 

Əlverişli coğrafi mövqedə yerləşməsi və  zəngin maddi sərvətlərə malik 

olması sayəsində Azərbaycan qədim zamanlardan dünya ölkələri arasında 

iqtisadi və mədəni əlaqələrdə mühüm yer tutmuşdur. 

XX  əsrin sonunda Azərbaycan Respublikasının Prezidenti Heydər 

Əliyevin Böyük İpək yolunun yenidən dirçəldilməsi ideyasını irəli sürməsi 

bütün dünyada, xüsusilə də Böyük İpək yolu üstündə yerləşən ölkələrdə ciddi 

maraqla qarşılandı. Bu məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33 

dövlətin və Avropa Birliyinin iştirakı ilə beynəlxalq konfrans keçirildi; 

TRASEKA proqramı  çərçivəsində  nəzərdə tutulan Asiya-Qafqaz-Avropa 

ticarət dəhlizinin - Böyük İpək yolunun bərpasının və onun imkanlarından 

hamılıqla bəhrələnməyin vacibliyi qeyd olundu. -11, 107, 147, 356, 388-389. 

 

21. Transxəzər nəqliyyat dəhlizi  (TRASEKA) - Avropanı Asiya ilə 

birləşdirən yol. Bu nəqliyyat dəhlizini  Şərqlə  Qərbi birləşdirən orta materik 

xətti də adlandırmaq olar. Transxəzər nəqliyyat dəhlizi Azərbaycanı, 

bütünlükdə Qafqazı Avropa ilə birləşdirir. - 11, 15, 263, 356. 

 

22. Müslüm İmanov,  Müslüm Məşədi Müseyiboglu (d. 1931) - 1993-

2005 -ci illərdə «Azərenerji» Dövlət  şirkətinin prezidenti vəzifəsində 

işləmişdir. - 12, 13, 224, 234, 235. 

 

23. Avropa -  nəqliyyat dəhlizi. Qafqaz - Asiya nəqliyyat dəhlizi - bax 

Transxəzər nəqliyyat dəhlizi. 

 

24. Cahangir Əsgərov,  Cahangir        Cəlal    oğlu (d.l950) - təyyarəçi. 

1991-93-cü illərdə Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respub- 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə