__________________________________________
454
186. İlham Əliyev, İlham Heydər oğlu (d.l961) - görkəmli ictimai-siyasi
və dövlət xadimi, diplomat. 2003-cü ildən Azərbaycan Respubükasının
prezidenti. Prezident Heydər Əliyevin oğludur. 1994-cü ildən Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1997-ci ildən birinci
vitse-prezidenti. Azərbaycan Respublikasının neft strategiyasının həyata
keçirilməsində mühüm xidmətləri vardır.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. Siyasi və
dövlət xadimi kimi İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət və nüfuz
qazanmış, bir neçə ölkənin yüksək mükafatlarına layiq görülmüşdür.
Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlar əldə etməsində
də AMOK-un prezidenti kimi İlham Əliyevin böyük xidmətləri var. Onun
şəxsi təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə və respublikanın
digər rayonlarında dünya standartlarına cavab verən böyük olimpiya
kompleksləri tikilib istifadəyə verilmiş, güclü maddi-texniki baza
yaradılmışdır.
İlham Əliyevin doğma Azərbaycanımızın inkişafında böyük xidmətləri
var. Onun dövründə ölkə iqtisadiyyatı, qeyri neft sektoru sürətlə inkişaf
etmiş, eyni zamanda ölkəyə qoyulan xarici investisiyalar xeyli artmışdır.
İlham Əliyev tərəfindən irəli sürülmüş «Regionların inkişafı haqqında
dövlət proqramını» əsasən respublikanın şəhər və rayonlarında onlarla
sənaye müəssisəsi açılmış, yüz minlərlə iş yerləri yaradılmış və geniş abadlıq
işləri görülür. Məhz bunun nəticəsidir ki, Gəncədə maşınqayırma zavodu,
Sumqayıtda alüminium zavodu yenidən təmir edilib istifadəyə verilmiş,
minlərlə yeni iş yeri açılmış və insanlar işlə təmin edilmişlər.
Ölkədə demokratik islahatlar aparılmasında, hüquqi dövlət
quruculuğunda, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
möhkəmlənməsində uğurlu xidmətlər göstərən İlham Əliyev Yeni
Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, II
qurultayında sədrin birinci müavini vəzifəsinə seçilmişdir. 2005-ci ilin
martından isə Yeni Azərbaycan Partiyasının sədridir. 1995-ci ildən
Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı, Avropa
Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə
heyətinin başçısı olmuşdur. Azərbaycan haqqında, xüsusilə Ermənistanın
ölkəmizə hərbi təcavüzü və onun nəticələri, erməni terrorizmi haqqında
həqiqətlərin ən mötəbər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə
çatdırılmasında müstəsna xidmətləri var. «Heydər Əliyev» və Fransanın
«Fəxri legionun böyük xaç komandoru» ordenləri ilə təltif olunmuşdur. -
329,330,331,412.
__________________________________________
455
187. Ələkram Hümbətov, Ələkram Ələkbər oğlu- 1993-cü ildə
Azərbaycan Respublikasını parçalamaq məqsədilə qanunsuz hərbi
qruplaşmaya rəhbərük etmiş, qondarma «Talış-Muğan Respubükasının
yaratmaq cəhdi göstərmişdir. - 333.
188. Konstantinos Stefanopulos (1926) - 1977-80-ci illərdə Nazirlər
Kabinetində Baş nazir olmuşdur, 1995-ci ildə Yunanıstanın prezidenti
seçilmişdir. -339.
189. Baltik ölkələri - bura Latviya, Litva və Estoniya aiddir.
190. Dağıstan, D a ğ ı s t a n Respublikası - Rusiya Federasiyasının
tərkibində. Sahəsi 50,3 km
2
, əhalisi 2094,6 min nəfərdir.
Paytaxtı Mahaçqala şəhəridir. Dağıstan ərazisi bizim eradan əvvəl 1-ci
minnilliyin axırlarına qədər Qafqaz Albaniyası tərkibində olmuşdur.
1813-cü ildə Gülüstan müqaviləsinə əsasən çar Rusiyasına
birləşdirilmişdir.-359,385,386, 387.
191. Yalta - Ukraynada kurort-şəhər, Qara dəniz sahilində liman. 351-
359,361,362,363,364,368,382,398.
192. Qara dəniz hövzəsi ölkələri - 1992-ci ildə İstanbul zirvə görüşündə
yaradılmışdır. Buraya Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan,
Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Xorvatiya, Türkiyə,
Ukrayna və Yunanıstan daxildir. Bu təşkilat ancaq iqtisadi əməkdaşlıq
maraqları əsasında qurulmuş təşkilatdır. İqamətgahı İstanbuldadır. -355-
357,363.
193. Yalta konfransı, Krım konfransı (1945) - İkinci dünya
müharibəsində üç müttəfiq dövlət başçısının - İ.V.Stalin (SSRİ), F.D.Ruzvelt
(ABŞ) və U.Çorçılin (Böyük Britaniya) görüşü. Yalta konfransında faşist
Almaniyasının tamamilə məğlub edilməsi ilə müttəfiqlərin hərbi planları
razılaşdırılmışdı. Konfransın qərarına görə Almaniyanın silahlı müqaviməti
qırıldıqdan sonra müttəfiq dövlətlərin ordularının hərəsi onun
__________________________________________
456
ərazisində (həmçinin Fransanın) müəyyən zonanı tutmalı idi. Yalta konfransı
BMT-ni yaratmaq və müharibədən sonra sülhün təminatı haqqında qərar
qəbul etdi. - 357,358,364,368.
194. Vəfa Quluzadə, Vəfa Mirzəağaoğlu (d. 1940) - fövqəladə və
səlahiyyətli səfir. 1975-ci ildən Azərbaycan KP MK-da mədəniyyət
şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1990-cı illərdə Azərbaycan
Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə dövlət müşaviri
olmuşdur. - 361.
195. Şevardnadze Eduard Amvrosiyeviç (d. 1928) - Gürcüstanın və
SSRİ-nin siyasi və dövlət xadimi. 1972-85-ci illərdə Gürcüstan KP MK-nın
birinci katibi, 1985-90-cı illərdə SSRİ xarici işlər naziri, 1994-2003-cü illərdə
Gürcüstanın prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal»
ordeni ilə təltif olunmuşdur. - 362,363,370,376,382, 404,410.
196.
Görçill Uinston Leonard Spenser (1874-1965) - Böyük
Britaniyanın görkəmli dövlət, siyasi və hərbi xadimi, 1940-45, 1951-55-ci
illərdə Böyük Britaniyanın Baş naziri. Çörçill 2-ci dünya müharibəsi zamanı
Britaniya xalqının «mətanət» rəmzi, ABŞ və SSRİ ilə antihitler koalisiyasının
təşəbbüsçülərindən biri olmuşdur.
Görçill bir sıra publisistik əsərlərin və memuarların müəllifidir. Nobel
mükafatı laureatıdır. - 363.
197. Ruzvelt Franklin Delano (1882-1945) -ABŞ-in görkəmli siyasi və
dövlət xadimi. 1932-1944-cü illərdə 4 dəfə ABŞ prezidenti seçilmişdir.
Ruzvelt 2-ci dünya müharibəsi zamanı İngiltərə və SSRİ ilə antihitler
koalisiyasının yaranmasının təşəbbüsçülərindən biri olmuşdur. - 363.
198. Transxəzər layihəsi - Xəzər dənizi vasitəsilə Azərbaycandan
Gürcüstana və Türkiyəyə Orta Asiya qazını nəql edəcəkdir. Türkiyədən isə
Avropa bazarlarına çatdırılacaqdır. - 373.
Dostları ilə paylaş: |