__________________________________________
427
55. Atəşkəs rejimi - 1994-cü il mayın 12-də Moskvada Ermənistan-
Azərbaycan arasında atəşin müvəqqəti dayandırılması (atəşkəs)
haqqında müqavilə imzalandı. Müqaviləyə görə müharibə aparan tərəflər sülh
müqaviləsi bağlanana qədər atəşin dayandırılması haqqında razılığa gəldilər.
- 55, 94, 357, 380, 382.
56. Avropa Şurası (AŞ) - Avropada hökumətlərarası təşkilat. 1949-cu
ildə yaradılmışdır. Qərargahı Fransanın Strasburq şəhərində yerləşir.
AŞ-nın əsas məqsədi Avropada sülhü və təhlükəsizliyi qorumaq, seçki
sistemində çoxpartiyalılığa riayət etmək, demokratiyanı və insan hüquqlarını
müdafiə etmək, möhkəmləndirmək, Avropa ölkələrinin mədəniyyətlərinin
yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları Nazirlər
Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin Müşavirəsi və
Katiblikdir. Azərbaycan 2001-ci ildən AŞ-nın üzvüdür. - 55, 57, 272, 361,
374 - 381.
57. Avropa Yenidənqurma və İnkişaf Bankı - Qərbi və Şərqi Avropa,
MDB ölkələrini uzunmüddətli kreditlə təchiz edən regional dövlətlərarası
bank. 1990-cı ildə yaradılmışdır. Londonda yerləşir. Bankın 57 üzvü var,
həmçinin Avropa İnvestisiya Bankı və Avropa Birliyi ora daxildir. - 7, 230.
58. Dünya Bankı - BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi.
1945-ci ildə ABŞ-da Bretton-Vuds çərçivəsi sistemində yaradılmışdır. İdarə
heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və
sosial inkişafına kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və
iştirakçıları yalnız Beynəlxalq Valyuta Fondunun üzvləridir. Banka 130-dan
artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının
üzvüdür. - 57, 250, 345.
59. Mariya Antuanetta (1755-93) - Fransa kraliçası, kral XVI
Lüdovikin arvadı. Avstriya imperatorunun qızı. Fransa inqilabı başlanandan
əksinqilabçıların, sui-qəsdçilərin və müdaxiləçiləri dəstəkləmişdir. Məhz
buna görə konvent tərəfindən mühakimə edilmiş və edam edilmişdir. - 58.
__________________________________________
428
60. Misir Ərəb Respublikası - Afrikanın şimal-şərqində və Asiyanın
Sinay yarımadasında dövlət. Sahəsi 1001,4 min km
2
, əhalisi 61 milyon
nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı bir palatalı - Xalq
Məclisidir. Paytaxtı Qahirə şəhəridir. - 59 - 61.
61. Birləşmiş Millətlər Təşkilatı (BMT) - müasir dünyanın ən nüfuzlu
beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi
beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər
arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizanınaməsi 1945-ci il
iyulun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən
imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-yə
198 dövlət daxildir.
BMT-nin əsas orqanları Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və
İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.
1992-ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür. - 60, 150, 194,
208, 263, 300, 340-349.
62. İslam Konfransı Təşkilatı (İKT) - 1969-cu ildə yaradılmışdır.
Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə İslam
Konfransı
Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin
möhkəmlənməsinə, üzv-dövlətlər arasında əməkdaşlığa yönəldilmişdir.
İqamətgahı Ciddədədir (Səudiyyə Ərəbistanı). Azərbaycan 1991-ci ildən
İKT-nın üzvüdür.- 60, 62, 115, 122, 124, 166, 170.
63. Hüsni Mübarək, Seyid Məhəmməd (d.l928) - Misır Ərəb
Respubluikasının görkəmli siyasi və dövlət xadimi. 1975-81-ci illərdə Misir
Ərəb Respublikasının vitse-prezidenti, 1981-ci ilin oktyabrından
prezidentidir. - 60.
64. Məhəmməd ibn Həsən, II Həsən (1929-1999) - 1961-ci ildən
Mərakeş kralı, 1961-63, 1965-67-ci illərdə həm də hökumət başçısı
olmuşdur. - 62.
65. İspaniya - Avropanın cənub-qərbində dövlət. Sahəsi 504,8 min km
2
,
əhalisi 39,3 milyon nəfərdir. İspaniya konstitusiyalı monarxiyadır. Dövlətin
başçısı kral, qanunverici orqanı - birpalatalı parlament -
__________________________________________
429
korteslərdir. Ali icra orqanı sədrin başçılıq etdiyi Nazirlər Şurasıdır. Paytaxtı
Madriddir. - 63 - 64, 66 -70.
66. Xulio İqlesias - məşhur ispan müğənnisi. İki dəfə Azərbaycanda
olmuşdur. - 63 - 64, 66 - 70.
67. Müslüm Maqomayev, Müslüm Məhəmməd oğlu (d.l942) -
görkəmli Azərbaycan müğənnisi. Azərbaycan Respublikası və SSRİ xalq
artisti. Bəstəkar Müslüm Maqomayevin nəvəsi. Keçmiş SSRİ məkanında və
bir çox xarici ölkələrdə müvəffəqiyyətlə çıxış etmişdir. Azərbaycan
Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. - 71-77.
68. Tamara Sinyavskaya, Tamara İliniçna (d.l943) - məşhur rus
müğənnisi. Moskva Böyük teatrının solisti. Azərbaycan və SSRİ xalq artisti.-
71-77.
69. B öyük Teatr - Rusiya Federasıyasında Dövlət Akademik Böyük
Teatr. Əsası 1775-ci ildə Moskvada qoyulmuşdur. Burada xarici və rus
operaları və baletləri tamaşaya qoyulur. XX əsrin əvvəllərindən teatrda
çalışan vokalistlər və balet ustaları dünya şöhrəti qazanmışlar. - 73.
70. Tahir Salahov, Tahir Teymur oğlu (d. 1928) - görkəmli Azərbaycan
boyakarı və qrafiki. Azərbaycan və SSR-nin xalq rəssamı. Azərbaycan və
SSRİ Dövlət mükafatları laureatı. Rusiya Rəssamlıq Akademiyasının həqiqi
üzvü. 1973-cü ildən SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin Birinci katibi
olmuşdur. Salahovun yaradıcılığı mövzu və janr zənginliyi, bədii forma
əlvanlığı, estetik kamilliyi ilə səciyyələnir. Bu baxımdan muasir portret
sənətinin ən kamil nümunələrindən olan «Bəstəkar Qara Qarayev»in portreti,
eləcə də monumental divar rəsmini xatırladan «Abşeron _qadınları» əsərləri
xüsusilə fərqlənir. Azərbaycan Respublikası və SSRİ Ali sovetlərinin
deputatı olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif
olunmuşdur. - 74.
71. Cüzeppe Verdi (1813-1901) - italyan bəstəkarı. Verdinin
yaradıcılığı İtaliyada milli azadlıq mübarizəsi ilə sıx bağlıdır. «Trubadur»
(1852), «Traviata» (1853), «Kameliyalı qadın», «Bal - maskarad» (1859)
Dostları ilə paylaş: |