59
bu sahədə hüquq pozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin
nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı
yaranan münasibətləri tənzimləyir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165-ci maddəsinə müvafiq
olaraq cinayət əməli bir və ya bir neçə fəaliyyətdən ibarət ola bilər. Məsələn,
başqasının əsərini öz adına çıxmaqla müəllifliyi mənimsəmə və əsərdən və ya əlaqəli
hüquqlar obyektindən qeyri-qanuni istifadə, yəni qeyri-qanuni surətçıxartma, yayma,
efirə vermə və s. Bu cür cinayətlər maddi xarakter daşıdığına görə göstərilən
ə
məllərin törədilməsi hələ cinayət tərkibi yaratmaya da bilər. Yalnız bu hərəkətlər
nəticəsində xeyli məbləğdə ziyan vurulduğu halda cinayət tərkibi olması fikrini
söyləmək olar.
Cinayət Məcəlləsinin 165-ci maddəsinə əsasən, müəlliflik hüququnu və ya
ə
laqəli hüquqları pozmağa görə aşağıdakı məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur:
1) Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə
etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya
özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən
dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər
nəticəsində xeyli ziyan vurulmuşsa -minimum əmək haqqı məbləğinin yüz mislindən
beş yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək
ictimai işlər ilə cəzalandırılır.
2) Eyni əməllər təkrar törədildikdə və ya qabaqcadan əlbir olan bir qrup şəxs
və mütəşəkkil dəstə tərəfindən törədildikdə minimum əmək haqqı məbləğinin beş yüz
mislindən min mislinədək miqdarda cərimə və üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Müəllif hüquqlarının pozulması üzrə cinayət işlərinin qaldırılmasının və
məhkəmə qaydasında baxılmasının bir sıra prosessual xüsusiyyətləri vardır. Cinayət
işinin qaldırılması üçün zərərçəkən məhkəməyə şikayət etməli və qeyri-qanuni
ə
məllərin kimin tərəfindən və nə vaxt törədildiyi, hüquq pozucusunun cinayət
məsuliyyətinə cəlb olunmasını sübut edən konkret hərəkətlər göstərilməlidir.
60
Məhkəmənin zərərçəkənin dəlillərinin az əhəmiyyətli olması səbəbindən diqqətdən
kənarda saxlamaq ixtiyarı yoxdur. Bununla belə, zərərçəkənin xahişinə əsasən,
cinayət
işinin
açıqlanmasından
imtina
prosessual
qaydalara
uyğun
rəsmiləşdirilməlidir. Lakin müəllif hüquqlarının pozulması üzrə mülki işlərdən fərqli
olaraq cinayət işləri zərərçəkənin və hüquq pozucusunun barışdığı hallarda xətm
edilmir.
61
III FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA NTELLEKTUAL
MÜLK YYƏ
T OBYEKTLƏ
R N N Q YMƏ
TLƏ
ND R LMƏ
S N N
TƏ
KM LLƏŞ
D R LMƏ
S YOLLARI
3.1. Azə
rbaycan Respublikasında intellektual mülkiyyə
t obyektə
rinin
qiymə
tlə
ndirilmə
sinin tə
kmilləş
dirilmə
sində
inkiş
af etmiş
ölkə
lə
rin
tə
crübə
sində
n istifadə
Bir qayda olaraq, bütün dünyada qiymətləndirmənin əsas metod və prinsipləri
eynidir. Yəni, hər bir ölkənin Milli Qiymətləndirmə Standartları Beynəlxalq
Qiymətləndirmə Standartları Komitəsinin prinsipləri üzərində qurulmuşdur.
Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsi hər bir standartın mətninin bütün
müddəalarının ifadə edilməsini məqsədəyönlü hesab etmir. Ona görə də, Beynəlxalq
Qiymətləndirmə
Standartı
digər
standartları
tamamlayır,
o
cümlədən
qiymətləndirmənin peşəkar fəaliyyəti kimi qəbul edilir və standartların tətbiq
edilməsi üçün zəruri olan əsaslar haqqında ümumi təsəvvürlər yaradır.
Beynəlxalq qiymətləndirmə standartları məhz Beynəlxalq Qiymətləndirmə
Standartları üzrə Komitə tərəfindən hazırlanılır. Beynəlxalq Qiymətləndirmə
Standartları üzrə Komitəsi 1981-ci ildə Böyük Britaniyanın Kral nstitutu tərəfindən
sertifikat verilmiş qiymətləndiricilərinin təşəbbüsü ilə yaradılmışdır. Bu Komitəyə
50-dən çox ölkənin peşəkar qiymətləndiricilər birlikləri daxildir.
Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin başlıca vəzifələri
maliyyə və muhasibat uçotu hesabatlarında istifadə üçün dəqiq istifadə olunmuş
standartların və praktiki tövsiyyələrin hazırlanması, o cümlədən bu standartların
ölkələrdə və milli təşkilatlarda yayılması, qəbul və tətbiq edilməsinə kömək
göstərilməsidir. Bundan əlavə, Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin
fəaliyyət dairəsinə həmçinin standartlara düzəliş edilməsi, standartların şərhi,