4
metodların tətbiqi yolunda maneələrin əksəriyyəti ləğv olunacaq. Artıq bu sahədə
dünya təcrübəsinin varisliyi yolunda ilk addımlar atılmışdır, qiymətləndirmə
fəaliyyəti prosesində qiymətləndiricilər tərəfindən istifadə edilə bilən əsas yanaşma
və metodlar qanunvericiliklə müəyyənləşdirilmişdir.
Bununla belə, intellektual mülkiyyətin qiymətləndirilməsi metodologiyası
hazırlanmamışdır, çünki bazar iqtisadiyyatının müasir Azərbaycan reallıqlarında
xarici yanaşma və metodlardan istifadə zamanı müəyyən çətinliklər mövcuddur.
Məsələn, Azərbaycanın maliyyə bazarının, xüsusilə kapital bazarının geriliyi, əksər
müəssisələrin səhmlərinin qeyri-likvidliyi müqayisəli (bazar) yanaşmanın tətbiqini
çətinləşdirir, ümumi makro-iqtisadi qeyri-stabillik və uzunmüddətli investisiyalarla
bağlı risklərin yüksək səviyyəsi isə intellektual mülkiyyətin qiymətləndirilməsində
gəlir yanaşmasının əsasını şübhə altına qoyur.
ntellektual mülkiyyətin bazar dəyərinin formalaşdırılması ilə bağlı problemin
elmi işlənmə dərəcəsi müəssisələrin fəaliyyətinin maliyyə nəticələrində onun
təsirlərini nəzərə alaraq, bazar mühitində yüksək praktiki tələbatı ilə müəyyən edilir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsl məqsədi kompleks tədqiqat
və bu sahədə xarici və yerli təcrübənin ümumiləşdirilməsi əsasında intellektual
mülkiyyətin
qiymətləndirilməsi
metodologiyasının
təkmilləşdirilməsi
üzrə
tövsiyyələrin hazırlanması hesab edilir.
ntellektual mülkiyyətin bazar qiymətinin formalaşması prosesinin tədqiqinin
məqsədi aşağıdakılarla şərtlənir:
• iqtisadiyyatın
real sektorunun müəssisələrinin məhsullarının (işlərin,
xidmətlərin) rəqabət qabiliyyətinin yüksəldilməsinə kömək edən iqtisadiyyat institutu
kimi intellektual mülkiyyətin rolunun və yerinin müəyyənləşdirilməsi;
• təsərrüfatçılığın müxtəlif sistemlərində intellektual mülkiyyətin dəyərinin
formalaşması modellərinin təhlilinin aparılması;
• Azərbaycanda
və
xaricdə
tətbiq
olunan
intellektual
mülkiyyətin
qiymətləndirilməsi yanaşmalarının və metodlarının kompleks tədqiqatı;
5
• intellektual mülkiyyətin investisiya cəlbediciliyinə əhəmiyyətli təsir göstərən
ə
sas amillərin aşkar edilməsi;
• müəssisənin maliyyə-iqtisadi göstəricilərində onun bazar qiymətinə təsiri
nəzərə alınmaqla intellektual mülkiyyətin qiymətləndirilməsi metodologiyasının və
praktikasının əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
Dissertasiya tədqiqatının məqsədinə əsaslanaraq aşağıdakı vəzifələrin tədqiqi
ə
sas məsələ kimi qarşıya qoyulmuşdur:
• intellektual mülkiyyəti qiymətləndirmə obyekti kimi tədqiq etmək;
• intellektual mülkiyyətin bazar dəyəri anlayışına qiymət vermək və onun digər
dəyər növləri ilə qarşılıqlı əlaqəsini aşkar etmək;
• yerli xüsusiyyətlər nəzərə alınmaqla, dünya təcrübəsində qəbul olunmuş
intellektual mülkiyyətin qiymətləndirilməsinin yanaşma və metodlarını təhlil
etmək;
• hər bir yanaşma çərçivəsində intellektual mülkiyyətin qiymətləndirilməsi
metodologiyasının təkmilləşdirilməsi üzrə tövsiyyələr hazırlamaq.
Tə dqiqatın obyekti qismində intellektual sənaye mülkiyyət obyektlərinin
yaradılması, tətbiqi, hüquqi mühafizəsi, kömək göstərilməsi və onun rəqabət
bazarında mübadiləsi ilə bağlı kompleks münasibətlər çıxış edir.
Tədqiqatın predmeti isə bazar iqtisadiyyatı şəraitində (məsələn, intellektual
sənaye mülkiyyətində) intellektual mülkiyyətin qiymətləndirilməsi metodologiyası
hesab edilir.
Dissertasiya tə dqiqatının metodoloji və nə zə ri ə saslarını milli və xarici
iqtisadi
fikirlərin
nailiyyətlərinə
ə
saslanan
intellektual
mülkiyyətin
qiymətləndirilməsinə kompleksli, sistemli yanaşmalar təşkil edir. Tədqiqat
aparılarkən ümumi elmi metodlar, iqtisadi və maliyyə təhlili, təsnifləşdirmə və
qruplaşdırma, tarixi və iqtisadi-statistik metoddan istifadə edilmişdir. Metodların
vəhdəti tədqiqatın dərinliyi və universallığını lazımi səviyyədə təmin etməyə imkan
verib.
6
Tə dqiqatın informasiya bazasını Azərbaycan Respublikası Konstitusiyası,
Azərbaycan Respublikasının Qanunları, Nazirlər Kabinetinin qərarları, Beynəlxalq
Qiymətləndirmə Standartları Komitəsinin məlumatları, Dövlət Hakimiyyət
orqanlarının statistik və analitik materialları, Azərbaycan Respublikasının və xarici
dövlətlərin xüsusi dövri mətbuatda dərcləri, Qlobal nternet şəbəkəsinin informasiya
resursları, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının, elmi-praktiki konfransların
materialları və Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq hüquqi normativ aktlar
təşkil edir.
Tədqiqatın elmi yeniliyinə aşağıdakılar aid edilir:
• intellektual mülkiyyətin bazar dəyərinin tiplərinin təsnifatı keçirilmişdir;
• intellektual mülkiyyətin qiymətləndirilməsinə xərc, bazar və gəlir yanaşmaları
çərçivəsində intellektual mülkiyyətin qiymətləndirilməsinin meyarları müəyyən
edilmişdir;
• intellektual mülkiyyətin xərc, bazar, gəlir yanaşmaları çərçivəsində
qiymətləndirilməsində bazar dəyərinin normaları aşkar edilib (intellektual
mülkiyyətin tam bərpa dəyəri, intellektual mülkiyyətin ilkin dəyəri, intellektual
mülkiyyətin real cari dəyəri, intellektual mülkiyyətdən yaranmış xalis cari dəyər);
• dünya və yerli təcrübənin tədqiqatı əsasında intellektual mülkiyyətin
qiymətləndirilməsi metodologiyasının inkişafı üzrə tövsiyyələr kompleksi
hazırlanılmışdır.
Dissertasiya işinin praktiki əhəmiyyəti. Azərbaycan Respublikasında
intellektual mülkiyyətin satışında və idarə edilməsində intellektual mülkiyyətin
qiymətləndirilməsindən istifadənin zəruriliyi tədqiqatın təcrübi əhəmiyyətini təşkil
edir. Təsərrüfat dövriyyəsində müstəsna hüquqlardan istifadənin səmərəliliyinin
ölçülməsi vasitəsilə isə intellektual mülkiyyətin qiymətləndirilməsi həyata keçirilə
bilər.
Dissertasiya iş inin quruluş u və hə cmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə
və təkliflərdən, 1 cədvəl və 1 sxemdən ibarət olmaqla 86 səhifədir.
Dostları ilə paylaş: |