23
6) Royaltidən azad edilmə metodu. Bu metod ona əsaslanır ki, baxılan
intellektual mülkiyyət real sahibinə məxsus deyil, digər müəssisənin mülkiyyəti
hesab edilir. Sonuncu lisenziya əsasında royalti ödənilməsi şərti intellektual
mülkiyyəti təqdim edir. Beləliklə xərclərin qənaəti royaltinin ödənilməsi üzrə
hesablanılır və kapitallaşdırılma həcminə intellektual mülkiyyətin bazar dəyərinin
ekvivalenti kimi baxılmalıdır.
7) 25% qaydaya əsaslanan metod. Patent mühafizəsinin mövcud olduğu
müddətdə müəyyən ənənə formalaşmışdır ki, buna əsasən iddiaçı patent sahibinə
lisenziya sayəsində rəqibin qazandığı gözlənilən ümumi gəlirin 25%-ni ödəməyə
hazır olduğunu bildirdi.
ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsində bu metodun tətbiqi
şə
rtilə lisenziat öz potensial göstəricilərinin açıqlanmasında maraqlı deyil, ona görə
də mənfəət diapazonunu qiymətləndirmək 2 ildən artıq olmayan dövr üçün
mümkündür.
8)Ekspert qiymətləndirmə metodu. Ekspert qiymətləndirmə metodu ekspert
qrupunun razılıq əldə edilməsinə əsaslanan proqnozlaşdırma metodudur. Ekspert
qiymətləndirilməsi üçün çoxlu sayda metodlar mövcuddur. Bəzi hallarda hər
ekspertlə ayrıca işləyirlər, o heç bilmir ki, kim ekspertdir və ona görə də o öz fikrini
müstəqil olaraq söyləyir.
Digər hallarda isə ekspertləri materialların hazırlanması üçün qrup halında
toplayırlar. Bu zaman ekspertlər bir-biri ilə problemləri müzakirə edirlər, bir-birindən
öyrənirlər və yanlış fikirləri atıb, ümumi qərar qəbul edirlər. Bununla yanaşı
ekspertlərin sayı qeyd olunur. Belə ki, fikir yekdilliyi yoxlamalarının statistik metodu
və sonradan onların ortalaması əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir.
Ekspert qiymətləndirilməsinin aparılması zərurəti ekspertlərin işinin
hazırlanmasında aşağıdakı mərhələləri nəzərdə tutur:
1) Ekspert sorğusunun məqsədi (intellektual mülkiyyət obyektlərinin
qiymətləndirilməsi məqsədinin ifadə olunması). ntellektual mülkiyyət obyektlərinin
24
qiymətləndirilməsi məqsədinin dəqiq ifadə olunmasından ekspertlərin qarşılarına
qoyduqları vəzifələri yerinə yetirməklərinin səmərəliliyi və vacibliyi asılıdır;
2) Sifarişçi tərəfindən ekspert qrupunun əsas heyətinin seçilməsi;
Ekspertlərin tərkibi qiymətləndirilən obyektlərin spesifik tərəflərindən asılıdır.
Ekspertlər sifarişçinin fəaliyyət göstərdiyi sahənin mütəxəssisləri olmalıdırlar.
3) Sorğunun ekspert tədqiqatının keçirilməsi üçün texniki tapşırığın
hazırlanması və təsdiq edilməsi;
4) Ekspert fikirlərinin (qiymətləndirmənin ) toplanması və təhlilinin
aparılmasının ətraflı ssenarisinin hazırlanması, o cümlədən ekspert informasiyasının
konkret növü kimi bu məlumatların konkret metodlarının təhlili;
5) Ekspert komissiyasının formalaşdırılması;
Ekspertlərlə komissiyanın işi və onların şərtlərinin ödənilməsi haqqında
müqavilələrin bağlanması, sifarişçi tərəfindən ekspert komissiyasının tərkibinin
təsdiqi məqsədəuyğundur.
6) Ekspert məlumatlarının toplanılması ;
7) Ekspert məlumatlarının təhlili;
8) Alınan nəticələrin interpretasiyası və sifarişçi üçün rəyin hazırlanması;
9) Fəaliyyətin rəsmi olaraq sonlandırılması.
Bu və ya digər qiymətləndirmə metodunun tətbiqi təcrübəsi müxtəlifdir,
bununla belə qeyd etmək olar ki, gəlir yanaşması həm intellektual mülkiyyət
obyektlərini alanlar, həm də satanlar üçün daha əlverişlidir. Çünki, o intellektual
mülkiyyət obyektlərinin istifadəsindən potensial səmərənin qiymətləndirilməsi
ə
sasında qurulur.
Bazar yanaş masında bir qayda olaraq, satışların müqayisə metodundan
istifadə olunur. Nəzərdən keçirilən aktiv intellektual mülkiyyətin analoji obyektləri
ilə və ya açıq bazarda satılan qiymətli kağızlarla təmin olunan qeyri-maddi aktivlərlə
müqayisə edilir. Müqayisəli yanaşma zamanı istifadə edilən bu iki ən çox yayılmış
məlumat mənbələri həm qeyri-maddi aktivlərin, həm də fyuçers və opsionların
satıldığı bazarlar hesab edilir.
25
Müqayisə üçün ilk növbədə əsaslandırılmış bazar olmalıdır. Dəyərinin miqdarı
müəyyənləşdirilərkən əvvəlki əqdlərdən istifadə edilir, qiymətləndirmə predmeti
barəsində vaxt cərəyanı nəzərə alınmaqla məlumatlara düzəlişlərin edilməsi tələb
olunur. ntellektual mülkiyyət obyektlərinin satışının əsas proseduru bazar
(müqayisə) metodu hesab edilir.
ntellektual mülkiyyətin qiymətləndirilməsinə bazar (müqayisə) yanaşması
metodunun istifadə şərtləri aşağıdakılardır:
1) qiymətləndirilən intellektual mülkiyyətin keyfiyyətinə görə müqayisə edilən ən azı
üç analoqun olması;
2) qiymətləndirilən intellektual mülkiyyətin və onun analoqlarının keyfiyyətini təyin
edən parametrlərin əhəmiyyəti haqqında məlumatların düzgünlüyü;
3) analoqların düzgün rəqabət şəraitində satışı.
Bu göstərilən şərtləri eyni zamanda istənilən intellektual mülkiyyət üçün yerinə
yetirmək mümkün deyildir. Bir çox hallarda intellektual mülkiyyətin
qiymətləndirilməsində bazar yanaşması müəlliflik hüququna (ədəbiyyat, o cümlədən
elmi-texniki, heykəltəraşlıq, rəssamlıq, arxitektura və s.), həmçinin patent
hüquqlarına - sənaye intellektual mülkiyyətinin bəzi növlərinə (məhsul nişanları və
faydalı modellərin hüquqları, seleksiya nailiyyətləri) nəzərən istifadə edilir. Əgər
intellektual mülkiyyətin qiymətləndirilməsi konkret sənaye mülkiyyətinə aiddirsə və
konkret sənaye texnikası ilə sıx bağlıdırsa (ixtira hüququ, sənaye nümunələri, nou-
hau obyektləri, xidmət nişanları, kompyuter proqramları) onda bazar (müqayisə)
yanaşmasından istifadə etmək mürəkkəb olur.
Satış üzrə əqdlərin təhlilində və seçilməsində nəzərdən keçirilməli olan
müqayisənin əsas elementləri aşağıdakılardır:
• ötürülən əqdlərdə qeyri-maddi aktivlərin mülkiyyət hüququ qanunlarının
strukturu və həcmi;
• hər hansı xüsusi şəraitin mövcudluğu və maliyyələşdirmə haqqında saziş;
• satış üzrə əqdlər zamanı təkrar bazarda mövcud olan iqtisadi şərait;
Dostları ilə paylaş: |