32
II FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA NTELLEKTUAL
MÜLK YYƏ
T OBYEKTLƏ
R N N Q YMƏ
TLƏ
ND R LMƏ
S N N MÖVCUD
VƏ
Z YYƏ
T N N TƏ
HL L
2.1. Azə
rbaycan Respublikasında intellektual mülkiyyə
t bazarının formalaş
ma
və
ziyyə
ti və
intellektual mülkiyyə
t obyektlə
rinin tə
snifatı
Azərbaycanda intellektual mülkiyyət bazarının formalaşması 1992-ci ildə
ölkəmizdə bazar iqtisadiyyatının yaranması ilə başlamışdır. Respublikamızın yeni
bazar iqtisadi sisteminə keçid aldığı bir mərhələdə ölkə əhalisinin iqtisadi
təfəkkürünün formalaşdırılması, təhsil səviyyəsi, ixtisas hazırlığı obyektiv hala və
zəruri amilə çevrilir. Bu iqtisadi sistemdə bazar infrastrukturunun zəruri ünsürü və
iştirakçısı kimi iqtisadçılar çıxış edir. Bu isə müasir elmi-texniki tərəqqinin və
istehsalın səmərəliliyini yüksəltmək bacarığını ön plana çəkir.
Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra, digər sahələrdə olduğu
kimi iqtisadiyyat sahəsində də öz suveren hüquqlarını reallaşdırmağa və bu sahədə
müstəqil siyasət aparmağa başladı. Müxtəlif mülkiyyət formaları əsasında yaradılan
iqtisadi sistem, dünya iqtisadiyyatına inteqrasiya və bazar iqtisadiyyatına keçid bu
iqtisadi siyasətin başlıca istiqamətlərini təşkil edir
Yüksək inkişaf və tərəqqi mərhələsində olan Respublikamızın bu tarixi
mərhələyə çatması heç də asan başa gəlməyib. Ölkəmiz imza atdığı sosial-iqtisadi
uğurlara və iqtisadi sahədə əldə etdiyi artım templərinə mükəmməl iqtisadi
strategiyanın həyata keçirilməsi yolu, yeni resursların səmərəli istifadə olunması və
onların sosial ədalət prinsiplərinə müvafiq olaraq bölüşdürülməsi ilə nail olub.
Dövlət suverenliyini 1992-ci ildə bərpa edən Azərbaycan Respublikasında
institutsional islahatların həyata keçirilməsi, bazar iqtisadi sisteminin tələblərinə
uyğun təsərrüfat sisteminin yaradılması və bu iqtisadi sistemə əsaslanan milli
iqtisadiyyatın formalaşması zəruri hesab edilir. Konstitusiya ölkəmizin daxili siyasi
sabitliyini təmin edir, iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyalar,
33
azad sahibkarlıq üçün şərait yaradılması və onun mənafelərinin qorunması, xüsusi
mülkiyyətin inkişafının təmin olunması üçün şərait yaradır.
Konstitusiyanın “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” bölməsinin 30-cu
maddəsinə uyğun olaraq, "Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik
hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun digər növləri qanunla
qorunur". [1,12]
Konstitusiyanın bu müddəası yaradıcılıq müstəqilliyini təmin etməklə
təyinatından, dəyərindən, məzmunundan, həmçinin ifadə formasından və üsulundan
asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan bütün elm, ədəbiyyat və
incəsənət əsərlərinin qorunmasına hüquqi baza yaradır və hər hansı yaradıcılıq
nəticəsini qorumaqla yaradıcı şəxslərə mövzu, janr və forma seçimində tam azadlıq,
müstəqillik imkanı yaratmış oldu. Bir sözlə, Konstitusiyaya əsasən ölkəmizdə
intellektual mülkiyyətin qorunmasına böyük zəmanət verilir. Bundan əlavə burada öz
ə
ksini tapmış maddələr bir sıra yeni qanunlarla konkretləşdirilir və inkişaf etdirilir.
Məhz bu maddələrin Konstitusiyada təsbit olunması ölkəmizdə intellektual
mülkiyyət bazarının formalaşmasına şərait yaratdı.
ntellektual mülkiyyət obyektləri bazarının formalaşması iki mərhələdə
reallaşır. Bu mərhələlər aşağıdakılardır:
I mərhələ: intellektual mülkiyyət bazarının yaradılmasının təşkilati-hüquqi
mexanizminin formalaşması – qısamüddətli perspektiv.
II mərhələ: intellektual mülkiyyət bazarının fəaliyyətinin səmərəliliyinin
artırılması – uzunmüddətli perspektiv.
Respublikamızda intellektual mülkiyyət obyektləri bazarının formalaşmasının
ə
sas
məqsədi
intellektual
mülkiyyət
bazarı subyeklərinin
maraqlarının
reallaşdırılması və tələbatının təmin edilməsi, intellektual fəaliyyətin nəticələrinin
təsərrüfat sahələrinə tətbiqi, intellektual mülkiyyətdən düzgün istifadə olunması və
onun yenidən təşkili, intellektual mülkiyyət sahəsinə investisiyaların cəlb edilməsidir.
Ölkəmizdə intellektual mülkiyyət bazarı aşağıdakı istiqamətlər üzrə formalaşır:
34
•
intellektual mülkiyyət sahəsində strateji təhlilin aparılması və elmi-texniki
fəaliyyətin planlaşdırılması;
•
intellektual mülkiyyətin idarə olunması sahəsində ixtisaslı mütəxəssislərin
hazırlanması;
•
intellektual mülkiyyətin hüquqi mühafizəsinin səmərəli təminatı;
•
intellektual fəaliyyətin yaradılması və nəticələrinin istifadə edilməsi ilə bağlı
nəzarət sisteminin formalaşdırılması;
•
inventarizasiya, ekspertizanın aparılması, o cümlədən intellektual fəaliyyətin
nəticələrinin qiymətləndirilməsi və onların qeyri-maddi aktiv kimi qəbul edilməsi;
•
intellektual mülkiyyət sahəsində regionlararası və beynəlxalq əməkdaşlıq.
Mülkiyyət obyektləri kimi intellektual mülkiyyəti intellektual fəaliyyətin
nəticələri və sahibkarlıq fəaliyyəti iştirakçılarının individualizasiya vəsaitləri
adlandırmaq qəbul edilmişdir. Belə obyektlərin intellektual mülkiyyət obyektlərinə
daxil edilməsində əsas meyar hüquq mühafizəsinin olmasıdır. ntellektual mülkiyyət
bazarının obyektləri aşağıdakı kimi təsnifləşdirilir:
1) sənaye mülkiyyət obyekləri
– ixtiralar;
– faydalı modellər;
– sənaye nümunələri;
– əmtəə nişanları;
– firmanın adı;
– haqsız rəqabətin qarşısının alınması hüququ.
2) Müəlliflik hüququnun obyektləri
– ədəbi əsərlər (o cümlədən Hesablayan Elektron Maşınlar üçün proqram);
– dram və musiqi əsərləri;
– rəqs əsərləri;
– audiovizual əsərlər;