26
• qeyri-maddi aktivlər istifadə olunan (və ya istifadə olunacaq) sahə və ya
biznes;
• intellektual mülkiyyət obyektlərinin fiziki xarakteristikası;
• intellektual mülkiyyət obyektlərinin funksional xarakteristikası;
• intellektual mülkiyyət obyektlərinin texnoloji xarakteristikası;
• sövdələşməyə digər qeyri-maddi aktivlərin daxil edilməsi.
1.3. ntellektual mülkiyyə
t obyektlə
rinin qiymə
tlə
ndirilmə
sinin hüquqi ə
sasları
ntellektual mülkiyyət fiziki və hüquqi şəxslərin intellektual fəaliyyət
nəticələrinin müstəsna hüquqlarını özündə göstərir. ntellektual mülkiyyət hüququ
sahəsində müstəsna hüquq anlayışı beynəlxalq müqavilələrə uyğun istifadə olunur.
ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi, mühafizəsi sahəsində əsas
hüquqi bazanı 4 konvensiya təşkil edir ki, bunlara aşağıdakılar aiddir: [28, 8]
1) Sənaye mülkiyyətinin mühafizəsi haqqında Paris konvensiyası (20 mart
1883-cü il);
2) Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası (9 sentyabr
1886-cı il);
3) Müəlliflik hüququ haqqında Ümumdünya (Cenevrə) konvensiyası ( 6
sentyabr 1952-ci il);
4) Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edilməsi haqqında
konvensiya (14 iyul 1967-ci il).
Bu konvensiyalarla müstəsna hüquq sahibinin intellektual fəaliyyətin
nəticələrindən istifadəyə dair icazə və ya qadağa qoymasının ümumi qaydaları
27
müəyyən edilmişdir. Müstəsna hüququn obyekti olan intellektual fəaliyyətin
nəticələrindən istifadə yalnız hüquq sahibinin icazəsi ilə reallaşdırıla bilər.
Sənaye mülkiyyətinin qorunması haqqında Paris konvensiyası açıq tipli
beynəlxalq müqavilədir. Konvensiya 1983-cü ildə 11 ölkə (Belçika, Braziliya,
spaniya, Fransa, Qvatemala, taliya, Niderland, Portuqaliya, Salvador, Serbiya,
sveçrə) tərəfindən imzalanılmış və sənaye mülkiyyətinin mühafizəsi sahəsində ilk
beynəlxalq hüquqi akt hesab olunur. Məhz bu konvensiya ixtiraların, sənaye
nümunələrinin, əmtəə nişanlarının, xidmət nişanlarının, faydalı modellərin və s.
mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı tənzimləyən normalardan ibarətdir.
Paris konvensiyasının məqsədləri yalnız üzv ölkələrin patent qanunvericiliyinin
unifikasiya edilməsi, vahid beynəlxalq patentin (sənaye nümunəsinin, əmtəə
nişanının) yaradılması deyil, bir ölkədə meydana gələn müdafiə hüququnun digər
üzvü ölkələrdə də təmin edilməsi, eləcə də qeyri-rezidentlərə patent verilməsi
şə
rtlərinin
yaxşılaşdırılmasıdır.
Konvensiya
patent
fəaliyyətinin
ə
razi
məhdudiyyətlərinə son qoymur. Bütün bunlar Paris konvensiyasının çatışmazlıqlara
malik olduğunu və onun təkmilləşdirilməsinin vacibliyini göstərir.
Konvensiyanı imzalayan hər bir ölkə konvensiyadan irəli gələn tələblərin
yerinə yetirilməsi üçün lazımi tədbirlər görməlidir. Bu konvensiyaya görə hər bir üzv
öikə sənaye mülkiyyəti üzrə xüsusi hökumət orqanı yaratmalıdır. Konvensiyada
həmçinin, üzv ölkələrin sənaye mülkiyyətinin mühafizəsi haqqında Beynəlxalq
ttiifaq yaratmaları nəzərdə tutulmuşdur. Bu ittifaqın strukturu belədir:
1)
ttifaqın Assambleyası - bütün üzv ölkələrin təmsil olunduğu ali orqan
2 ildə 1 dəfə çağırılır, ittifaqın fəaliyyəti və inkişafı üzrə ən mühüm
məsələləri həll edir.
2)
craedici komitə - üzv ölkələri burada təmsil olunur və ildə bir
dəfə iclas keçirir.
3)
Beynəlxalq Büro - təşkilatın katibliyi funksiyasını yerinə yetirir.
1886-cı ildə "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Konvensiya
imzalandı. Bu Konvensiyanın tətbiq edildiyi ölkələr müəlliflərin ədəbi və bədii
28
ə
sərlərinə olan hüquqlarının qorunması üçün ttifaq yaradırlar. Konvensiyaya əsasən,
"ədəbi və bədii əsərlər" termini hansı üsulla və formada ifadə olunmasından asılı
olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən kitab,
broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq
ə
sərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları;
mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya
analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq
ə
sərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya
ə
sərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə oluan əsərlər onlara bərabər tutulur;
tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan
illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir.
Ölkəmiz 1998-ci ildən "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern
konvensiyasına qoşuldu.
1967-ci ildə imzalanmış Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis
edilməsi konvensiyası beynəlxalq təşkilat kimi özündə bir neçə beynəlxalq birlikləri,
ə
n əsası da Paris və Bern konvensiyalarını daxil edir. ÜƏMT-nın yaradılmasının 3
ə
sas məqsədi olmuşdur:
1) Ölkələrarası əməkdaşlığın genişləndirilməsi;
2) ntellektual mülkiyyətin bütün dünya üzrə mühafizəsinin gücləndirilməsi;
3) Sənaye mülkiyyətinin mühafizəsi üzrə mövcud ittifaqların idarə edilməsinin
təkmilləşdirilməsi.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı dünyada əqli mülkiyyət sahəsində
aparılan işlərin idarəçiliyini həyata keçirən Hökumətlərarası təşkilatdır. Onun inzibati
idarəçiliyi altında 26 konvensiya, müqavilə və saziş fəaliyyətdədir. Azərbaycan
Respublikası 1995-ci il dekabrın 25-dən bu təşkilatın üzvüdür. 2006-cı il martın 3-də
Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət
Təşkilatı arasında əqli mülkiyyət sahəsində “Əməkdaşlıq Proqramı” imzalanmışdır.