29
Azərbaycan Respublikası ÜƏMT-nin inzibati idarəçiliyini həyata keçirdiyi müəlliflik
hüququ və əlaqəli hüquqlar sahəsində qüvvədə olan bütün çoxtərəfli konvensiya və
müqavilələrə qoşulmuşdur.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əsas fəaliyyəti intellektual
mülkiyyətlə bağlı suallarda inkişaf etməkdə olan ölkələrə yardımın göstərilməsindən
ibarətdir:
intellektual mülkiyyətlə bağlı kadrların hazırlanması;
intellektual mülkiyyət sahəsində milli təşkilatların və orqanların yaradılmasına
və funksionallaşdırılmasına yardımın göstərilməsi;
hüquqi məsləhətlər;
intellektual mülkiyyət sahəsində milli qanunvericiliyin yaradılmasında kömək
göstərilməsi və s.
Bu Konvensiyaya uyğun olaraq, intellektual mülkiyyətin qorunma obyekti
istehsal, elmi və bədii sahələrdə yaradıcılıq fəaliyyətinin konkret nəticələrinə olan
hüquqlar kimi şərh olunurdu. Artıq qeyd edildiyi kimi, müxtəlif ölkələrin
qanunvericiliklərində intellektual mülkiyyət termininin geniş şəkildə işlədilməsinə
baxmayaraq, bu anlayışın əleyhdarları da qalmaqda davam edir. Onların əsas
arqumenti budur ki, intellektual mülkiyyət obyektlərin və öz mahiyyətinə görə
müəllif əsərləri və müxtəlif texniki yeniliklər olan qeyri-maddi obyektlərin hüquqi
rejimini eyniləşdirmək olmaz. Əsas səbəblərdən biri də ondan ibarətdir ki, ərazi
məhdudiyyəti qoyulmayan mülkiyyət hüququndan fərqli olaraq, müəlliflər, ixtiraçılar
və onların hüquqi varisləri hüquqların qorunması ilə bağlı vaxt və ərazi
məhdudiyyətlərini özlərində hiss edirlər; müəlliflik və patent hüquqları mülkiyyət
hüququnun müdafiəsi üçün tətbiq olunanlardan tamamilə fərqli hüquqi vasitələrlə
müdafiə olunur. Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən
Konvensiyanın 2-ci maddəsinin 8-ci bəndində göstərilir ki, intellektual mülkiyyət
aşağıdakı hüquqlara aiddir.
• ədəbi, bədii və elmi əsərlər;
30
• incəsənət nümayəndələrinin ifaçılıq fəaliyyəti, səsyazma, radio və televiziya
verilişləri;
• insan fəaliyyətinin bütün sahələrdə ixtiraları;
• elmi kəşflər;
• sənaye nümunələri;
• əmtəə nişanı, xidmət nişanı, firmanın adı və kommersiya təyinatı;
• haqsız rəqabətə qarşı müdafiə.
ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsində qiymətləndirmə
standartlarının işlənib hazırlanılmasının böyük əhəmiyyəti vardır. Belə ki, hər bir
ölkənin Milli Qiymətləndirmə Standartları Beynəlxalq Qiymətləndirmə Standartları
Komitəsinin prinsipləri üzərində qurulmuşdur.
Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsi hər bir standartın mətninin
bütün müddəalarının ifadə edilməsini məqsədyönlü hesab etmir. Ona görə də,
Beynəlxalq Qiymətləndirmə Standartı digər standartları tamamlayır, o cümlədən
qiymətləndirmənin peşəkar fəaliyyəti kimi qəbul edilir və standartların tətbiq
edilməsi üçün zəruri olan əsaslar haqqında ümumi təsəvvürlər yaradır. Beynəlxalq
qiymətləndirmə standartları məhz Beynəlxalq Qiymətləndirmə Standartları üzrə
Komitə tərəfindən hazırlanılır. Bu Komitəyə 50-dən çox ölkənin peşəkar
qiymətləndiricilər birlikləri daxildir.
Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin başlıca vəzifələri
maliyyə və muhasibat uçotu hesabatlarında istifadə üçün dəqiq istifadə olunmuş
standartların və praktiki tövsiyyələrin hazırlanması, o cümlədən bu standartların
ölkələrdə və milli təşkilatlarda yayılması, qəbul və tətbiq edilməsinə kömək
göstərilməsidir. Bundan əlavə, Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin
fəaliyyət dairəsinə həmçinin standartlara düzəliş edilməsi, standartların şərhi,
qruplaşdırılması və tətbiqi sahəsində yaranan ziddiyyətli halların aşkar edilməsi ilə
bağlı məsələlərin həlli də daxildir.
Komitənin hazırladığı beynəlxalq qiymətləndirmə standartları və normaları
tövsiyyə xarakteri daşıyır və bu səbəbdən də onun qarşısında duran əsas vəzifə
31
müxtəlif ölkələrin qiymətləndirmə standartlarını əlaqələndirməkdən ibarətdir.Dünya
ölkələrinin təcrübəsi üzrə intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi
prosesi müvafiq ardıcıllıqla həyata keçirilir. Bu qiymətləndirmə prosesi Beynəlxalq
Qiymətləndirmə Standartları Komitəsinin prinsiplərinə uyğun hazırlanıb reallaşdırılır.
Müvafiq ardıcıllıq aşağıdakı kimi sıralanıb:
• mövcud qiymətləndirmə obyektinin və onun mülkiyyət hüququ tipinin
müəyyən edilməsi;
• qiymətləndirmənin aparılması məqsədi;
• qiymətləndirmənin təyinatının müəyyən edilməsi;
• qiymətləndirmə prosesində tələb olunan informasiyanın yığılması, onların
araşdırılması və təhlili;
• qiymətləndirmə obyektindən istifadə səviyyəsinin və istifadə olunmayan
resursların müəyyən edilməsi;
• qiymətləndirmədə tətbiq olunması nəzərdə tutulan yanaşma və metodların
müəyyən edilməsi;
• daha əlverişli yanaşma və metodların tətbiqi ilə intellektual mülkiyyət
obyektinin qiymətləndirilməsi;
• qiymətləndirmə obyektinin yekun dəyərinin hesablanması;
• intellektual mülkiyyət obyektinin yekun qiymətləndirilməsinin təsdiqlənməsinə
hüquqi əsas verən hesabatın tərtibi. [8, 182-183]
ntellektual mülkiyyət obyetlərinin qiymətləndirilməsinin hüquqi bazasının
təkmilləşdirilməsi qiymətləndirmə prosesinin həyata keçirilməsində mühüm
ə
həmiyyət kəsb edir. Belə ki, müasir dövrdə intellektual mülkiyyət obyektlərinin
qiymətləndirilməsinə, dəyərinin hesablanılmasına vahid standartların hazırlanması və
tətbiqi zəruridir. Bu istiqamətdə görülən əsas tədbirlərdən biri bu sahədə
qanunvericilik bazasının təkmilləşdirilməsidir.
Dostları ilə paylaş: |