35
– rəsm, qrafika əsərləri, memarlıq dizaynı, şəhərsalma;
– coğrafi və geoloji xəritə;
– istehsal əsərləri (tərcümələr, referatlar);
– toplular (ensiklopediya, məlumat bazası).
3) kommersiya sirri
– kommersiya gizliliyi – bazar konyukturası haqqında, müəssisənin maliyyə
ə
məliyyatları haqqında, kommersiya fəaliyyətinin həcmi barədə məlumatlar,
kontragentlərlə bağlanmış müqavilələr haqqında məlumatlar, müştərilərin
siyahısı;
– istehsal sirrləri – patentlərlə mühafizə olunmayan ixtiralar, təcrübə nümunələri,
elmi tədqiqat işlərinin nəticələri, texnoloji konstruktor, layihə sənədləri və s.
– təşkilati-idarəetmə sirrləri – istehsalın, marketinq sisteminin təşkili sirrləri və
keyfiyyətin, heyətin, maliyyənin idarə edilməsi sirrləri.
Ümumiyyətlə dünyada intellektual mülkiyyət bazarının formalaşdırılması
sənaye mülkiyyətinin mühafizəsi üzrə 1883-cü ildə Paris Konvensiyasının qəbul
edilməsi ilə başlanmışdır. Konvensiyaya əsasən, mühafizə olunan intellektual
mülkiyyət obyektlərinə aşağıdakılar aiddir:
– texniki ixtiraların yeni qərarları;
– faydalı modellər, dizayn məlumatları.
ntellektual mülkiyyət bazarının formalaşması yolunda növbəti addım 1967-ci
ildə 4 iyulda Stokholmda qəbul edilmiş Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
təsis edilməsi haqqında Konvensiya olub. Konvensiyada intellektual mülkiyyət
obyektlərinin aşağıdakı növləri nəzərdə tutulur:
• ədəbi, bədii və elmi əsərlər;
• incəsənət nümayəndələrinin ifaçılıq fəaliyyəti, səsyazma, radio və televiziya
verilişləri;
• insan fəaliyyətinin bütün sahələrdə ixtiraları;
36
• elmi kəşflər;
• sənaye nümunələri;
• əmtəə nişanı, xidmət nişanı, firmanın adı və kommersiya təyinatı;
• haqsız rəqabətə qarşı müdafiə.
Hüquqi tənzimlənmənin xüsusiyyətlərindən asılı olaraq intellektual mülkiyyəti
3 əsas hissəyə bölmək olar:
1) patent hüququ ilə qorunan yaradıcılıq fəaliyyətinin nəticələri;
2) müəlliflik hüququ ilə qorunan yaradıcılıq fəaliyyətinin nəticələri;
3) birgə hüquqlara aid edilən yaradıcılıq fəaliyyətinin nəticələri.
Patent hüququ iə qorunan intellektual mülkiyyət obyektlərinə ixtiralar, faydalı
modellər, sənaye nümunələri, məhsul nişanları və s. aiddir. Patentlər sənayenin bütün
sahələrində elmi tədqiqat və tərəqqi üçün mükafat və təşviqat vasitələri sayılır. Onlar
texniki innovasiya üçün əlverişli zəmin yaratmaqla bərabər, texniki biliklərin
inkişafına və yayılmasına da öz səmərəsini verir. Patentlər müəssisənin innovasiya
sahəsindəki qüdrətinin sübutu sayılır və güclü rəqabət mövcud olan bazarlarda
üstünlük əldə etmək üçün ehtiyatla istifadə edilə bilər.[3,24]
Qanunvericiliyə əsasən, patent onun sahibinə xüsusi icazə olmadan patentdə
təsvir edilən ixtiradan üçüncü şəxslərin kommersiya (məsələn, istehsal, tətbiq,
istifadə, satış üçün təklif və ya idxal) məqsədi ilə istifadə etməsinin qarşısını almaq
hüququ verir. Patent sahibi patenti satmaq və ya onu lisenziyalaşdırmaq yolu ilə öz
hüquqlarını digər şəxsə ötürə bilər. Azərbaycanda patentlər ixtiralar, sənaye
nümunələri və faydalı modellər üçün verilir.[3, 24]
xtiralar patent almaq üçün ərizə təqdim olunan tarixdən başlayaraq 20 il
ə
rzində qorunur. Qorunmanın ilkin müddəti 3 ildir, daha sonra illik xidmət haqlarını
("yenilənmə haqları") ödəmək lazım gələcək.[3, 26]
"Sənaye nümunəsi" dedikdə, məhsulun, yaxud onun bir və ya bir neçə
hissəsinin zahiri görkəmi başa düşülür. Yalnız obyektin zahiri görkəmi dizayn
hüquqları ilə qorunur. Sənaye nümunələrinin mühafizəsi ilə bağlı qanunvericilik
37
digər şəxslərə eyni və ya oxşar sənaye nümunəsindən kommersiya məqsədləri üçün
istifadəni qadağan edir.[3, 28]
Sənaye nümunəsinin qorunma müddəti maksimum 10 ildir. Bu müddət
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sənaye
nümunəsinin qeydiyyatı üçün müvafiq ərizənin rəsmi qeydiyyata alındığı gündən
başlayır.
Faydalı model ixtiraya bənzərdir, lakin faydalı modelə qoyulan tələblər ixtiraya
münasibətdə daha yumşaqdır. Bu səbəbdən faydalı modelə bəzən "xırda ixtira" və ya
"innovativ patent" deyilir. Faydalı modelin qorunma müddəti 10 il təşkil edir, yəni
faydalı modelin istifadəyə başlandığı tarixdən etibarən 10 il ərzində faydalı modeldən
istifadə üçün hüquq sahibinin razılığı tələb olunur. " stifadə" dedikdə,
patentləşdirilmiş faydalı modelin istifadə olunduğu istənilən məhsulu bazara
çıxarmaq, habelə patent ilə qorunan tətbiqi prosesin istifadəsi başa düşülür.[3, 30]
Ə
mtəə nişanları söz (məs. "Kral"), şəxsi ad (məs. "Jalə"), hərf (məs. "Ya" (Я) ),
rəqəm (məs. "33"), təsviri elementlər, məhsulların və ya onların qablaşdırmalarının
formasında qeydiyyata alına bilər, həmçinin, rənglərin kombinasiyası və ya belə
işarələrin (məs. "7 gözəl") istənilən kombinasiyası mühafizə oluna bilər.[3, 33]
Hər hansı əmtəə nişanı əmtəə və ya xidmətin identifikasiya olunmasında
bilavasitə rol oynayan əsas elementdir. Bu səbəbdən əmtəə nişanı qiymətli kapital
sayılır və onun bazarda tanınmasının formalaşdırılması və daha sonra onun qorunub
saxlanılması üçün külli miqdarda pul və vaxt sərf olunur. Əmtəə nişanının mühafizəsi
ə
mtəə nişanının sahibinə əmtəə və ya xidmətləri identifikasiya etmək üçün xüsusi
nişandan istifadə etmək və başqalarının ixtiyarına vermək (misal üçün lisenziya
vermək yolu) kimi müstəsna hüquq verir. [3, 32]
Ümumiyyətlə, əmtəə nişanının sahibi öz məhsulunun qarışıq düşmə ehtimalı
olduğundan digər şəxslərə öz məhsuluna eyni və ya oxşar nişanların verilməsini
qadağan edə bilər. Azərbaycanda əmtəə nişanlarının bir sıra xüsusi növləri vardır:
tanınmış əmtəə nişanları, geniş tanınmış əmtəə nişanları, ictimai mülkiyyət, internet
domen adları, məhsulun mənşəyinin göstərilməsi.
Dostları ilə paylaş: |