44
1) bazar tələbatının, təklifinin, rəqabətinin dəyişilməsi səbəbindən - qiymət və qeyri-
qiymət amilləri;
2) təsir istiqamətinə görə - birbaşa və dolayı amillər;
3) təsir xüsusiyyətinə görə - daxili və xarici amillər;
4) yaranma sferasına görə - iqtisadi, sosial-mədəni, institutsional amillər;
5) bazar tələbatına və təklifinə təsir xarakterinə görə: ümumi və xüsusi amillər;
6) təsir miqyasından asılı olaraq - mikro iqtisadi və makro iqtisadi amillər.
2.2. Azə
baycan Respubikasında intellektual mülkiyyə
t obyektlə
rinin
qiymə
tlə
ndirilmə
si zə
ruriliyi və
onun aparılması istiqamə
tlə
ri
Respublikamızda intellektual mülkiyyət obyektləri bazarı formalaşdığı andan
etibarən intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi zəruriliyi
yaranmışdır.
ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi intellektual işin
məhsullarının dəyərini pul ekvivalentində müəyyən etməyə imkan verir.
ntellektual mülkiyyətin qiymətləndirilməsi zəruriliyi adətən əmtəə
nişanlarının, patentlərin və s. alqı-satqısı zamanı yaranır. Yaxud intellektual
mülkiyyət obyektlərinin müvəqqəti və ya qismən istifadəsi hüququnda lisenziya
sazişlərinin və ya əqdlərin bağlanması zamanı.
Yuxarıda qeyd etdiklərimizdən əlavə, qiymətləndirmə rəqiblərin ticarət
markalarından, patentlərdən və s. qanunsuz istifadə zamanı hüquq sahibinə dəymiş
ziyanın kompensasiyasının müəyyən edilməsi zamanı tələb olunur. Lakin müasir
təcrübədə intellektual mülkiyyətin qiymətləndirilməsinin rəsmi prosedurlarının
həyata keçirilməsi üçün digər səbəblər də mövcuddur.
45
ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsinin aparılması zərurəti
aşağıdakı hallarda yaranır:
1) intellektual mülkiyyət obyektlərinin hüquqlarının alqı-satqısında;
2) dəyərin yaradılması strategiyası kimi intellektual mülkiyyət obyektlərinin idarə
edilməsi zəruriliyi yarananda;
3)intellektual mülkiyyət obyektlərindən istifadəyə görə ödənişlərin hesablanılmasının
ə
saslandırılması zəruriliyi;
4) müəssisələrin özəlləşdirilməsi;
5) müəssisənin ləğv edilməsi, müflisləşməsi;
6) girov qismində intellektual mülkiyyət obyektlərinin verilməsi;
7) françayzinqin tərkib hissəsi kimi intellektual mülkiyyət obyektlərindən istifadədə;
8) müəssisə sahibləri arasında əmlak bölgüsündə;
9) bir müəssisənin digər müəsisə tərəfindən udulması və ya onların birləşməsi;
10) intellektual mülkiyyət obyektlərindən istifadə edilməsi nəzərdə tutulan investisiya
layihələrinin qiymətləndirilməsi;
11) nizamnamə kapitalına intellektual mülkiyyət obyektlərinin daxil edilməsi;
12) intellektual mülkiyyət obyektlərinin sığortası;
13) intellektual mülkiyyət obyektinin şəxsi istehsalda istifadəsi zamanı onun üzərinə
düşən iqtisadi səmərə payının müəyyən edilməsi;
14) intellektual mülkiyyət obyekti müəlliflərinin qonorarının hesablanması;
15) maliyyə hesabatlarında dəyişikliklərin edilməsi, vergi bazasının dəqiqləşdirilməsi
məqsədilə müəssisənin qeyri-maddi aktivlərinin qiymətləndirilməsi.
Hazırda intellektual mülkiyyət müəssisənin aktivlərinin ən mühüm tərkib
hissələrindən biri hesab edilir. Kifayət qədər tez-tez o hallara rast gəlinir ki, şirkətin
intellektual mülkiyyətinin dəyəri onun bütün maddi aktivlərinin dəyərini üstələyir və
marketinq strategiyasında şirkətin ən əsas resursu hesab olunur.
Qiymətləndirmə işlərinin aparılmasında ilkin məsələ qiymətləndirmənin
məqsədinin müəyyənləşdirilməsi hesab edilir. Qiymətləndirmənin zərurəti məhz
intellektual mülkiyyət obyektinin qiymətləndirilməsi məqsədindən asılıdır.
46
Sifarişçi
qiymətləndirmənin
məqsədini
dəqiq
ifadə
etməlidir
və
qiymətləndirmə aparan mütəxəssisə qiymətləndirmənin nəticələrindən necə istifadə
etməyi planlaşdırdığını izah etməlidir. Məhz bu qiymətləndirmə aparan mütəxəsisin
konkret yanaşma və qiymətləndirmə metodları seçiminə təsir göstərir.
ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi zəruriliyi daha çox
alqı-satqı sövdələşmələri zamanı yaranır. Belə ki, intellektual mülkiyyət
obyektlərinin alqı-satqı sövdələşmələrinin reallaşdırılması zamanı analoji
sövdələşmələr barədə informasiya çatışmamazlığı şəraitində alan və satan tərəflər
arasında sövdələşmənin son məbləğinin müəyyən edilməsi ilə bağlı həmişə problemli
hallar yaranır. Bu kimi problemlərin həlli üçün qiymətləndirmə ekspertlər tərəfindən
aparılır.
ntellektual mülkiyyət obyektlərinin alqı-satqısı məqsədilə qiymətləndirilməsi
zamanı ekspert qiymətləndirilən obyektin bütün parametr və xüsusiyyətlərini nəzərə
alır və obyektin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müxtəlif yanaşma və
metodlardan istifadə edir.
Qiymətləndirilmənin aparılmasının zəruri hallarından biri də intellektual
mülkiyyət obyektlərinin nizamnamə kapitalına daxil edilməsidir. ntellektual
mülkiyyət obyektlərinin nizamnamə fonduna daxil edilməsi dedikdə, intellektual
mülkiyyət obyektləri üçün mülkiyyət hüquqlarının müəssisəyə verilməsi başa
düşülür. Bu verilmə bir qayda olaraq, yazılı formada müqavilə bağlanması yolu ilə
həyata keçirilir. ntellektual mülkiyyətin yeni yaradılan müəssisənin nizamnamə
fonduna daxil edilməsində intellektual mülkiyyət obyektlərinə mülkiyyət hüquqları
artıq qeyd olunduğu kimi müəssisəyə keçir və müəssisə özünün bütün əmlakı, o
cümlədən öhdəlikləri ilə cavab verir. Bundan başqa mövcud qanunvericiliyə görə
nizamnamə fondu daxil olmaqla müəssisənin əmlakı məhkəmənin və ya digər
səlahiyyətli orqanın qərarına əsasən mülkiyyətçidən müsadirə oluna bilər.
ntellektual mülkiyyət obyektlərinin hər bir növünün qiymətləndirilməsi üçün
müvafiq olaraq qiymətləndirmə üçün məlumatların siyahısı qeyd olunmalıdır.