41
Folklor nümunələri isə ənənəyə əsaslanan əqli yaradıcılıq fəaliyyətinin
nəticəsidir və nəsildən-nəsilə ötürülərək qorunub saxlanılan yaradıcılıq nümunələri
kimi qorunub saxlanılır. Folklor nümunələrindən istifadə sərbəstdir, lakin istifadə
zamanı onların təbii mahiyyəti dəyişdirilməməli və məzmununa xələl
gətirilməməlidir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı isə mədəni irsin obyektlərinə əqli
mülkiyyət növü kimi status verilməklə hüquqi qorunmasının təmin edilməsi üçün
hüquqi məkanın və mexanizmin (hüquqi qorunma aləti) yaradılmasını rəhbər tutur.
Hələ Stokholmda keçirilən Diplomatik Konfransda "Ədəbi və bədii əsərlərin
qorunması haqqında" Bern Konvensiyasının 15(4) maddəsində dəyişiklik apararaq,
müəllif əsərləri ilə bərabər folklor əsərlərinin qorunması üçün müəyyən şərait
yaratmışdı. Müəlliflik hüququ ilə folklorun hüquqi qorunmasını təmin etmək
mümkün olmur və xüsusi qorunmaya ehtiyac vardır. Bu mövqe YUNESKO və
ÜƏMT tərəfindən müdafiə olundu. 2003-cü ildə isə Şərqi Avropa və MDB
məkanında ilk dəfə olaraq Azərbaycanda "Folklor nümunələrinin hüquqi qorunması
haqqında" Qanun qəbul edilmişdir.
Müasir dövrdə patentlərlə müqayisədə kommersiya sirrinin əhəmiyyəti
getdikcə artmağa başlayır. Bunun isə əsas səbəbi ondadır ki, bəzən ixtiranı patentlə
mühafizə etmək çətindir və ya onun qanunsuz istifadə olunmasını izləmək qeyri-
mümkündür. Belə olan halda texnologiya sahibinə onu sirr olaraq saxlamaq daha
sərfəlidir, nəinki etibarsız patent hüququ altında qeydiyyatdan keçirmək. Üstəlik
patenti almaq proseduru kifayət qədər bahalıdır və o ixtiranın istifadəsi üçün
müstəsna hüququ yalnız 20 il ərzində verir. Ona görə də bəzi şirkətlər ixtiranı
qeydiyyata almamaq və onları nou-hau səviyyədə saxlayıb, tez istehsala tətbiq
etməklə yeni məhsulun bazara çıxarılması surətini artırıb və öz rəqabət qabiliyyətini
saxlamağa üstünlük verirlər. Sənaye sirri də kommersiya sirrinin ən mühüm növü
sayılır. Ona isə nəinki kommersiya fəaliyyətinin fərdi detalları və ya işgüzar əlaqələri,
o cümlədən sənaye sirrləri aiddir.
42
Patentdən fərqli olaraq kommersiya sirri dövlət qeydiyyatından keçə bilməz və
o qeyri-maddi aktivlərin siyahısına daxil edilə bilməz. Beləliklə, kommersiya sirri
intellektual mülkiyyət deyil, onun qorunması üsuludur. Amma bu hal xüsusi olaraq,
sənaye sirrinin sənaye mülkiyyətinin bir növü kimi baxılmasının mümükünlüyünü
istisna etmir. Faktiki olaraq intellektual mülkiyyət kimi sənaye sirri qeyri-maddi aktiv
hesab edilir, lakin bu zaman məcburi dövlət qeydiyyatını tələb etmir.
ntellektual mülkiyyət bazarı obyektlərinin bir sıra əlamətlərinə,
xüsusiyyətlərinə görə təsnifləşdirilir:
1)
stifadəsinə görə: istehsalatda satışda və s. istifadə olunan intellektual
mülkiyyət bazarı;
2)
bazar strukturunun tipinə görə: monopoliya rəqabəti, oliqapoliya rəqabəti və s;
3)
intellektual mülkiyyət obyektlərinin növünə görə: sənaye mülkiyyəti bazarı,
müəlliflik hüququ bazarı, əlaqəli hüquqlar bazarı;
4)
alqı-satqı obyektinə görə: ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə
nişanları, xidmət nişanları, intellektual xidmət bazarı, nou-hau və s;
5)
ə
hatə dairəsinə görə: yerli, regional, milli, dünya miqyasında;
6)
intellektual mülkiyyətin subyekt mənsubiyyətinə görə: ümumi (bura həmçinin
dövlət də aid edilir), korporativ, ayrı-ayrı fərdlər (müəlliflər, ixtiraçılar, alıcılar,
satıcılar, istehlakçılar).
Amillərin təsnifatı intellektual mülkiyyət bazarının inkişafının zəif və güclü
tərəflərinin üzə çıxarılmasına və onun təkmilləşdirilməsinin tendensiyasını
müəyyənləşdırılməsinə imkan verdi. ntellektual mülkiyyət bazarının iqtisadi, sosial
və institutsional sferada inkişafının zəif və güclü tərəfləri mövcuddur ki, bunu da
ə
yani şəkildə aşağıdakı cədvəldə göstərmək olar:
43
Cədvəl 2.1[42]
Tərəflə
ri
Iqtisadi sferada
Sosial sferada
nstitutsional sferada
G
üc
lü
-texnologiyaların transferinin
regional və beynəlxalq
şə
bəkəsi təşkil olunur;
-riskli fondlar yaradılır;
-innovasiya müəssisələrinin
dəstəklənməsi üçün vəsaitlər
ayrılır;
-xarici şirkətlərin lisenziyaları
ə
ldə edilir.
-əlavə iş yerləri açılır;
-tədqiqatçılara dəstək
üçün vəsait ayrılır;
-tədqiqatçıların təhsili
və intellektual
potensialının
səviyyəsinin artırılması
üçün mütəxəsislərin
cəlb olunması.
-qanunvericilik bazası
təkmilləşdirilir;
-innovasiya və
investisiya proseslərinə
dövlət strukturlarının
cəlb edilməsi;
-sənaye zonaları,
texnopolislər və s.
yaradılır;
-korrupsiya ilə
mübarizə aparılır;
-N OKR sferasına
investiyalar artır;
-cəmiyyətin
informasiyalaşdırılması
baş verir.
zə
if
-innovasiyaya tələbatın aşağı
olması;
-infrastruktur inkişaf etməyib;
-idxal ixracı üstələyir;
-intellektual mülkiyyətdə
investisiya riskinin yüksək
səviyyəsi və bankların yüksək
faizləri;
-istehsalatda intellektual
mülkiyyət obyektlərinin
tətbiqinin və istifadəsinin aşağı
olması;
-istehsalda və elmi təşkilatlarda
köhnə texnologiyalardan və
avadanlıqlardan istifadə;
-N OKR-ın nəticələri
müsəssisə balansında nəzərə
alınmır;
-yerli texnologiyaların,
ixtiraların və s. qanunsuz
istifadəsi;
-intellektual mülkiyyət
obyektlərinin aşağı keyfiyyəti.
-subyektlərin
motivasiyasının və
stimullaşdırılmasının
aşağı səviyyədə olması;
-elmi tədqiqatçıların
sayının azaldılması;
-intellektual
mülkiyyətin idarə
edilməsində peşəkar
kadrların sayının az
olması;
-intellektual potensialın
azaldılması.
-intellektual mülkiyyət
bazarının inkişafının
institutsional
rəsmiləşdirilməsi qayda
və normalarının
zəifliyi;
-normativ-hüquqi
bazanın natamamlığı;
-institutsional
baryerlərin
mövcudluğu;
-intellektual mülkiyyət
sahəsində
qanunvericiliyin
formalaşmasının başa
çatmaması;
-elmi siyasətin
təşkilatının aşağı
səviyyədə olması.
ntellektual mülkiyyət bazarının inkişafına təsir göstərən amillər bir sıra
ə
lamətlərinə, xüsusiyyətlərinə görə qruplaşdırılır ki, bunlara da aşağıdakılar aiddir: