Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

26 

 

•  qeyri-maddi  aktivlər  istifadə  olunan  (və  ya  istifadə  olunacaq)  sahə  və  ya 



biznes; 

•  intellektual mülkiyyət obyektlərinin fiziki xarakteristikası; 

•  intellektual mülkiyyət obyektlərinin funksional xarakteristikası; 

•  intellektual mülkiyyət obyektlərinin texnoloji xarakteristikası; 

•  sövdələşməyə digər qeyri-maddi aktivlərin daxil edilməsi. 

 

 



 

1.3.  ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsinin hüquqi əsasları 

 

 

ntellektual  mülkiyyət  fiziki  və  hüquqi  şəxslərin  intellektual  fəaliyyət 



nəticələrinin  müstəsna  hüquqlarını  özündə  göstərir.  ntellektual  mülkiyyət  hüququ 

sahəsində  müstəsna  hüquq  anlayışı  beynəlxalq  müqavilələrə  uyğun  istifadə  olunur. 

ntellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsi,  mühafizəsi  sahəsində  əsas 

hüquqi bazanı 4 konvensiya təşkil edir ki, bunlara aşağıdakılar aiddir: [28, 8] 

 

1)  Sənaye  mülkiyyətinin  mühafizəsi  haqqında  Paris  konvensiyası  (20  mart 



1883-cü il); 

 

2) Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası (9 sentyabr 



1886-cı il); 

 

3)  Müəlliflik  hüququ  haqqında  Ümumdünya  (Cenevrə)  konvensiyası  (  6 



sentyabr 1952-ci il); 

 

4)  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  təsis  edilməsi  haqqında 



konvensiya (14 iyul 1967-ci il). 

 

Bu  konvensiyalarla  müstəsna  hüquq  sahibinin  intellektual  fəaliyyətin 



nəticələrindən  istifadəyə  dair  icazə  və  ya  qadağa  qoymasının  ümumi  qaydaları 


27 

 

müəyyən  edilmişdir.  Müstəsna  hüququn  obyekti  olan  intellektual  fəaliyyətin 



nəticələrindən istifadə yalnız hüquq sahibinin icazəsi ilə reallaşdırıla bilər. 

 

Sənaye  mülkiyyətinin  qorunması  haqqında  Paris  konvensiyası  açıq  tipli 



beynəlxalq  müqavilədir.  Konvensiya  1983-cü  ildə  11  ölkə  (Belçika,  Braziliya, 

spaniya,  Fransa,  Qvatemala,  taliya,  Niderland,  Portuqaliya,  Salvador,  Serbiya, 

sveçrə)  tərəfindən  imzalanılmış  və  sənaye  mülkiyyətinin  mühafizəsi  sahəsində  ilk 

beynəlxalq  hüquqi  akt  hesab  olunur.  Məhz  bu  konvensiya  ixtiraların,  sənaye 

nümunələrinin,  əmtəə  nişanlarının,  xidmət  nişanlarının,  faydalı  modellərin  və  s. 

mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı tənzimləyən normalardan ibarətdir. 

 

Paris konvensiyasının məqsədləri yalnız üzv ölkələrin patent qanunvericiliyinin 



unifikasiya  edilməsi,  vahid  beynəlxalq  patentin  (sənaye  nümunəsinin,  əmtəə 

nişanının)  yaradılması  deyil,  bir  ölkədə  meydana  gələn  müdafiə  hüququnun  digər 

üzvü  ölkələrdə  də  təmin  edilməsi,  eləcə  də  qeyri-rezidentlərə  patent  verilməsi 

şə

rtlərinin 



yaxşılaşdırılmasıdır. 

Konvensiya 

patent 

fəaliyyətinin 



ə

razi 


məhdudiyyətlərinə  son  qoymur.  Bütün  bunlar  Paris  konvensiyasının  çatışmazlıqlara 

malik olduğunu və onun təkmilləşdirilməsinin vacibliyini göstərir.  

 

Konvensiyanı  imzalayan  hər  bir  ölkə  konvensiyadan  irəli  gələn  tələblərin 



yerinə yetirilməsi üçün lazımi tədbirlər görməlidir. Bu konvensiyaya görə hər bir üzv 

öikə  sənaye  mülkiyyəti  üzrə  xüsusi  hökumət  orqanı  yaratmalıdır.  Konvensiyada 

həmçinin,  üzv  ölkələrin  sənaye  mülkiyyətinin  mühafizəsi  haqqında  Beynəlxalq 

ttiifaq yaratmaları nəzərdə tutulmuşdur. Bu ittifaqın strukturu belədir: 

1) 

ttifaqın Assambleyası - bütün üzv ölkələrin təmsil olunduğu ali orqan 



2  ildə  1   dəfə çağırılır,  ittifaqın fəaliyyəti və  inkişafı  üzrə ən  mühüm 

məsələləri həll edir. 

2) 

craedici komitə - üzv ölkələri burada təmsil olunur və ildə bir 



dəfə iclas keçirir. 

3) 


Beynəlxalq Büro - təşkilatın katibliyi funksiyasını yerinə yetirir. 

 

1886-cı  ildə  "Ədəbi  və  bədii  əsərlərin  qorunması  haqqında"  Konvensiya 



imzalandı.  Bu  Konvensiyanın  tətbiq  edildiyi  ölkələr  müəlliflərin  ədəbi  və  bədii 


28 

 

ə



sərlərinə olan hüquqlarının qorunması üçün  ttifaq yaradırlar. Konvensiyaya əsasən, 

"ədəbi  və  bədii  əsərlər"  termini  hansı  üsulla  və  formada  ifadə  olunmasından  asılı 

olmayaraq  ədəbiyyat,  elm  və  incəsənət  sahəsində  bütün  əsərləri,  o  cümlədən  kitab, 

broşura,  başqa  yazılı  əsərləri;  mühazirə,  müraciət,  nitq  və  başqa  bu  tipli  yaradıcılıq 

ə

sərlərini;  dram,  musiqili-dram  əsərlərini;  xoreoqrafiya  əsərlərini  və  pantomimaları; 



mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya 

analoji  üsullarla  ifadə  olunan  əsərlər  onlara  bərabər  tutulur;  rəsmləri,  rəngkarlıq 

ə

sərlərini,  memarlıq,  heykəltəraşlıq,  qrafika  və  litoqrafiya  işlərini;  fotoqrafiya 



ə

sərlərini,  fotoqrafiyaya  analoji  üsullarla  ifadə  oluan  əsərlər  onlara  bərabər  tutulur; 

tətbiqi  sənət  əsərlərini;  coğrafiya,  topoqrafiya,  memarlıq  və  elmə  aid  olan 

illüstrasiyaları,  coğrafi  xəritələri,  planları,  eskizləri  və  plastik  əsərləri  əhatə  edir. 

Ölkəmiz  1998-ci  ildən  "Ədəbi  və  bədii  əsərlərin  qorunması  haqqında"  Bern 

konvensiyasına qoşuldu. 

 

1967-ci  ildə  imzalanmış  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  təsis 



edilməsi konvensiyası beynəlxalq təşkilat kimi özündə bir neçə beynəlxalq birlikləri, 

ə

n əsası da Paris və Bern konvensiyalarını daxil edir.  ÜƏMT-nın yaradılmasının 3 



ə

sas məqsədi olmuşdur:  

1) Ölkələrarası əməkdaşlığın genişləndirilməsi; 

2)  ntellektual mülkiyyətin bütün dünya üzrə mühafizəsinin gücləndirilməsi;  

3)  Sənaye  mülkiyyətinin  mühafizəsi  üzrə  mövcud  ittifaqların  idarə  edilməsinin 

təkmilləşdirilməsi. 

 

Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatı  dünyada  əqli  mülkiyyət  sahəsində 



aparılan işlərin idarəçiliyini həyata keçirən Hökumətlərarası təşkilatdır. Onun inzibati 

idarəçiliyi  altında  26  konvensiya,  müqavilə  və  saziş  fəaliyyətdədir.  Azərbaycan 

Respublikası 1995-ci il dekabrın 25-dən bu təşkilatın üzvüdür. 2006-cı il martın 3-də 

Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət 

Təşkilatı arasında əqli mülkiyyət sahəsində “Əməkdaşlıq Proqramı” imzalanmışdır. 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə