Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

50 

 

 



Standartda  intellektual  mülkiyyət  obyektinin  təsnifatı  və  strukturu,  onların 

qeydə  alınmasını  həyata  keçirən  dövlət  orqanları,  bu  orqanların  səlahiyyətli 

nümayəndələri  və  s.  məsələlər  müəyyənləşdirilməlidir.  Bundan  əlavə,  standartda 

intellektual  mülkiyyət  obyektlərinin  yaradılması,  yaxud  alınması  zamanı  mühasibat 

uçotunun  tələbləri,  intellektual  mülkiyyət  obyektlərinin  xərclərinin  formalaşması  və 

bu  göstəricilərin  müvafiq  hesablarda  əks  etdirilməsi,  bu  hesabların  bölmələrdə 

istifadə  edilməsi,  həmçinin  sövdələşmənin  xüsusiyyətindən  asılı  olaraq  intellektual 

mülkiyyət obyektinin mahiyyəti açıqlanılmalıdır. 

 

Faktiki materialların təsvir olunmasına qarşı tələbləri əks etdirən bölmənin də 



standartda  nəzərə  alınması  çox  vacibdir.  Öz  məzmunu  etibarilə  əslində  bu  bölmə 

istənilən  obyektin  qiymətləndirilməsi  nəticələrinin  rəsmiləşdirilməsi  üçün  tətbiq 

oluna bilər. Standartda diqqət yetirilməli bölmələrdən biri yanaşmalar  məcmusudur. 

Burada  istifadə  olunan  xərc,  satışların  müqayisəsi  və  gəlir  yanaşmalarının 

qiymətləndirmədə böyük əhəmiyyəti vardır. 

 

Qiymətləndirmə  standartının  hazırlanması  və  tətbiqi  intellektual  mülkiyyət 



obyektinin  qiymətləndirilməsi  prosesinin  əsas  müddəalarını  reqlamentləşdirər, 

intellektual 

mülkiyyət 

obyektinin 

qiymətləndirilməsinin 

mərhələlərini 

aydınlaşdırmağa imkan verər, qiymətləndirmənin nəticələrinin daha dəqiq və etibarlı 

olmasına şərait yaradır. 

 

 

2.3. Respublikamızda intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsinin 



hüquqi normativ bazası 

 

 



ntellektual  mülkiyyət  obyektlərinin  dəqiq  və  ədalətli  qiymətləndirilməsi  ilk 

öncə onun müdafiəsi üzrə hüquqi bazanın mövcudluğundan asılıdır.   

 

Ölkəmizdə  intellektual  mülkiyyət  obyektlərinin  əsas  hüquqi  bazasını 



Azərbaycan  Respublikasının  Konstitusiyası  təşkil  edir.  Belə  ki,  Azərbaycan 


51 

 

Respublikasının  Konstitusiyasının  "Əsas  hüquqlar,  azadlıqlar  və  vəzifələr" 



bölməsinin 30-cu maddəsinə uyğun olaraq, "Hər kəsin əqli mülkiyyət hüququ vardır. 

Müəlliflik  hüququ,  ixtiraçılıq  hüququ  və  əqli  mülkiyyət  hüququnun  digər  növləri 

qanunla qorunur". 

 

Konstitusiyanın  bu  müddəası  yaradıcılıq  müstəqilliyini  təmin  etməklə 



təyinatından,  dəyərindən,  məzmunundan,  həmçinin  ifadə  formasından  və  üsulundan 

asılı  olmayaraq  yaradıcılıq  fəaliyyətinin  nəticəsi  olan  bütün  elm,  ədəbiyyat  və 

incəsənət  əsərlərinin  qorunmasına  hüquqi  baza  yaradır  və  hər  hansı  yaradıcılıq 

nəticəsini qorumaqla yaradıcı şəxslərə mövzu, janr və forma seçimində tam azadlıq, 

müstəqillik  imkanı  yaratmış  olur.  Bir  sözlə,  Konstitusiyaya  əsasən  ölkəmizdə 

intellektual mülkiyyətin qorunmasına böyük zəmanət verilir. Bundan əlavə burada öz 

ə

ksini tapmış maddələr bir sıra yeni qanunlarla konkkretləşdirilir və inkişaf etdirilir. 



 

Bu baxımdan 5 iyun 1996-cı ildə qəbul edilmiş "Müəlliflik hüququ və  əlaqəli 

hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunu böyük əhəmiyyət kəsb edir. 

Bu  Qanun  Azərbaycan  Respublikası  ərazisində  elm,  ədəbiyyat  və  incəsənət 

ə

sərlərinin  (müəlliflik  hüququ),  habelə  ifaların,  fonoqramların,  efir  və  ya  kabel 



yayımı  təşkilatlarının,  verilişlərinin  (əlaqəli  hüquqlar)  yaradılması  və  istifadəsi  ilə 

ə

laqədar  yaranan  münasibətləri  tənzimləyir.    Qanun  5  bölmə  və  47  maddədən 



ibarətdir. 

 

Azərbaycan  Respublikasının  iştirakçısı  olduğu  beynəlxalq  müqavilələrdə 



müəyyən edilmiş qaydalar bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda 

beynəlxalq müavilənin qaydaları tətbiq edilir.  

 

"Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında"  qanunun  3-cü  maddəsində 



tətbiqi  sahəsi  əks  olunmuşdur.  Belə  ki,  Qanunun  müddəaları  aşağıdakılara  şamil 

edilir: 


 

1) Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası 

ə

razisində daimi  yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının 



qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik 

olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar;  




52 

 

 



2) Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, 

ə

dəbiyyat  və  incəsənət    əsərləri  və  ya  fonoqramlar.    Əsər  və  fonoqram  Azərbaycan 



Respublikasının  hüdudlarından  kənarda  ilk  dəfə  dərc  edildikdən  (buraxıldıqdan) 

sonra  30  gün  keçənədək  Azərbaycan  Respublikası  ərazisində  dərc  edildikdə 

Azərbaycan Respublikasında da ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır;  

 

3)  Azərbaycan  Respublikası    ərazisində  ilk  dəfə  edilmiş  ifalar,  yaxud  bu 



maddənin ikinci bəndinin  müddəalarına uyğun  surətdə qorunan  fonoqrama  yazılmış 

ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu maddənin dördüncü 

bəndinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar;  

 

4)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  üzrə  hüquqi  şəxs  sayılan  və 



verilişlərini  Azərbaycan  Respublikası    ərazisində  yerləşən  ötürücülərin  köməyi  ilə 

həyata keçirən yayım təşkilatlarının verilişləri;  

 

5) Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri;  



 

6)  Azərbaycan  Respublikasının  iştirak  etdiyi  beynəlxalq  müqavilələrə  uyğun 

olaraq  qorunan  digər  elm,  ədəbiyyat  və  incəsənət  əsərləri,  ifalar,  fonoqramlar 

vəyayım təşkilatlarının verilişləri.  

 

7)  Azərbaycan  Respublikasının    ərazisində  Azərbaycan  Respublikasının 



tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq,  elə  əsərlərə  və  əlaqəli 

hüquqlar  obyektlərinə  qorunma  tətbiq  edilir  ki,  mənşə  ölkəsində  həmin  obyektlər 

üçün  müəyyən  edilmiş  qorunma  müddətləri  bitməmiş  olsun.  Azərbaycan 

Respublikasının  ərazisində  müəlliflik  hüququ  və  əlaqəli  hüquqların  qüvvədə  olma 

müddəti mənşə ölkəsində müəyyən edilmiş qorunma müddətlərindən çox ola bilməz;  

 

8)  bu  Qanunun  müddəalarıAzərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 



beynəlxalq müqavilələrə uyğun olaraq vəya qarşılıqlı prinsiplər əsasında Azərbaycan 

Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 

də şamil edilir.[13] 

 

"Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında"  qanunda  müəlliflik 



hüququnun obyekti, müəlliflik hüququnun obyekti olan əsərlər, müəlliflik hüququ ilə 

qorunmayan  obyektlər,  müəlliflik  hüququnun  yaranması,  şərikli  əsərlərə  müəlliflik 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə