Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

38 

 

 



Tanınmış  əmtəə nişanları: Təsviri  əlamətlər kütlə tərəfindən müəyyən şirkətin 

(məsələn,  "AZEL")  məhsul  və  ya  xidmətləri  ümumilikdə  əmtəə  nişanı  kimi  qəbul 

edildiyi zaman qoruna bilər. [3, 34] 

 

ctimai  mülkiyyət: Əmtəə nişanları illərlə bazarda mövcud olması səbəbindən 



öz adını mühafizə olunmayan (hamının adi qaydada istifadə etdiyi) ümumi ada dəyişə 

bilər və bu nişanın öz mühafizə səviyyəsini itirməsi ilə nəticələnə bilər. [3, 34] 

 

Geniş  tanınmış    əmtəə  nişanları:  "Ferrari",  "Coca-Cola"  və  ya  "Cartier"  kimi 



tanınmış  əmtəə  nişanları,  hətta  onlar  üçün  qeydiyyata  alınmamış    əmtəə  və 

xidmətlərin  siniflərinin  belə  üçüncü  şəxslər  tərəfindən  istismar  edilməsinə  qarşı 

müdafiə olunur ki, sözügedən şirkətlər Azərbaycanda geniş tanınmış əmtəə nişanları 

kimi qəbul edilir. [3, 34] 

 

nternet domen adları: Azərbaycanda ".az" kodları üçün domen adlarının təyin 



edilməsi  və  qeydə  alınması  ilə  Network  Technologies  (www.nt.az)  və  Extra  Web 

(www.extraweb.az)  məşğul  olur.  Domen  adları  həmçinin  adi  şərtlər  altında  əmtəə 

nişanları kimi qeydə alına bilər. [3, 34] 

 

Məhsulun  mənşəyinin  göstərilməsi:  Müəyyən  məhsul  və  ya  xidmətləri 



başqalarından istehsalçı ilə deyil, coğrafi mənşə ilə də fərqləndirilirlər. Birbaşa mənşə 

(məsələn,  "Azərbaycan  xalçası"),  dolayı  mənşə  (məsələn,  "Azərilmə")  və  coğrafi 

adlar mənşəyi (məs. "Badamlı" mineral suyu) arasında fərq var. [3, 34] 

 

Müəlliflik  hüququnun  böyük  mədəni-humanitar  əhəmiyyəti  vardır,  çünki 



müəllif  hüquqlarının  qorunması  mədəni  irsin  qorunub  saxlanmasına,  mədəni 

dəyərlərin cəmiyyətdə geniş yayılmasına və yeni yaradıcılıq (intellektual fəaliyyətin) 

nəticələrinin  meydana  çıxmasına  şərait  yaradır.  Bununla  yanaşı,  müəlliflik  hüququ 

son illər iqtisadi inkişafın vacib aləti kimi, digər intellektual mülkiyyət hüquqları ilə 

birgə "biliklərə əsaslanan iqtisadiyyatın" amilinə, tərkib hissəsinə və ən vacib qeyri-

maddi aktivlərinə çevrilmişdir. Yalnız müəlliflik hüququna əsaslanan sənayenin payı 

dünya iqtisadiyyatında 7,3 % (5 faiz illik artımla) təşkil edir 

 

Müəlliflik  hüququ  əsərin  formasını  qoruyur.  Qorunmanın  əsas  obyekti  əsərin 



özü  olduğuna  görə  onun  məzmunu  formaya  malik  olduğu  şəkildə  qorunur.  Əsər 


39 

 

vasitəsilə  ifadə  edilən  ideya  və  ya  konsepsiya  qorunmur.  Əsər  yarandığı  andan 



qorunur və bu qorunan əsərin təkrarlana bilməməsinin sübutudur.  Müəlliflik hüququ 

ə

sər  yaradıldığı  andan  yaranır və  "Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar haqqında" 



Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulan  hallar  istisna  olmaqla 

müəllifin  bütün  həyatı  boyu  və  onun  ölümündən  sonra  70  il  müddətində  qüvvədə 

qalır. Əlaqəli hüquqlar isə müəlliflik hüquqları ilə təmasda olan törəmə hüquqlardır 

və  qorunma  müddəti  nisbətən  məhduddur.  Müəlliflik  hüququnun  obyektlərindən 

fərqli olaraq əlaqəli hüquqların obyektləri 50 il müddətində qorunur.  

 

Qanunvericiliyə  əsasən  müəlifin  və  ya  müəllif  hüquqlarının  digər  sahibinin 



razılığı  olmadan  və  müəllifə  qonorarı  ödəmədən  fiziki  şəxsin  qanuni  dərc  edilmiş 

ə

sərdən, gəlir götürmədən ancaq şəxsi məqsədlər üçün bir nüsxə hazırlanmasına yol 



verilir.  Lakin  memarlıq  əsərinin  bina  və  ona  oxşar  tikili  formasında  surətinin, 

həmçinin  məlumat  bazalarının  və  ya  onların  əsas  hissələrinin  surətinin,  komputer 

proqramlarının,  kitabların,  not  mətnlərinin  və  təsviri  sənət  əsərlərinin  orijinallarının 

reprosurətinin və müəllifin maraqlarını əsassız olaraq məhdudlaşdıran hər hansı surət 

çıxarmaya icazə verilmir. 

 

Şə



xsi  məqsədlər  üçün  audiovizual  əsərin  və  fonoqramın  gəlir  götürmədən 

surəti  çıxarılarkən,  audiovizual  əsərə  münasibətdə  müəlliflərin,  ifaçıların  və 

audiovizual  əsər  istehsalçılarının,  fonoqrama  münasibətdə  isə  ifaçıların  və  proqram 

istehsalçılarının  qonorar  almaq  hüququ  vardır.  Müstəsna  müəllif  hüquqlarının 

sahibinin  əsərə  hüquqlarını  bildirməsi  üçün  əsərin  hər  bir  nüsxəsində  göstərilən  üç 

ünsürdən istifadə etmək hüququ vardır: dairəyə alınmış © işarəsi, hüquq sahibinin adı 

və əsərin ilk dəfə dərc edildiyi il. 

Tərcümələr,  ədəbi  əsərin  kinofilm  şəklində  ekranlaşdırılması  və  ya  musiqili 

aranjeman  kimi  törəmə  əsərlər  (məsələn,  hər  hansı  məşhur  əsərin  digər  ifaçı 

tərəfindən  yeni  üslubda  ifa  edilməsi)  müəlliflik  hüququ  ilə  qorunur.  Qanuni  dərc 

edilmiş  əsərlərdən qısa  parçaları  elmi,  tədris və digər  məqsədlər  üçün  sitat şəklində 

istifadə  etməyə,  habelə  məhkəmə  və  inzibati  işlərin  aparılması  üçün  lazım  olan 

həcmdə  əsərlərin  surətinin  çıxarılmasına  icazə  verilir.  Bu  halda  müəllifin  razılığı 



40 

 

tələb olunmur və qonorar ödənilmir. Lakin istifadə zamanı əsərin müəllifinin adı və 



götürülmə mənbəyi göstərilməlidir. 

Ölkəmizdə müəlliflik hüququ ilə qorunan intellektual mülkiyyətin bir növü də 

qeyri-ənənəvi əqli mülkiyyətdir. Qeyri-ənənəvi əqli mülkiyyət dedikdə inteqral sxem 

topologiyaları,  məlumat  toplusu  və  folklor  nümunələri  başa  düşülür.  ntellektual 

mülkiyyətin  bu  növləri  xüsusi  qorunma  hüququ  ilə  qorunurlar.  Azərbaycanda 

intellektual  mülkiyyətin  bu  sahəsi  üzrə  qanunvericiliyin  inzibati  idarəçiliyi  Müəllif 

Hüquqları Agentliyi tərəfindən həyata keçirilir. 

nteqral  sxem  dedikdə  altlığın  səthində  və  həcmində  bir-birindən  ayrılmaz 

şə

kildə  hazırlanmış  elementlər  və  elementlərarası    əlaqələrdən  ibarət  olub  müəyyən 



elektron  sxem  funksiyasını  tam  və  ya  qismən  yerinə  yetirən  elektron  məmulat  başa 

düşülür.  nteqral  sxem  elementlərinin  və  elementlərarası    əlaqələr  məcmusunun 

altlıqda  əks olunmuş fəzavi-həndəsi yerləşdirilməsi isə inteqral sxemin topologiyası 

adlandırılır. Hüquqi qorunma yalnız orijinal topologiyalara şamil olunur. [3, 42] 

Topologiyadan  istifadəyə  müstəsna  hüquqlar  10  il  müddətində  qüvvədə  qalır 

və  onun  müəllifi,  yaxud  hüquq  sahibi  qorunma  müddəti  bitməmiş  topologiyanı 

Azərbaycan  Respublikasının  Müəllif    Hüquqları  Agentliyində könüllü olaraq dövlət 

qeydiyyatından  keçirə  bilər.  Azərbaycanda  " nteqral  sxem  topologiyasının  hüquqi 

qorunmas ıhaqqında" Qanun 31 may 2002-ci ildə qəbul edilmişdir. [3, 42]  

Müəlliflik  hüququnun  obyekti  olan  məlumat  toplusuna  əmlak  hüquqlarının 

kimə  məxsus  olmasından  asılı  olmayaraq  şəxsi  (qeyri-əmlak)  hüquqlar  yalnız 

müəllifə  məxsusdur.  Məlumat  toplusuna,  o  cümlədən  xüsusi  qorunma  hüququ  ilə 

qorunan  məlumat  toplusuna  müstəsna  hüquq  sahibi  (sahibləri)  və  ya  istehsalçısı 

(istehsalçıları)  hüquqların  qüvvədə  olduğu  müddətdə  onu  (tərkibində  dövlət  sirrinə 

aid  informasiyalar  saxlayan  məlumat  toplusu  istisna  olmaqla)  Müəllif  Hüquqları 

Agentliyində  rəsmi  qeydiyyatdan  keçirə  bilərlər.  Rəsmi  qeydiyyatdan  keçirilmiş 

məlumat  toplusuna  hüquqların  tam  və  ya  qismən  verilməsi  haqqında  müqavilə 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, müvafiq  icra 

hakimiyyəti orqanında qeydiyyatdan keçirilməlidir. 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə