Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

47 

 

Məsələn,  əmtəə  nişanlarının  qiymətləndirilməsi  üçün  aşağıdakı  məlumatlar  siyahısı 



olmalıdır: 

  əmtəə nişanının təsviri; 

  əmtəənin  hüququnu  müəyyən  edən  sənədlər  (lisenziya  sazişi,  qeydiyyat 

şə

hadətnaməsi; 



  son iki il ərzində hər bir əmtəə nişanı üzrə xalis mənfəət göstəriciləri; 

  hər  bir  əmtəə  nişanı  üzrə  sənədin  mühafizə  sənədinin  müddəti  ərzində 

proqnozlaşdırılan gəlir; 

  əmtəə  nişanının  işlənməsi  üzrə  xərclər:  eskiz  layihəsinin  yerinə  yetirilməsi, 

ə

mtəə nişanının qeydiyyatı, əmtəə nişanının hüquqi mühafizəsi üçün xərclər. 



 

ntellektual  mülkiyyət  obyektinin  lisenziya  dəyərinin qiymətləndirilməsi  üçün 

isə aşağıdakı məlumatların siyahısı göstərilməlidir: 

  lisenziya müqaviləsi; 

  müqavilənin müddəti; 

  lisenziya alınması xərcləri; 

  son  üç  il  ərzində  istehsal  olunan  məhsulların  və  ya  göstərilən  xidmətlərin 

həcmi; 


  illər üzrə məhsul vahidinin maya dəyəri; 

  intellektual fəaliyyətdən əldə edilən xalis mənfəət. 

 

Müstəsna  hüquqların  pozulması  zamanı  dəymiş  zərərin  qiymətləndirilməsi  də 



mühüm  əhəmiyyət  kəsb  edir.  ntellektual  mülkiyyət  obyektləri  sahiblərinin 

müəlliflik, patent hüquqları pozulduğu zaman və ya mübahisəli məsələlər yarandıqda 

məhkəmə  tərəfindən  intellektual  mülkiyyətə  dəymiş  zərərin  necə  və  ən  başlıcası  nə 

qədər  olduğu  haqqında  dəqiq  cavab  verən  eskpertizanın  aparılması  zəruridir. 

Məhkəmə  ekspertizanı  xüsusi  ekspertlər  tərəfindən  obyektin  qiymətləndirilməsi  və 

dəymiş  zərərin  məbləğinin  müəyyən  edilməsi  üçün  həyata  keçirir.  Dəymiş  zərərin 

qiymətləndirilməsi aşağıdakı hallarda baş verir: 



48 

 

–  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  sahəsində  piratçılar  tərəfindən  dəymiş 



zərərin ödənilməsi; 

–  sənaye mülkiyyət hüququnun pozulması zamanı dəymiş zərərin ödənilməsi; 

–  zərərin qiymətləndirilməsinə standartlaşma yanaşması. 

 

ntellektual 



mülkiyyət 

obyektlərinin 

sığorta 

olunması 

məqsədilə 

qiymətləndirilməsi  adətən  sığorta  müqaviləsinin  imzalanma  mərhələsində  və  ya 

həmin  sığorta  hadisəsinin  qeydə  alınması  zamanı  həyata  keçirilir.  Mövcud 

qanunvericiliyə  əsasən  sığorta  məbləği  sığortalanmış  obyektin  bazar  qiymətindən 

yüksək  olmamalıdır.  Bir  qayda  olaraq,  sığortalanma  zamanı  qiymətləndirmə 

intellektual  mülkiyyət üçün  bazar qiymətinin  müəyyən  edilməsi lazım  olan  hallarda 

böyük aktuallıq kəsb edir.  

 

Son  illər  ölkəmizdə  intellektual  mülkiyyət  obyektlərinin  alqı-satqısı, 



sığortalanması zamanı tez-tez qiymətləndirmə aparılır. Belə qiymətləndirmə dəqiq və 

savadlı  aparılmalıdır,  çünki  bu  növ  obyektlərin  qiymətləndirilməsi  zamanı  hər  bir 

xırdalıq obyektin dəyərini xeyli dəyişə bilər. 

 

ntellektual mülkiyyət obyektlərindən istifadə ilə bağlı mübahisələrin həllində, 



o  cümlədən  intellektual  mülkiyyət  üzərində  müstəsna  hüquqların  pozulması  zamanı 

itkilərin müəyyənləşdirilməsində qiymətləndirilmənin aparılması əhəmiyyətlidir.  

 

tkilərin  qiymətləndirilməsi  mühüm  məsələlərdən  biri  hesab  edilir.  Xüsusilə 



müstəsna  hüquqlar  üzrə  xətalara  yol  verilməklə  baş  verən  itkilərin 

qiymətləndirilməsinə  təcrübədə  daha  böyük  ehtiyac  duyulur.  Belə  hallarda  tərəflər 

(zərərçəkən və təqsirkar) intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsində 

müəyyən razılığa gələ bilmirlər. Bir sözlə, tərəflər itkilərin kəmiyyəti barədə razılığa 

gələ  bilmədiyi  hallarda  həmin  itkilərin  peşəkar  qiymətləndiricilər  tərəfindən  dəqiq 

qiymətləndirilməsi zərurəti yaranır.[8, 174] 

 

Xüsusilə  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  sahəsində  piratçılıq  hallarının 



baş  verməsilə  əlaqədar  zərərçəkən  məhkəmə  qarşısında  iddia  qaldırarkən  itkinin 

məbləği  göstərilir.  Lakin  çox  zaman  itkilərin  baş  verməsində  əsas  təqsirkar  və  ya 

onun  vəkili  həmin  məbləğin  yüksək  olmasını  rəhbər  tutur.  Təcrübədə  intellektual 



49 

 

mülkiyyət  obyektinin  müəllifi  ilə  ondan  anonim  qaydada  istifadə  edən  subyektlər 



arasında mübahisələr yaranır. Məsələn, hər hansı musiqi albomunun, filmin və yaxud 

kompüter proqramının surəti gizli çıxarılaraq özgəninkiləşdirilərsə, bu zaman müəllif 

bir  iddiaçı  kimi  dəyən  zərərin  qiymətləndirilməsinə  dair  iddia  qaldırır.  Lakin  əgər 

məhkəmə  və  zərərçəkən  tərəf    birlikdə  bu  iddianı  əks  tərəfə  sübut  edə  bilmirlərsə, 

hətta  bu  halda  zərərçəkənin  xeyrinə  olaraq  məhkəmənin  qərar  çıxarılması  ədalətli 

sayıla  bilməz.  Belə  problemlərin  həll  edilməsində  baş  verən  itkilərin 

qiymətləndirilməsi  üzrə  dəqiq  və  beynəlxalq  təcrübəyə  əsaslanan  hesablamaların 

müstəqil qiymətləndirici tərəfindən aparılması məqəsədəuyğun hesab edilir.[8, 174] 

 

ntellektual mülkiyyətin qiymətləndirilməsi zamanı aşağıdakı imkanlar yaranır: 



  intellektual  mülkiyyətin  hər  hansı  bir  obyekti  üçün  lisenziya  qiyməti 

müəyyənləşdirmək olar; 

  obyektin bazar qiymətini və real dəyərini  müəyyən etmək. Məsələn, patentin 

və ya ticarət markasının satışı məqsədilə; 

  intellektual  mülkiyyət  obyektlərinə  müstəsna  hüquqların  girov  saxlanılması 

zamanı kreditin alınması; 

  müəssisənin  nizamnamə  fonduna  üzvlük  haqqının  dəyərinin  müəyyən 

edilməsi; 

  royalti və ya müəlliflik haqqları ödənişlərin məbləğinin müəyyənləşdirilməsi; 

  investorların cəlb edilməsi; 

  ticarət  markaları  və  patentlərdən  qanunsuz  istifadə  edilməsində  yaranan 

münaqişələrin  həllində  kompensasiya  məbləğinin  müəyyən  edilməsi,  o 

cümlədən  intellektual  mülkiyyət  obyektləri  sahibinin  mstəsna  hüquqlarının 

pozulması nəticəsində yaranan ziyanın müəyyən edilməsi.  

 

Qiymətləndirmə  prosesi  "Qiymətləndirmə  fəaliyyəti  haqqında"  Azərbaycan 



Respublikasının  Qanununa  və  qiymətləndirmə  standartlarına  uyğun  olaraq  həyata 

keçirilir.  Qiymətləndirmə  standartları  tam  şəkildə  bu  sahədə  olan  beynəlxalq 

normalara və prinsiplərə uyğun işlənib hazırlanmalıdır. 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə