Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

56 

 

  zəruri  hallarda  qiymətləndirmədə  iştirak  etmək  üçün  müqavilə  əsasında 



mütəxəssisləri cəlb etmək; 

  sifarişçi  müqavilə  şərtlərini  pozduqda,  qiymətləndirmə  obyekti  barəsində 

lazımi  məlumat  vermədikdə,  habelə  qiymətləndiriciyə  müvafiq  iş  və  təhlükəsizlik 

şə

raiti yaratmadıqda, qiymətləndirməni həyata keçirməkdən imtina etmək. 



 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  2000-ci  ildə  "Qiymətləndirmə 

standartları  və  normaları,  peşəkar  qiymətləndiricilərin  hazırlanması  Qaydaları 

haqqında"  qərar  qəbul  etmişdir.  Qiymətləndirmə  standartları  və  normaları,  habelə 

peşəkar  qiymətləndiricilərin  hazırlanması  qaydaları  üç  hissədən  ibarətdir: 

qiymətləndirmə 

standartları, 

qiymətləndirmə 

normaları 

və 


peşəkar 

qiymətləndiricilərin hazırlanması. 

 

Qiymətləndirmə  standartlarında  əmlakın  qiymətləndirilməsinin  məqsədi, 



vəzifələri  və  qiymətləndirmə  işlərinin  yerinə  yetirilməsi  zamanı  qiymətləndiricilər 

qarşısında  qoyulan  tələblər  və  vəzifələr,  bəzi  terminlərin  təyinatı,  qiymətləndirmə 

aparılan  zaman  zəruri  olan  məlumatların  keyfiyyətinə  və  nəticələri  haqqında 

hesabatın  məzmununa  qoyulan  tələblər,  müvafiq  standartların  yerinə  yetirilməsinə 

nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. 

 

Qiymətləndirmə  normaları  isə  bu  sahənin  vəzifələrini,  əsas  məqsədlərini  və 



prinsiplərini,  normativ  sənədlər  sisteminin  tərkibini  və  strukturunu,  normaların 

işlənilməsi,  qəbul  edilməsi,  yenidən  baxılması  və  ya  onların  üzərində  dəyişikliklər 

edilməsi,  ləğv  edilməsi  və  normalara  riayət  olunmasına  nəzarətin  əsas  qaydalarını 

müəyyən edir. 

 

Peşəkar qiymətləndiricilərinin hazırlanması isə aşağıdakı hallarda mümkündür: 



-ali  məktəblərdə  peşəkar  qiymətləndiricilərin  hazırlanması,  yenidən  hazırlanması  və 

ixtisaslarının artırılması; 

-xarici  ölkələrdən  qiymətləndirici  ekspertlərin  dəvət  olunması  və  yaxud  xarici 

ölkələrdə qiymətləndiricilərin hazırlanması və s. 

 

ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi standartları Beynəlxalq 



Qiymətləndirmə  Komitəsinin  istifadə  etdiyi  prinsiplər  nəzərə  alınmaqla  işlənib 


57 

 

hazırlanılmalı  və  tətbiq  olunmalıdır.  Qiymətləndirmə  standartının  işlənib 



hazırlanılması  və  tətbiqi  intellektual  mülkiyyət  obyektləri  və  onun  üzərində 

mülkiyyət  hüquqları  üzrə  müxtəlif  sövdələşmələrin  yerinə  yetirilməsi  məqsədilə 

sifarişçilərlə münasibətlər zamanı istifadədə çox yararlı ola bilər.  

 

Qiymətləndirmə  standartında  intellektual  mülkiyyət  obyektinin  təsnifatı  və 



strukturu,  onların  qeydə  alınmasını  həyata  keçirən  dövlət  orqanları,  bu  orqanların 

səlahiyyətli  nümayəndələri,  o  cümlədən  qiymətləndirmədə  zəruri  olan  yanaşmalar 

bölməsi müəyyənləşdirilməlidir.  

 

Bundan  əlavə,  standartın  böyük  bir  bölməsi  intellektual  mülkiyyət 



obyektlərinin qiymətləndirilməsi zamanı informasiya metodik tələblərə həsr olunmalı 

və bu işə hazırlığın əsas mərhələləri aşağıdakı şəkildə olmalıdır: 

•  intellektual mülkiyyət obyektləri olan maddi daşıyıcıların aşkar olunması; 

•  qiymətləndirmə 

obyekti 

üzərində 

hüquqların 

eyniləşdirilməsi 

üzrə 

ekspertizanın keçirilməsi; 



•  bazar  dəyəri  tipinin  və  onun  kəmiyyətinin  hesablanması  metodunun 

ə

saslandırılması. 



 

"Patent  haqqında",  "Əqli  mülkiyyət  hüquqlarının  təminatı  və  piratçılığa  qarşı 

mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları da həmçinin intellektual 

mülkiyyət obyektlərinin mühafizəsinin hüquqi bazasını təşkil edir. 

 

Azərbaycan  Respublikasının  "Patent  haqqında"  qanunu  ixtiraların,  faydalı 



modellərin və sənaye nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə 

ə

laqədar  yaranan  əmlak  münasibətlərini  və  onlarla  bağlı  şəxsi  qeyri-əmlak 



münasibətlərini tənzimləyir. Qanun 25 iyul 1997-ci il tarixində qəbul edilmişdir. 

 

Bu  Qanunda ixtira,  faydalı  model  və  sənaye  nümunələrinin  patent qabiliyyəti 



şə

rtləri,  müəllif  və  patent  sahibi,  ixtiradan,  faydalı  modellərdən  və  sənaye 

nümunəsindən  istifadə  hüququ,  patent  hüquqlarının  pozulması  və  s.  müddəalar  öz 

ə

ksini tapmışdır. 




58 

 

 



Qanunun 3-cü maddəsinə əsasən ixtira, faydalı model və sənaye nümunələrinə 

hüquqlar  dövlət  tərəfindən  qorunur  və  patentlə  təsdiq  edilir.  Patent  ixtira,  faydalı 

model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə 

etmək üçün müstəsna hüquq verir.  

 

Patentlə  verilən  hüquqi  mühafizənin  həcmi  və  onun  qüvvədə  olma  müddəti 



"Patent haqqında" qanunun 10-cu maddəsində şərh edilmişdir. Belə ki, bu maddəyə 

ə

sasən,  ixtira,  faydalı  model  və  sənaye  nümunəsinə  patentlə  verilən  hüquqi 



mühafizənin həcmi aşağıdakı kimi müəyyən edilir: 

-ixtira və faydalı model üçün –– onların düsturu ilə; 

-sənaye  nümunəsi  üçün  ––  məmulatın  (maketin,  rəsmin)  fotoşəklində  göstərilən 

mühüm 


-əlamətlərinin məcmusu ilə. 

 

Azərbaycan  Respublikası  ərazisində  patentin  qüvvədə  olma  müddəti  iddia 



sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi gündən etibarən aşağıdakı kimi 

müəyyənləşdirilir: 

-ixtira üçün –– 20 il; 

-faydalı model üçün –– 10 il; 

-sənaye nümunəsi üçün –– 10 il. 

 

xtiranı,  faydalı  modeli  və  sənaye  nümunəsini  yaradan  şəxs  müəllif  sayılır. 



Ə

gər ixtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında bir neçə fiziki şəxs 

iştirak  etdikdə  onların  hamısı  müəllif  hesab  edilir.  Müəlliflərə  məxsus  olan 

hüquqlardan  istifadə  qaydası  isə  məhz  onlar  arasında  bağlanmış  müqavilə  ilə 

tənzimlənir. 

 

"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı  mübarizə haqqında" 



Azərbaycan  Respublikasının  Qanunu  22  may  2012-ci  il  tarixində  qəbul  edilmişdir. 

Qanun 4 fəsil, 17 maddədən ibarətdir. 

 

Bu  Qanun  Azərbaycan  Respublikası  Konstitusiyasının  94-cü maddəsinin  I  



hissəsinin  13-cü  bəndinə  uyğun  olaraq  əqli  mülkiyyət hüquqlarının  müdafiəsinin  

təmin  edilməsi,  əqli  mülkiyyət  hüquqları sahiblərinin  maraqlarının  qorunması  və  




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə