Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

53 

 

hüququ,  kollektiv  əsərlərə  müəlliflik  hüququ,  törəmə  əsərlərə  müəlliflik  hüququ, 



audio əsərlərə müəlliflik hüququ və s. müddəlar öz əksini tapmışdır. 

 

Qanunun  47-ci  maddəsinə  müvafiq  olaraq,  bu  Qanunla  nəzərdə  tutulmuş 



müəlliflik  hüququnun  və  əlaqəli  hüquqların  pozulmasına  görə  Azərbaycan 

Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə 

tutulur. 

 

ntellektual  mülkiyyət  hüquqları  sahəsində  dövlət  siyasətini  həyata  keçirən, 



intellektual  mülkiyyət  sahəsinin  inkişafını,  habelə  normativ-hüquqi  tənzimlənməni 

təmin  edən  mərkəzi  icra  hakimiyyəti  orqanı  Azərbaycan  Respublikası  Müəlliflik 

Hüquqları  Agentliyidir.  Müəlliflik  Hüquqları  Agentliyi  həmçinin  intellektual 

mülkiyyət  sahəsindəki  fəaliyyəti  əlaqələndirir  və  normativ-hüquqi  tənzimlənməni 

həyata keçirir. 

 

Müəlliflik  Hüquqları  Agentliyi  fəaliyyətində  Azərbaycan  Respublikasının 



Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası 

Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  qərarlarını,  o  cümlədən  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələri rəhbər tutur. 

 

Öz  fəaliyyətinin  həyata  keçirilməsini  Müəlliflik  Hüquqları  Agentliyi  mərkəzi 



və  yerli  icra  hakimiyyəti,  yerli  özünü  idarəetmə  orqanları,  ictimai  birliklər  və  digər 

hüquqi şəxslərlə birlikdə reallaşdırır.    ntellektual  mülkiyyətin  qiymətləndirilməsi 

probleminin  hüquqi  bazası  təkcə  qiymət  siyasəti  üzrə  deyil,  həm  də  konkret  olaraq 

hər cür mülkiyyətin qiymətləndirilməsi üzrə qəbul edilmiş qanunlarla təmin olunur. 

 

ntellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsində  "Qiymətləndirmə 



fəaliyyəti  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  və  bu  Qanuna  uyğun 

olaraq,  "Qiymətləndirmə  standartları  və  normaları,  peşəkar  qiymətləndiricilərin 

hazırlanması  Qaydaları  haqqında"  Nazirlər  Kabinetinin  qərarı  mühüm  əhəmiyyət 

kəsb  edir.  Qanunda  qiymətləndirmə  fəaliyyətinin  ümumi  prinsipləri,  obyekt  və 

subyektləri,  qiymətləndiricilərin  hüquq  və  vəzifələri,  qiymətləndirmə  standartları, 

qiymətləndirmə ilə bağlı xərclər və s. öz əksini tapmışdır. 




54 

 

 



Bu  Qanuna  müvafiq  olaraq,  göstərilən  xidmətlərə  görə  qiymətləndiriciyə 

ödənilən haqq qiymətləndirmə obyektinin yekun dəyərindən asılı olmamalıdır. Yəni 

qiymətləndirmə  keçirilməsi  ilə  bağlı  xərclər,  o  cümlədən  ekspertin  əməyi 

qanunvericiliyə  uyğun  olaraq  qarşılıqlı  razılaşma  əsasında  ödənilməlidir.  Həmçinin 

qiymətləndirmə  standartları,  normaları  və  peşəkar  qiymətləndiricilərin  hazırlanması 

qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən 

hazırlanır və təsdiq edilir. 

 

"Qiymətləndirmə 



fəaliyyəti 

haqqında" 

Azərbaycan 

Respublikasının 

Qanununun  17-ci  maddəsinə  əsasən  qiymətləndirmə  fəaliyyətinin  həyata 

keçirilməsinə aşağıdakı hallarda xitam verilir: 

•  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  görə  qiymətləndirmə  fəaliyyəti 

ilə məşğul olan hüquqi şəxsin dövlət qeydiyyatından keçdiyi zaman saxtakarlıq 

faktı sübuta yetirildikdə; 

•  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  qiymətləndirmə 

fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxs  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsi ilə müəyyən edilmiş qaydada ləğv edildikdə; 

•  hüquqi və fiziki şəxs tərəfindən həyata keçirilən qiymətləndirmə fəaliyyəti ilə 

ə

laqədar sənədlərdə məhkəmə tərəfindən saxtakarlıq aşkar edildikdə; 



•  qiymətləndirici 

qiymətləndirmə 

fəaliyyətini 

həyata 


keçirmək 

üçün 


qanunvericiliklə ona verilən səlahiyyətləri aşdıqda; 

•  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə.[10, 17] 

 

Sifarişçinin və digər maraqlı şəxslərin qiymətləndiricinin fəaliyyətinə müdaxilə 



etməsinə yol verilməməsi Qanunda öz əksini tapmışdır. Həmçinin qiymətləndirici və 

sifarişçi  bu  Qanunun  və  qiymətləndirmə  haqqında  müqavilədə  göstərilən  şərtlərin 

pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 

 

"Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda 



peşəkar  qiymətləndiricilərin  hüquq  və  vəzifələri  qeyd  edilmişdir.  Belə  ki,  müvafiq 

Qanuna əsasən, qiymətləndiricilərin vəzifələrinə aşağıdakılar aid edilir: 




55 

 

  qiymətləndirmə  fəaliyyətini  həyata  keçirərkən  Azərbaycan  Respublikasının 



qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək; 

  qiymətləndirməni həyata keçirərkən sifarişçi və ya üçüncü şəxslərdən alınmış 

sənədlərin saxlanılmasını təmin etmək;  

  obyektin  qiymətləndirilməsinə  mane  olan  səbəblər  barədə  dərhal  sifarişçini 

xəbərdar etmək; 

  sifarişçinin  xahişi  ilə  Azərbaycan  Respublikasında  qiymətləndirmə  haqqında 

qanunvericilik və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlar, müvafiq peşə 

birliklərinin nizamnaməsi barədə ona məlumat vermək; 

  sifarişçinin  tələbi  ilə  qiymətləndirmə  fəaliyyəti  ilə  məşğul olmaq  üçün  zəruri 

təhsil alınmasını təsdiqləyən sənədləri təqdim etmək; 

  qiymətləndirmə prosesində sifarişçidən alınmış məxfi məlumatı açıqlamamaq; 

  məhkəmənin  tələbi  ilə  özünün  hesabatından  müvafiq  informasiya  və 

məlumatları təqdim etmək; 

  sifarişçinin  məlumat  verməkdən  imtina  etməsi  qiymətləndirməyə  əsaslı  təsir 

göstərərsə, bunu hesabatında əks etdirmək; 

  qiymətləndirmənin  obyektivliyinə  mane  olan  hallar  meydana  çıxdıqda, 

qiymətləndirmədə  iştirakının  qeyri-mümkünlüyü  haqqında  sifarişçiyə  məlumat 

vermək. 


 

Müvafiq Qanuna əsasən, peşəkar qiymətləndiricilərin hüquqlarına aşağıdakılar 

aiddir: 

  qiymətləndirmə  fəaliyyəti  haqqında  mövcud  qanunvericilik  çərçivəsində 

qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək; 

  qiymətləndirmə  keçirildiyi  hallarda  sifarişçidən  zəruri  olan  sənədləri  tələb 

etmək, əlavə məlumat və izahatlar almaq;  

  dövlət  və  kommersiya  sirləri  istisna  olunmaqla,  qiymətləndirməni  həyata 

keçirmək  üçün  zəruri  hesab  etdiyi  hər  cür  məlumatı  yazılı  və  ya  şifahi  formada 

üçüncü şəxslərdən almaq; 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə