Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   18   19   20   21   22   23   24   25   26

62 

 

qruplaşdırılması  və  tətbiqi  sahəsində  yaranan  ziddiyyətli  halların  aşkar  edilməsi  ilə 



bağlı məsələlərin həlli də daxildir.  

 

Beynəlxalq Qiymətləndirmə Standartları üzrə Komitə ( nternational Valuation 



Standarts Commitee) 1 iyul 2000-ci ildə Beynəlxalq Qiymətləndirmə Standartlarının 

həcmcə  əvvəlki standartlardan 2 dəfə böyük olan yeni redaksiyasını, 26 iyul 2001-ci 

ildə  isə,  həmin  standartların  müddəalarını  inkişaf  etdirən  və  aydınlaşdıran, 

qiymətləndirmə  xidmətləri  sahəsində  baş  verən  dəyişiklikləri  nəzərə  alan  yeni 

redaksiyanı qəbul etmişdir.  

Beynəlxalq 

Qiymətləndirmə 

Standartları 

qiymətləndirmənin 

ümumi 


anlayışlarını  və  prinsiplərini  ifadə  edən  giriş  hissəsindən,  bazar  dəyərinin 

müəyyənləşdirilməsinə  həsr  olunmuş  I  bölmədən  və  bazar  dəyərindən  fərqli 

qiymətləndirmə  bazası  kimi  qəbul  olunan  digər  dəyər  növlərini  əks  etdirən  II 

bölmədən ibarətdir. 

ntelektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi prosesi dünya təcrübəsi 

üzrə müvafiq ardıcıllıqla həyata keçirilir. Bu ardıcılıq aşağıdakı kimidir: 

•  mövcud  qiymətləndirmə  obyektinin  və  onun  mülkiyyət  hüququ  tipinin 

müəyyən edilməsi; 

•  qiymətləndirmənin aparılması məqsədi; 

•  qiymətləndirmənin təyinatının müəyyən edilməsi; 

•  qiymətləndirmə  prosesində  tələb  olunan  informasiyanın  yığılması,  onların 

araşdırılması və təhlili; 

•  qiymətləndirmə  obyektindən  istifadə  səviyyəsinin  və  istifadə  olunmayan 

resursların müəyyən edilməsi; 

•  qiymətləndirmədə  tətbiq  olunması  nəzərdə  tutulan  yanaşma  və  metodların 

müəyyən edilməsi; 

•  daha  əlverişli  yanaşma  və  metodların  tətbiqi  ilə  intellektual  mülkiyyət 

obyektinin qiymətləndirilməsi; 

•  qiymətləndirmə obyektinin yekun dəyərinin hesablanması; 



63 

 

•  intellektual mülkiyyət obyektinin yekun qiymətləndirilməsinin təsdiqlənməsinə 



hüquqi əsas verən hesabatın tərtibi.[8, 182-183] 

ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi standartlarının işlənilib 

hazırlanarkən  zəruri  normativ  materiallar  nəzərə  alınmalı,  habelə  standartın  yazılışı 

zamanı istifadə edilən anlayışların izahına geniş yer verilməlidir.  

Standartda  intellektual  mülkiyyət  obyektlərinin  təsnifatı  və  strukturu,  onları 

həyata  keçirən  dövlət  orqanları,  bu  orqanların  səlahiyyətli  nümayəndələri  və  s. 

məsələlər qeyd edilməlidir. Həmçinin standartda intellektual mülkiyyət obyeklərinin 

yaradılması  və  ya  alınması  zamanı  mühasibat  uçotunun  tələbləri,  intellektual 

mülkiyyət  obyektlərinin  xərclərinin  formalaşması  və  bu  göstəricilərin  müvafiq 

hesablarda  əks  etdirilməsi,  bu  hesabların  bölmələrdə  əks  etdirilməsi,  o  cümlədən 

intellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsinin  iqtisadi  mahiyyəti 

açıqlanılmalıdır.[8, 178] 

Bundan  əlavə,  intellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsi 

standartında əsas diqqət yetirilməli bölmələrdən biri də qiymətləndirmədə çox zəruri 

olan yanaşmalar bölməsidir. Standartda istifadə olunan xərc, satışların müqayisəsi və 

gəlir  yanaşmalarının  intellektual  mülkiyyətin  qiymətləndirilməsində  mühüm 

ə

həmiyyəti vardır.  



ntellektual 

mülkiyyət 

obyektlərinin 

qiymətləndirilməsi 

standartının 

hazırlanması  və  tətbiqi  intellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsinin 

mərhələlərini  aydınlaşdırmağa  imkan  verir  və  qiymətləndirmənin  nəticələrinin  daha 

dəqiq və etibarlı olmasına şərait yaradır.  

Standartın  böyük  bir  bölməsi  intellektual  mülkiyyət  obyektlərinin 

qiymətləndirilməsi  zamanı  informasiya  metodik  tələblərə  həsr  olunmalı  və  bu  işə 

hazırlığın əsas mərhələləri təxminən aşağıdakı şəkildə olmalıdır: 

-intellektual mülkiyyət obyektlərinin uçotu obyektləri olan maddi daşıyıcıların 

aşkar olunması; 

-qiymətləndirmə  obyekti  üzərində  hüquqların  eyniləşdirilməsi  üzrə 

ekspertizanın keçirilməsi; 



64 

 

-bazar  dəyəri  tipinin  və  onun  kəmiyyətinin  hesablanması  metodunun 



ə

saslandırılması.[8, 178] 

ntellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsi  üzrə  işlərin  yerinə 

yetirilməsi üçün zəruri olan informasiyanın siyahısına aşağıdakılar aid edilir: 

  intellektual  mülkiyyət  obyektlərinin  yaxud  intellektual  mülkiyyət 

obyektlərindən istehsal olunmuş məhsulların səciyyələndirilməsi; 

  intellektual  mülkiyyət  obyektlərindən  istifadə  nəticəsində  əldə  olunan  gəlir 

mənbələri; 

  intellektual mülkiyyət obyektləri bazarının təsviri; 

  intellektual  mülkiyyət  obyektlərinin  yaradılması,  hüquqların  əldə  edilməsi  və 

istifadəsi üçün lazım olan xərclər; 

  intellektual mülkiyyət obyektlərindən istehsal edilmiş məhsul vahidinin maya 

dəyəri və qiyməti; 

  intellektual mülkiyyət obyektlərinin əldə olunması və istifadəsi ilə bağlı olan 

risklər; 

  intellektual  mülkiyyət  obyektlərindən  istifadə  olunmasından  xalis  gəlir.  [8, 

178-179] 

qtisadiyyatda  əsas  resurs  kimi  intellektual  mülkiyyətin  istifadəsi  təbii 

sərvətlərlə  zəngin  olmayan  ölkələr  üçün  dünya  iqtisadiyyatında  lider  vəziyyətini 

saxlamaq məqsədilə yeganə yoldur.  

Müasir  dövrdə  bütün  dünyada  intellektual  mülkiyyət  yeni  iş  yerlərinin,  yeni 

məhsul və xidmətlərin yaradılmasının əsas mənbələrindən biri sayılır.    

Yaponiya  bir  neçə  il  öncə  ölkənin  inkişaf  devizinin  əsas  məqsədi  və  inkişaf 

devizini  "intellektual  mülkiyyət  əsasında  qoyulmuş  cəmiyyət"  kimi  qeyd  etmişdir. 

ABŞ,  Qərbi  Avropa,  Çin,  Hindistan,  Rusiya,  Qazaxıstan və  digər  dünya  ölkələrinin 

inkişafı    planında  intellektual  mülkiyyətin  inkişafı  və  mühafizəsi  əsas  açar  hesab 

edilir.    



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə