Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   18   19   20   21   22   23   24   25   26

68 

 

olunmuşdur.  Bundan  əlavə,  standartda  qiymətləndirmənin  əsas  prinsipləri,  əsas 



məqsədləri,  qiymətləndirmə  haqqında  hesabatın  tərtib  olunmasına  əsas  yanaşmalar, 

qiymətləndirmə bazasının seçilməsi qaydaları məyyənləşdirilmişdir.  

Standart  5-də  maliyyə  hesabatlarının  tərtibi  üçün  intellektual  mülkiyyət 

obyektlərinin  qiymətləndirilməsi  məsələlərinə  həsr  olunmuşdur.  Burada  intellektual 

mülkiyyət  obyektlərinin  təsnifatı  və  onun  əsasında  seçilən  qiymətləndirmə  bazası, 

qiymətləndirmənin  metodologiyası  məsələləri  qeyd  olunmuşdur.  Standart  8-də  isə 

qiymətləndiricinin ixtisas dərəcəsi, hüquqları, vəzifə və öhdəlikləri qeyd olunmuşdur.   

Avropa 


Qiymətləndirmə 

Standartlarına 

qiymətləndiricilərin 

sertifikatlaşdırılması, 

qiymətləndirmə 

haqqında 

hesabata 

rəy 


verilməsi, 

qiymətləndiricinin etikası məsələlərinə dair əlavələr daxil edilmişdir. 

Rusiya  Federasiyası  1998-ci  iyul  ayının  29-da  "Qiymətləndirmə  fəaliyyəti 

haqqında"  qanunu  qəbul  etmişdir.  Bu  Qanunda  Rusiya  Federasiyasında 

qiymətləndirmənin  həyata  keçirilməsi  fəaliyyəti,  qiymətləndirmə  fəaliyyətinin 

mahiyyəti,  obyekt  və  subyektləri,  qiymətləndiricinin  müstəqilliyi,  hüquq  və 

vəzifələri,  o  cümlədən  qiymətləndirmə  fəaliyyətinin  standartları  və  s.  öz  əksini 

tapmışdır.  

"Qiymətləndirmə  fəaliyyəti  haqqında"  Rusiya  Federasiyasının  Qanununa 

ə

sasən qiymətləndiricilərin aşağıdakı hüquqları vardır: 



 

1)qiymətləndirmə 

standartlarına 

uyğun 


olaraq, 

qiymətləndirilmənin 

aparılmasında sərbəst olaraq obyektin qiymətləndirilməsi metodlarını tətbiq etmək; 

 

2)obyektin  qiymətləndirilməsinin  həyata  keçirilməsində  zəruri  olan 



məlumatların tam həcmdə təmin olunmasını sifarişçidən istəmək; 

 

3)qiymətləndirmənin həyata keçirilməsi üçün əlavə məlumatları əldə etmək; 



 

4)dövlət  və  kommersiya  sirri  istisna  olmaqla,  üçüncü  şəxslərdən  şifahi  və  ya 

yazılı  formada  qiymətləndirmə  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  lazımi 

informasiyaları əldə etmək; 

 

5)lazımi 



məlumatların 

verilməməsi 

obyektin 

qiymətləndirilməsinin 

etibarlılığına təsir göstərərsə, qiymətləndirici hesabatında bunu qeyd edir; 



69 

 

 



6) müqavilə əsasında iştirakı zəruri olan hallarda digər qiymətləndiriciləri və ya 

peşəkarları obyektin qiymətləndirilməsi prosesinə cəlb etmək; 

 

7)  əgər  sifarişçi  müqavilə  şərtlərini  pozarsa,  obyektin  qiymətləndirilməsinin 



həyata  keçirilməsi  üçün  lazımi  məlumatların  verilməsini  təmin  etməzsə  və  ya 

müqaviləyə  uyğun  olaraq  iş  şəraitini  təmin  etməzsə,  o  zaman  qiymətləndirici 

qiymətləndirmə fəaliyyətini həyata keçirməkdən imtina edə bilər; 

 

8)  qiymətləndirmənin  həyata  keçirilməsi  ilə  bağlı  xərclərin  kompensasiyasını 



təmin etmək. 

 

"Qiymətləndirmə  fəaliyyəti  haqqında"  Rusiya  Federasiyasının  Qanununa 



ə

sasən, qiymətləndiricilərin vəzifələrinə aşağıdakılar aid edilir: 

 

1) özünü tənzimləyən qiymətləndiricilər təşkilatlarından birinin üzvü olmaq; 



 

2)  qiymətləndirmə  fəaliyyətinin  həyata  keçirilməsində  bu  Qanunun,  digər 

federativ  qanunlarının,  Rusiya  Federasiyasının  digər  normativ  qanunlarının, 

qiymətləndiricilər  təşkilatı  tərəfindən  təsdiq  edilmiş  federal  qiymətləndirmə 

standartlarının tələblərinə riayət etmək; 

 

3)  üzvü  olduğu  qiymətləndiricilər  təşkilatı  tərəfindən  müəyyən  edilən  işgüzar 



və  peşəkar  etika  qaydalarına  riayət  etmək,  həmçinin  təşkilat  tərəfindən  müəyyən 

edilən ödəmələri ödəmək; 

 

4) 


qiymətləndirmənin 

həyata 


keçirilməsinə 

mane 


olan 

hallarda 

qiymətləndirmənin həyata keçirilməsində sifarişçidən və ya üçüncü şəxslərdən alınan 

sənədlərin qorunmasını təmin etmək; 

 

5)  qiymətləndiricilər  təşkilatına  üzvlüyü  haqqında  məlumatları  sifarişçiyə 



təqdim etmək; 

 

6)  sifarişçinin  tələbi  ilə qiymətləndirmə  fəaliyyəti  haqqında peşəkar  biliklərin 



olmasını təsdiq edən təhsil haqqında sənədi və sığorta şəhadətnaməsini təqdim etmək; 

 

7)  qanunvericilikdə  qeyd  olunan  hallar  istisna  olunmaqla,  qiymətləndirmənin 



həyata  keçirilməsində  sifarişçi  tərəfindən  verilən  məlumatı  yaymamaq  və  onun 

məxfiliyini təmin etmək. 




70 

 

 



"Qiymətləndirmə  fəaliyyəti  subyektləri  tərəfindən  məcburi  qaydada  tətbiq 

olunan qiymətləndirmə standartları" Rusiya Federasiyası Hökumətinin 6 iyul 2001-ci 

il  tarixli  519  saylı  qərarı  ilə  təsdiq  edilmişdir.  Göstərilən  standartlarda 

qiymətləndirmə obyektinin dəyərinin əsas növlərinin açıqlanması, qiymətləndirməyə 

yanaşmalar  və  qiymətləndirmə  metodları  müəyyənləşdirilir.  Burada  həmçinin 

qiymətləndirilən  obyektin  bazar  dəyərindən  fərqlənən  dəyər  növlərinin  də  izahı 

verilir. Bu növlərə aşağıdakılar aid olunmuşdur: [9, 109-110] 

–  satış bazarları məhdud olan qiymətləndirmə obyektinin dəyəri; 

–  qiymətləndirilən obyektin əvəzolunma dəyəri; 

–  qiymətləndirilən obyektin bərpa dəyəri; 

–  mövcud istifadə davam etdirildikdə obyektin dəyəri; 

–  qiymətləndirilən obyektin investisiya dəyəri; 

–  obyektin vergitutma məqsədləri üçün dəyəri; 

–  qiymətləndirilən obyektin utilləşdirilmə dəyəri; 

–  qiymətləndirilən obyektin likvid dəyəri. 

Rusiya  Federasiyasının  qiymətləndirmə  standartlarının  hüquqi  əsasları 

"Standartlaşdırma  haqqında"  Federal  Qanunla  müəyyənləşdirilmişdir.  Standartlarda 

qiymətləndirməyə  xərc,  müqayisə  və  gəlirlilik  mövqelərindən  yanaşmanın  izahı 

verilməklə  bərabər,  qiymətləndiricinin  bu  yanaşmalar  çərçivəsində  qiymətləndirmə 

metodlarını sərbəst seçmək hüququ təsbit olunmuşdur. [9, 109-110] 

1993-cü  ildə  elm  və  yeni  texnologiyalar  üzrə  dövlət  komitəsində  patent 

idarəçiliyi  yaradılmışdır.  Bu  Komitə  Qırğızıstan  Respublikasında  intellektual 

mülkiyyət sahəsində vahid dövlət siyasətini həyata keçirən dövlət orqanıdır. Ölkənin 

intellektual  mülkiyyət  obyektlərinin  mühafizəsi  bu  sahədə  130  normativ  hüquqi 

aktları  və  beynəlxalq  müqavilələri,  o  cümlədən  14  xüsusi  qanunu,  23  çox  tərəfli 

beynəlxalq 

müqaviləni 

özündə 


birləşdirir. 

 

ntellektual 



mülkiyyətin 

qiymətləndirilməsində  Qırğızıstan  Respublikasının  Qanunvericiliyinə  aşağıdakılar 

ş

amil edilir: 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə