Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

35 

 

–  rəsm, qrafika əsərləri, memarlıq dizaynı, şəhərsalma; 



–  coğrafi və geoloji xəritə; 

–  istehsal əsərləri (tərcümələr, referatlar); 

–  toplular (ensiklopediya, məlumat bazası). 

3) kommersiya sirri 

–  kommersiya  gizliliyi  –  bazar  konyukturası  haqqında,  müəssisənin  maliyyə 

ə

məliyyatları  haqqında,  kommersiya  fəaliyyətinin  həcmi  barədə  məlumatlar, 



kontragentlərlə  bağlanmış  müqavilələr  haqqında  məlumatlar,  müştərilərin 

siyahısı; 

–  istehsal sirrləri – patentlərlə mühafizə olunmayan ixtiralar, təcrübə nümunələri, 

elmi tədqiqat işlərinin nəticələri, texnoloji konstruktor, layihə sənədləri və s. 

–  təşkilati-idarəetmə  sirrləri – istehsalın,  marketinq sisteminin  təşkili  sirrləri  və 

keyfiyyətin, heyətin, maliyyənin idarə edilməsi sirrləri. 

 

Ümumiyyətlə  dünyada  intellektual  mülkiyyət  bazarının  formalaşdırılması 



sənaye  mülkiyyətinin  mühafizəsi  üzrə  1883-cü  ildə  Paris  Konvensiyasının  qəbul 

edilməsi  ilə  başlanmışdır.  Konvensiyaya  əsasən,  mühafizə  olunan  intellektual 

mülkiyyət obyektlərinə aşağıdakılar aiddir: 

–  texniki ixtiraların yeni qərarları; 

–  faydalı modellər, dizayn məlumatları. 

 

ntellektual mülkiyyət bazarının formalaşması yolunda növbəti addım 1967-ci 



ildə  4  iyulda  Stokholmda  qəbul  edilmiş  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının 

təsis  edilməsi  haqqında  Konvensiya  olub.  Konvensiyada  intellektual  mülkiyyət 

obyektlərinin aşağıdakı növləri nəzərdə tutulur: 

•  ədəbi, bədii və elmi əsərlər; 

•  incəsənət  nümayəndələrinin  ifaçılıq  fəaliyyəti,  səsyazma,  radio  və  televiziya 

verilişləri; 

•  insan fəaliyyətinin bütün sahələrdə ixtiraları; 



36 

 

•  elmi kəşflər; 



•  sənaye nümunələri; 

•  əmtəə nişanı, xidmət nişanı, firmanın adı və kommersiya təyinatı; 

•  haqsız rəqabətə qarşı müdafiə. 

Hüquqi tənzimlənmənin xüsusiyyətlərindən asılı olaraq intellektual mülkiyyəti 

3 əsas hissəyə bölmək olar: 

1) patent hüququ ilə qorunan yaradıcılıq fəaliyyətinin nəticələri; 

2) müəlliflik hüququ ilə qorunan yaradıcılıq fəaliyyətinin nəticələri; 

3) birgə hüquqlara aid edilən yaradıcılıq fəaliyyətinin nəticələri. 

 

Patent hüququ iə qorunan intellektual mülkiyyət obyektlərinə ixtiralar, faydalı 



modellər, sənaye nümunələri, məhsul nişanları və s. aiddir. Patentlər sənayenin bütün 

sahələrində elmi tədqiqat və tərəqqi üçün mükafat və təşviqat vasitələri sayılır. Onlar 

texniki  innovasiya  üçün  əlverişli  zəmin  yaratmaqla  bərabər,  texniki  biliklərin 

inkişafına  və  yayılmasına  da  öz  səmərəsini  verir.  Patentlər  müəssisənin  innovasiya 

sahəsindəki  qüdrətinin  sübutu  sayılır  və  güclü  rəqabət  mövcud  olan  bazarlarda 

üstünlük əldə etmək üçün ehtiyatla istifadə edilə bilər.[3,24] 

 

Qanunvericiliyə  əsasən,  patent  onun  sahibinə  xüsusi  icazə  olmadan  patentdə 



təsvir  edilən  ixtiradan  üçüncü  şəxslərin  kommersiya  (məsələn,  istehsal,  tətbiq, 

istifadə, satış üçün təklif  və ya idxal) məqsədi ilə istifadə etməsinin qarşısını almaq 

hüququ verir. Patent sahibi patenti satmaq və ya onu lisenziyalaşdırmaq yolu ilə öz 

hüquqlarını  digər  şəxsə  ötürə  bilər.  Azərbaycanda  patentlər  ixtiralar,  sənaye 

nümunələri və faydalı modellər üçün verilir.[3, 24] 

 

xtiralar  patent  almaq  üçün  ərizə  təqdim  olunan  tarixdən  başlayaraq  20  il 



ə

rzində qorunur. Qorunmanın ilkin müddəti 3 ildir, daha sonra illik xidmət haqlarını 

("yenilənmə haqları") ödəmək lazım gələcək.[3, 26] 

 

"Sənaye  nümunəsi"  dedikdə,  məhsulun,  yaxud  onun  bir  və  ya  bir  neçə 



hissəsinin  zahiri  görkəmi  başa  düşülür.  Yalnız  obyektin  zahiri  görkəmi  dizayn 

hüquqları  ilə  qorunur.  Sənaye  nümunələrinin  mühafizəsi  ilə  bağlı  qanunvericilik 




37 

 

digər  şəxslərə eyni və ya oxşar sənaye nümunəsindən kommersiya məqsədləri üçün 



istifadəni qadağan edir.[3, 28] 

 

Sənaye  nümunəsinin  qorunma  müddəti  maksimum  10  ildir.  Bu  müddət 



Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsində  sənaye 

nümunəsinin  qeydiyyatı  üçün  müvafiq  ərizənin  rəsmi  qeydiyyata  alındığı  gündən 

başlayır. 

 

Faydalı model ixtiraya bənzərdir, lakin faydalı modelə qoyulan tələblər ixtiraya 



münasibətdə daha yumşaqdır. Bu səbəbdən faydalı modelə bəzən "xırda ixtira" və ya 

"innovativ  patent"  deyilir.  Faydalı  modelin  qorunma  müddəti  10  il  təşkil  edir,  yəni 

faydalı modelin istifadəyə başlandığı tarixdən etibarən 10 il ərzində faydalı modeldən 

istifadə  üçün  hüquq  sahibinin  razılığı  tələb  olunur.  " stifadə"  dedikdə, 

patentləşdirilmiş  faydalı  modelin  istifadə  olunduğu  istənilən  məhsulu  bazara 

çıxarmaq, habelə patent ilə qorunan tətbiqi prosesin istifadəsi başa düşülür.[3, 30] 

 

Ə

mtəə nişanları söz (məs. "Kral"), şəxsi ad (məs. "Jalə"), hərf (məs. "Ya" (Я) ), 



rəqəm  (məs.  "33"),  təsviri  elementlər,  məhsulların  və  ya  onların  qablaşdırmalarının 

formasında  qeydiyyata  alına  bilər,  həmçinin,  rənglərin  kombinasiyası  və  ya  belə 

işarələrin (məs. "7 gözəl") istənilən kombinasiyası mühafizə oluna bilər.[3, 33] 

 

Hər  hansı  əmtəə  nişanı  əmtəə  və  ya  xidmətin  identifikasiya  olunmasında 



bilavasitə  rol  oynayan    əsas  elementdir.  Bu  səbəbdən  əmtəə  nişanı  qiymətli  kapital 

sayılır və onun bazarda tanınmasının formalaşdırılması və daha sonra onun qorunub 

saxlanılması üçün külli miqdarda pul və vaxt sərf olunur. Əmtəə nişanının mühafizəsi 

ə

mtəə  nişanının  sahibinə  əmtəə  və  ya  xidmətləri  identifikasiya    etmək  üçün  xüsusi 



nişandan  istifadə  etmək  və  başqalarının  ixtiyarına  vermək  (misal  üçün  lisenziya 

vermək yolu) kimi müstəsna hüquq verir. [3, 32] 

 

Ümumiyyətlə,  əmtəə  nişanının  sahibi  öz  məhsulunun  qarışıq  düşmə  ehtimalı 



olduğundan  digər  şəxslərə  öz  məhsuluna  eyni  və  ya  oxşar  nişanların  verilməsini 

qadağan  edə  bilər.  Azərbaycanda  əmtəə  nişanlarının  bir  sıra  xüsusi  növləri  vardır: 

tanınmış əmtəə nişanları, geniş tanınmış əmtəə nişanları, ictimai mülkiyyət, internet 

domen adları, məhsulun mənşəyinin göstərilməsi.  




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə