Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə128/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   124   125   126   127   128   129   130   131   ...   145

__________________________________________ 

442


əməliyyatını necə böyük diqqətlə izləyİr. Ümidvarıq ki, biz onu 

lap yaxın vaxtlarda uğurla başa çatdıracağıq. 

Əlbəttə, Çeçenistan torpağında sülh bərqərar olmalıdır. Artıq 

indinin özündə biz, o cümlədən də Daxili İşlər Nazirliyi tam bir 

sıra sosial proqramlar həyata keçiririk. Biz təhsilə kömək edirik. 

Rusiya DİN Tolstoy-yurd yaşayış  məntəqəsindəki üç məktəbi 

hamiliyə götürmüşdür. Biz dərsüklər, dəftər-qələm sandan 

yardım göstəririk, məktəblərə istilik vermişik, avtonəqliyyatla 

kömək edirik. Düşünürəm ki, sosial proqramlar çox vəcibdir və 

bir müddətdən sonra bu, Çeçenistan Respublikasında normal 

gündəlik həyatın bərqərar olmasına imkan verəcəkdir. 

Heydər  Əliyev: Doğrudur. Cənubi Qafqaz respublikalarının 

və Rusiyanın  əməkdaşlığına gəldikdə isə, biz - Vladimir 

Vladimiroviç Putin, Gürcüstan prezidenti, Ermənistan prezidenti 

və Azərbaycan prezidenti Moskvada məhz bu cür görüş 

keçirdik. Biz Rusiyanın iştirakı ilə  Cənubi Qafqazda 

təhlükəsizlik vs əməkdaşlıq paktı yaradılması haqqında fikir 

mübadiləsi apardıq. 

Əlbəttə, burada imkanlar da var, çətinliklər də. Qeyd 

etdiyimiz kimi, Rusiya Federasiyası ilə bizim çox uğurlu 

əməkdaşlığımız, Gürcüstanla çox səmimi münasibətlərimiz, 

mehriban qonşuluğumuz və bütün istiqamətlərdə, o cümlədən 

cinayətkarlığa qarşı mübarizə sahəsində yaxşı  əmskdaşlığımız 

var. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında hələlik sülh 

yoxdur. Biz hələ 1994-cü ilin yanvarından başlayaraq bu 

məsələnin dincliklə  həll edilməsinə çalışırıq. Minsk qrupu çox 

fəal işləmişdir və  işləməkdə davam edir. Minsk qrupunun 

həmsədrləri Rusiya, Amerika Birləşmiş  Ştatları  və Fransadır. 

Lakin biz - Ermənistan prezidenti və Azərbaycan prezidenti ötən 

il  ərzində  və cari ilin əvvəllərində bir neçə bilavasitə görüş 

keçirmişik, yəni nəzərə alırıq ki, bu cür görüşlər sülh 

  

 



__________________________________________ 

443


əldə edilməsində, ola bilsin fayda, bəlkə də vasitəçilərin işindən 

daha çox fayda gətirə bilər. 

Biz buna çalışırıq. Bəyan etmək istəyirəm ki, biz Ermənistan-

Azərbaycan münaqişəsinin dincliklə nizama salınmasını 

istəyirik, ancaq, əlbəttə, bir şərtlə ki, Ermənistan silahlı 

qüvvələri Azərbaycanın işğal olunmuş  ərazilərindən tamamilə 

çıxsın, bütün qaçqınlar, - onlar təxminən bir milyon nəfərdir, - 

öz yaşayış yerlərinə qayıtsınlar. Azərbaycanın arazi bütövlüyü 

bərpa olunsun və möhkəm, etibarlı  və uzunmüddətli sülh 

bərqərar edilsin. Biz bunu istəyirik. 

Mən artıq demişəm və siza də bəyan etmək istəyirəm ki, ayrı 

yol, başqa alternativlər yoxdur. Məsələnin dincliklə  həlli yolu 

var, məsələnin beynəlxalq hüquq prinsiplərinə müvafiq şəkildə 

ədalətli həlli yolu var və biz buna çalışırıq. Ümidvaram ki, biz 

buna nail olsaq, onda bütün istiqamətlərdə bu əməkdaşlıq çox 

uğurlu olacaqdır. Biz Ermənistanla Azərbaycan arasındakı 

mövcud çətinlikləri qısa müddətdo aradan qaldıra bilərik, 

əlbəttə, sülh müqaviləsi bağlanarsa. Onda bu əməkdaşlıq da 

uğurlu olacaqdır. 

Bu gün isə biz, əlbəttə, Rusiya ilə, Gürcüstanla fəal 

əməkdaşlıq edirik. Ermənistanla münaqişə  vəziyyətindəyik. 

Şükürlər olsun ki, müharibə getmir, döyüş  əməliyyatları 

aparılmır, qan tökülmür. Amma hələlik sülh də yoxdur. Nadir 

bir haldır ki, hər hansı  vəsitəçilərin, sülhyaratma qüvvələrinin 

iştirakı olmadan 1994-cü ilin mayından bəri biz atəşkəs rejimina 

əməl edirik. 

Ermənistan prezidenti ilə görüşlər zamanı hiss etdim ki, 

bizim kimi, onlar da məsələni sülh yolu ilə hall etmək 

əzmindədirlər. Məhz bu, təminat verir ki, biz başqa bir ölkənin 

müdaxiləsi olmadan atəşkəs rejimini saxlaya bilərik. 

Ümidvaram ki, biz sülhə nail olacağıq və ondan sonra bu 

bölgədə əməkdaşlıq, şübhəsiz, daha dolğun olacaqdır. 

  

 

 




__________________________________________ 

444


 

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ  

AZƏRBAYCANDAKI SƏFİRİ  

STENLİ ESKUDERO İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  



 

3 fevral 2000-ci il 

 

Heydər   Əliyev: Sizi salamlayıram. Məlumatınız olsun ki, 

mən Moskvaya getdim, orada çox maraqlı görüşlərimiz oldu. 

Bilirdim ki, siz görüşüb məlumat almaq istəyirsiniz. Amma 

gələndən bir gün sonra Davosa getdim. Ondan əvvəl isə bizdə 

elektrik enerjisi və qaz məsələləri barəsində problemlər 

olduğuna görə bir gün də burada böyük müşavira keçirdik. 

Yəqin ki, xəbəriniz var. 

Davosa səfərim çox əhəmiyyətli oldu, mən bundan çox 

məmnunam. Təbiidir, Moskva səfəri də çox maraqlı idi. 

Davosda mən beş il bundan öncə olmuşdum. Orada hər II forum 

keçirilir, amma bu forum çox yüksək səviyyədə keçdi. Sizə deyə 

bilərəm və  mən bunu mətbuata da bildirmişəm, - Amerika 

Birləşmiş  Ştatlarının prezidenti cənab Bill Klinton çox dəyərli 

nitq söylədi. Biz hamımız – dövlət, hökumət başçıları və böyük 

salonda toplaşan adamlar onu çox maraqla, diqqətlə dinlədik. 

Sonra da hamımız onu təbrik etdik. Çox dəyərli nitq idi. Çox 

mühüm məslələr - dünyanın qloballaşması, ümumiyyətlə, XXI 

əsrdə qarşıda duran məsələlər, vəzifələr, problemlər haqqında 

danışdı. 

Mən məmnunam ki, bir çox görüşlər keçirdim. Bunların 

içərisində ən əsası, təbiidir ki, Amerika Birləşmiş Ştatlarının 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə