Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə124/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   120   121   122   123   124   125   126   127   ...   145

__________________________________________ 

429


Siz idmançılar gənclərin çox görkəmli nümayəndələrisiniz və 

öz işinizlə  gərək bütün gənclərə nümunə göstərəsiniz, yəni öz 

nailiyyətlərinizlə nümunə göstərəsiniz. Başqa sahələrdə 

fəaliyyət göstərən Azərbaycan gənclərinə  gərək nümunə 

olasınız. 

Xalq, cəmiyyət, vətəndaşlar idmançı  gəncləri o biri 

gənclərdən daha da çox tanıyır.  Bu  da  təbiidir. Çünki idmana 

hamı maraq göstərir və bu, elə bir sahədir ki, insanlar - həm 

idman azarkeşləri, həm də sadəcə vətənpərvər insanlar istəyirlər 

ki, Azərbaycan idmanı daha da yüksəlsin. Ona görə  də siz 

məşhurlarsınız. Nə qədər çox nailiyyət əldə etsəniz, o qədər də 

məşhur olacaqsınız. Mən arzu edirəm ki, siz bu nailiyyətləri əldə 

edəsiniz. 

Mən sizinlə bugünkü görüşümdən çox məmnunam. Yenə də 

deyirəm, sizinlə hər dəfə görüş məni ruhlandırır, bəlkə də bir az 

gəncləşdirir. Sizin hamınıza cansağlığı arzu edirəm. Sizi Gənclər 

günü munasibətilə bir daha təbrik edirəm. Sizə yeni-yeni 

qələbələr, böyük uğurlar arzulayıram. Sağ olun. 



Zülfiyyə Hüseynova (Cüdo üzrə dünya çempionu, Sidney 

olimpiya oyunlarına vəsiqə qazanmışdır): Çox hörmətli cənab 

prezident, biz Sizin fikirlərinizlə tam razıyıq. Həqiqətən də 

ölkəmizdə idmana qayğı çox yüksəkdir. Biz hamımız 

Azərbaycan xalqını təmsil edirik. Ola bilər ki, «ağzıgöyçəklər» 

ağızlarına gələni danışırlar. Amma bütün idmançılar, idmanın 

içərisində olan insanlar bilirlər ki, siz öz qayğızla Azərbaycan 

idmanını doğrudan da çox yüksəklərə qaldırırsınız. 

Siz dediniz ki, biz Sizə ilham veririk. Elə sizin də sözləriniz 

sözün  əsl mənasında bizə ilham verir. Düzdür, böyüklər 

gənclərlə fəxr etdiyi kimi, gənclər də böyüklərlə fəxr edir. Yəni 

Siz olmasanız biz də olmarıq. Biz olmasaq da, haradasa, necə 

deyim... 

Heydər Əliyev: Biz olmarıq. 

  



__________________________________________ 

430


Zülfiyyə Hüseynova: Bəli, doğrudan da çox fərəhli haldır ki, 

Siz idmançıları çox gözəl başa düşürsünüz. Mən bildiyimə görə, 

Siz özünüz də  gənc yaşlarında idmanla məşğul olmusunuz. 

Maşallah, indi də gəncsiniz. Bizimlə bir yerdəsiniz, Siz də bizim 

kimi gəncsiniz. Xalqımızın belə bir məsəli var: «Ot kökü üstə 

bitər». Doğrudan da, biz çox sevinirik ki, məhz İlham müəllim 

Milli Olimpiya Komitəsinin prezidentidir. Çünki İlham müəllim 

idmana gələndən sonra sözün əsl mənəsında idmanda çox böyük 

inkişaf oldu. Kimini işlə, kimini evlə təmin etdi, problemləri həll 

edərək idmana diqqət və qayğı göstərdi. Bizim borcumuzdur, 

bütün Azərbaycan xalqının borcudur ki, həm ölkəmizi, həm də 

idmançılarımızı tanıtsın. Bu vəzifə idmançıların üzərinə daha 

çox düşür. Çünki biz Azərbaycanın Dövlət bayrağını qaldırırıq. 

Hələlik olimpiya oyunlarına lisenziya alan 12 nəfərdir, 6 nəfərə 

də birbaşa yer verilibdir, gələcəkdə daha 10-15 nəfər lisenziya 

alacaqdır. Olimpiya oyunlarında iştirak edib vətənə medal ilə 

qayıtmaq hamımızm borcudur. 1996-cı ildə bizi xeyir-dua ilə 

yola saldınız. Ümid bəsləyirik ki, 2000-ci ildə bizi yenə  də 

xeyir-duanızla yola salacaqsınız və Sizin köməyinizlə biz, 

inşallah, vətənə medallarla qayıdacağıq. Sağ olun ki, bizi qəbul 

etdiniz. 

Canpolad Budaqov  (Uşu-sando üzrə dünya çempionu): 

Cənab prezident, mən bu xatirə hədiyyəsini Sizə federasiyamız 

adından təqdim edirəm. Gürcüstan prezidenti Eduard 

Şevardnadze çıxışlarının birində demişdi ki, XX əsr liderlər 

əsridir və Heydər  Əliyev XX əsrin lideridir. Möhtərəm 

prezident, dünya siyasətində Sizə verilən bu böyük qiymət Sizin 

davamçılarınızda da, Sizə sadiq olan insanlarda da, şəxsən biz 

idmançılarda da çox böyük inam yaradır. Doğrudan da, liderlər 

əsrində Sizin rəhbərliyinizlə, Allahın köməyi ilə çalışacağıq ki, 

yeni-yeni uğurlarımızla, nailiyyətlərimizlə Sizi daha da 

sevindirək. Federasiyamız adından, öz adımdan 

  



__________________________________________ 

431


və buradakı idmançılar adından Sizə cansağlığı arzu edirəm. 

Doğrudan da, yalnız Sizin timsalınızda Azərbaycan gözlədiyi 

uğurlu gələcəyinə çatacaqdır. Bu gün bayram təəssüratlarınızı 

bizimlə bölüşdüyünüz üçün də Sizə bir daha minnətdarlığımı 

bildirirəm. Allaha duaçıyıq ki, Sizin başınızdan bir tük də əskik 

olmasın. Sağ olun, cənab prezident! 



Vahid  Nəzərov  (Ağır Atletika Federasiyasının vitse-

prezidenti, bu növ üzrə yığma komandanın baş məşqçisi): Cənab 

prezident, icazə verin bu xatirə  hədiyyəsini Sizə  təqdim edim. 

Biz, ağır atlətlər  əminik ki, Sidney olimpiya oyunlarına 

gedəcəyik və öz uğurlu çıxışımızla Sizi sevindirəcəyik. Sizə 

uzun ömür, cansağlığı arzulayırıq. 

Canpolad  Budaqov: Cənab prezident, mən Borçalıdan təzə 

qayıtmışam. 1948-ci ildə Sizinlə  işləmiş Bolnisi rayonunun 

Faxralı kəndində bir el ağsaqqalı çox xahiş edib ki, bu məktubu 

Sizə çatdırım. Mən özüm də Borçalıdanam. 



Heydər   Əliyev: Borçalıda necə yaşayırlar? 

Canpolad  Budaqov:  Cənab prezident, Sizin köməyiniz 

sayəsində borçalıların yaşayış 

tərzi bəlkə 

də 


Azərbaycandakından yüksək səviyyədədir. 

Heydər  Əliyev: Mən borçalılar haqqında həmişə 

düşünmüşəm. Keçmişdə Azərbaycanın rəhbəri olarkən həmişə 

onlara qayğı göstərmişəm, onların vəziyyəti haqqında 

Gürcüstanın rəhbərləri ilə daim danışıqlar aparmışam, onlara 

kömək etmişəm. 

Mən bu sözü haradasa bir dəfə demişəm. Mən Moskvada 

vəzifədən kənarlaşdırılandan sonra mənim  əleyhimə  bəzi 

yerlərdə cürbəcür nalayiq sözlər yayırdılar. O vaxtlar mənim 

adımı qadağan etmişdilər. Amma Moskvada Borçalıdan gəlmiş 

bir adamla görüşdüm. O mənə dedi ki, Borçalıda hansı evə 

gedirsən - Sizin portretinizi divardan açıblar. Ona görə də mən 

borçalıları  həmişə sevmişəm. Bu, mənim borcum idi. Çünki 

Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Azərbay- 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə