Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə123/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   119   120   121   122   123   124   125   126   ...   145

__________________________________________ 

426


canın gənclərinə  hədsiz məhəbbət hissi bəsləyirəm. Çünki 

birinci, mən uşaqları, gəncləri bir insan kimi çox sevirəm

ikincisi də, Azərbaycanın dövlət başçısı kimi, Azərbaycanın 

bugünkü işləri ilə  məşğul olaraq Azərbaycanın gələcəyinə çox 

əsaslar yaratmağa çalışıram, gələcəyi haqqında düşünürəm. 

Azərbaycanın gələcəyi də gənclərə məxsusdur, gənclərin əlində 

olacaqdır. Biz bu gün hansı  gənc nəsli yetişdirə bilsək, 

Azərbaycanın gələcəyi ondan çox asılı olacaqdır. Əgər bugünkü 

gənc nəsil Azərbaycan xalqının bütün qayğılarına qalmaq 

iqtidarına malik olacaqsa, yüksək biliyə, təcrübəyə malik 

olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyi haqqında 

narahat olmamalıyıq. 

Mən hesab edirəm ki, Azərbaycanda bu gün belə gənc nəsil 

mövcuddur, inkişaf edir, böyüyür və Azərbaycanın gələcəyini 

bizdən də yaxşı inkişaf etdirməyə qadir olacaqdır. Ona görə də 

Gənclər günü gənclərin bayramıdır, ancaq bizim hamımızın 

ümumxalq bayramıdır, mənim bayramımdır və bu gün gənclərin 

nümayəndələri ilə görüşmək mənim üçün çox əhəmiyyətlidir, 

mənə çox sevinc gətirir. 

İdman  əsasən gənclərə  məxsus olan bir sahədir. Burada 

verilən məlumatlar bir də onu təsdiq etdi ki, Azərbaycanın 

idmanı son illərdə çox sürətlə inkişaf edir. Bu təbiidir ki, bizim 

aldə etdiyimiz nailiyyətlər içərisinda çox görkəmli yer tutur. Biz 

çalışırıq ki, müstəqil dövlətimizi möhkəmləndirək, inkişaf 

etdirək. Biz çalışırıq ki, siyasi, iqtisadi, sosial islahatlar həyata 

keçirib Azərbaycanı inkişaf etdirək. Biz çalışırıq ki, insanların 

rifah halını yaxşılaşdıraq. Biz çalışırıq ki, Azərbaycanın böyük 

problemi olan Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu 

ilə həll edək. Bunlar hamısı bizim üçün vəcibdir və bu sahələrdə 

bizim nailiyyətlərimiz göz qabağındadır. Ancaq bunların 

içərisində gənclərin nailiyyətləri, o cümlədən bizim idmançıların 

nailiyyətləri çox görkəmli 

  



__________________________________________ 

427


yer tutur. İdmançıların nailiyyətləri gənclərimizin həm fiziki, 

həm də mənəvi cəhətdən sağlam olduğunu göstərir. 

Sizin kimi idmançılar - dünyada Azərbaycanın idmanını 

nümayiş etdirən, ölkəmizi tanıdan və Azərbaycanda idmanın 

səviyyəsini dünyaya göstərənlər, təbiidir ki, çox böyük iş 

görürsünüz. Sizinlə  hər dəfə görüşəndə, məlumatlarınızı 

dinləyəndə mən böyük iftixar hissi keçirirəm. 

Bizim xalqımız fiziki cəhətdan sağlam xalqdır. Xalqımızın 

mənəviyyatı da yüksəkdir. Ancaq keçmiş zamanlarda biz idman 

sahəsində heç vaxt indiki qədər nailiyyətlər əldə etməmişik. Ona 

görə yox ki, bizim gənclərimiz, idmançılarımız buna qadir 

olmayıblar. Ona görə ki, birinci növbədə, biz müstəqil 

olmamışıq və Sovet İttifaqı, SSRİ tərkibində bizim idmançıların 

özlərini göstərmək və öz fəaliyyətləri nəticəsinda onlara layiq 

olan yerləri tutmaq imkanları  məhdud olubdur. İkinci də ona 

görə ki, indi müstəqil Azərbaycanda idmana, olimpiya 

hərəkatına xüsusi diqqət yetirilir və bir də bugünkü nailiyyətlər 

keçmişdən ona görə artıqdır, yüksəkdir ki, indi hər bir 

Azərbaycan idmançısında vətənpərvərlik hissi, vətənə məhəbbət, 

sevgi hissi əvvəlkilərdən, təbiidir ki, yüksəkdir. 

O vaxt bizim ümumi vətənimiz var idi, biz hamımız o vətənə 

qarışmışdıq. Amma indi Azərbaycan xalqının öz vətəni var. 

Azərbaycanda yaşayan vətəndaşların hansı millətə  mənsub 

olmasından asılı olmayaraq öz vətəni var. Öz vətəni olan insan, 

təbiidir ki, öz vətənini sevərək daha da yüksək nailiyyətlər əldə 

edə bilər. Düşünürsən ki, bax, buna görə, bu səbəblərə görə və 

bunların nəticəsində Azərbaycan idmanı indi doğrudan da bizi 

sevindirən səviyyəyə gəlib çatıbdır. 

Hər dəfə sizinlə görüşəndə yeni-yeni məlumatlar verirsiniz. 

Bu, onu göstərir ki, Azərbaycanda idman dinamik inkişaf edir, 

bizim idmançılar ardıcıl olaraq öz peşələri ilə  məşğuldurlar və 

təbiidir ki, onlar üçün böyük imkan yaradılır,  şərait yaradılır, 

qayğı göstərilir. Qayğı göstərmək, şəraiti yaratmaq, imkan 

  

 




__________________________________________ 

428


  

yaratmaq bizim borcumuzdur. Ancaq bunlardan səmərəli 

istifadə etmək və öz peşəniz sahəsində yüksək nəticələr  əldə 

etmək sizin vəzifənizdir, bizim borcumuzdur. Düşünürəm, tam 

əsasla demək olar ki, biz də öz borcumuzu yerinə yetiririk, siz 

də öz borcunuzu yerinə yetirirsiniz. Ona görə  də belə 

nailiyyətlər və  təbiidir ki, onlar üçün böyük imkan yaradılır, 

şərait yaradılır, qayğı göstərilir. Qayğı göstərmək,  şərait 

yaratmaq, imkan yaratmaq bizim borcumuzdur. Ancaq 

bunlardan səmərəli istifadə etmək və öz peşəniz sahəsində 

yüksək nəticələr  əldə etmək sizin vəzifənizdir, sizin 

borcunuzdur. Düşünürəm, tam əsasla demək olar ki, biz də öz 

borcumuzu yerinə yetiririk, siz də öz borcunuzu yerinə 

yetirirsiniz. Ona görə də belə nailiyyətlər var. 

İndi əsas vəzifə 2000-ci ilin olimpiya oyunlarına hazırlıqdır. 

Bu sahədə siz yaxşı hazırlıq işləri görmüsünüz və müəyyan 

nailiyyətləriniz vardır. Ancaq hesab edirəm ki, qarşıdakı aylar 

hazırlığın  ən fəal bir dövrü olmalıdır. Siz daha da çox işlər 

görməlisiniz ki, Sidney dünya olimpiya oyunlarında Azarbaycan 

öz idman gücünü, öz idman səviyyəsini göstərə bilsin. Sizin 

verdiyiniz məlumatlar ümid yaradır ki, biz bunun şahidi 

olacağıq. Ancaq bunun üçün daha da çox çalışmaq lazımdır, 

arxayınçılığa yol vermək olmaz. Həm Gənclər və  İdman 

Nazirliyi, həm Milli Olimpiya Komitəsi daha da çox 

işləməlidirlər ki, Azərbaycan dünya olimpiya oyunlarında bu il 

də özünü göstərə bilsin. 

Keçmiş olimpiya oyunlarında ölkəmizin iştirak etməsi, 

sadəcə, Azərbaycanın bir müstəqil dövlət kimi bu oyunlarda 

təmsil olunmasını göstərirdi və müəyyən nailiyyətlərimiz də 

vardı. Ancaq indi vaxt keçib, siz böyük bir hazırlıq dövrü 

yaşamısınız, nailiyyəllər  əldə etmisiniz. Ona görə biz sizdən 

2000-ci ilin olimpiya oyunlarında çox şey gözləyirik və arzu 

edirəm ki, siz Azərbaycana böyük qələbələrlə qayıdasınız. Onun 

üçün də hələ bundan sonra çox işlər görmək lazımdır. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə