Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə122/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   118   119   120   121   122   123   124   125   ...   145

__________________________________________ 

423


şəxsən Sizin diqqət və qayğınız, xeyir-duanız sayəsində  əldə 

edilmiş müvəffəqiyyətlərdir. 

1999-cu il respublikamızın idman həyatında qarşıdan gələn - 

XXYII yay olimpiya oyunlarına hazırlığın xüsusi mərhələsi kimi 

diqqəti cəlb etmişdir. Ötən il keçirilən bütün yarışlar, demək olar 

ki, olimpiya oyunlarında iştirak etmək, parlaq qələbələr 

qazanmaq kimi ali məqsədə doğru istiqamətlənmiş, 

idmançılarımızın peşəkarlığının, ustalığının, ruh yüksəkliyinin 

artmasında xüsusi rol oynamışdır. 1999-cu ildə qarşımızda 

duran  ən mühüm vəzifə - olimpiya oyunlarına hazırlığın 

səmərəli, mütəşəkkil aparılması  və bununla bağlı bir sıra 

problemlər həll olunmuşdur. 

Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi və digər 

idman strukturları ilə birlikdə öz qüvvələrini səfərbər edərək 

olimpiya oyunlarına hazırlıq işini hələ 1997-ci ildə  qəbul 

edilmiş konsepsiyaya uyğun olaraq həyata keçirmişdir. 

Olimpiya mərhələsində intensiv və keyfiyyətli hazırlığın təmin 

olunması üçün yüksək ixtisaslı idmançılar hazırlanması 

sisteminin təkmilləşdirilməsi, idman nailiyyətlərinin 

proqnozlaşdırılması, idmançı  şəxsiyyətinin sosial-psixoloji 

əsasları, məşq proseslərinin planlaşdırılması, idmançıların sosial 

və məişət problemləri və digər məsələlər öz həllini tapmışdır. 

Nazirlər Milli Olimpiya Komitəsi ilə birlikdə olimpiya 

oyunlarına hazırlığın tərkib hissəsi kimi, yığma 

komandalarımızın məşqlərinə daim nəzarət yetirmiş, idman 

nümayəndə heyətlərinin beynəlxalq turnirlərdə, dünya və 

Avropa çempionatlarında, kubok və qitə yarışlarında iştirakını 

təmin etmişdir. 

Olimpiya oyunlarına namizəd idmançıların və  yığma 

komandaların məşqçilərinin fərdi iş planları  tərtib edilmiş, 

Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə bu idmançıların və 

onların məşqçilərinin olimpiya dövrünün sonuna qədər xüsusi 

təqaüdlə təmin edilməsinə nail olunmuşdur. 

Təbii ki, görülən hər işin əhəmiyyətini, uğurunu onun nəti- 

  



__________________________________________ 

424


cəsi ilə ölçmək lazımdır. Mən bu gün tam qətiyyətlə deyə 

bilərəm ki, nəticələrimiz çox sevindirici, fərəhli olmuş, 1999-cu 

ildə idmançılarımız tərəfindən respublikamıza 166 medal 

gətirilmiş, o cümlədən 70 qızıl, 45 gümüş  və 21 bürünc medal 

olimpiya idman növləri üzrə qazanılmışdır. 

1999-cu ildə göstərilən digər nəticələr isə bütün 

idmansevərlərin sevincini ikiqat artırmış, respublikanın idman 

həyatında  əsl canlanmaya səbəb olmuşdur. Belə ki, ötən il 

keçirilən bəzi yarışların lisenziya xarakterinə malik olduğunu 

nəzərə alsaq, əldə etdiyimiz nailiyyətlərin həm keyfiyyət, həm 

də  kəmiyyət baxımından çox boyük əhəmiyyət daşıdığını qeyd 

etməliyik. Ötən il olimpiya oyunlarına hazırlıq dövründə  əldə 

olunan  ən yüksək nailiyyət idmançılarımızın müxtəlif miqyaslı 

beynəlxalq yarışlarda böyük əzmkarlıq və iradə göstərərək 12 

olimpiya vəsiqəsi qazanmasıdır. Onlardan üçü boks, üçü sərbəst 

güləşmə, üçü ağırlıq qaldırma, biri cüdo, biri güllə atıcılığı, biri 

isə yüngül atletika üzrədir. 

Möhtərəm cənab prezident, bu yüksək nailiyyətləri əldə etmiş 

idmançıların böyük bir qrupu buradadır, Sizinlə görüşə öz 

arzuları ilə gəliblər ki, Sizə bu barədə məlumat versinlər. 

Olimpiya oyunlarına hazırlığın sonuncu mərhələsi 2000-ci 

ildə davam etməkdədir. Belə ki, cüdo, Yunan-Roma güləşi, 

sərbəst güləşmə  və boks üzrə respublikamıza yeni lisenziyalar 

gətirilməsi məqsədi ilə lisenziya yarışlarında iştirak etmək üçün 

məqsədyönlü iş aparılır. Diqqətinizə çatdırmaq istərdim ki, 

ölkəmizə digər 6 vəsiqə beynəlxalq federasiyalarla aparılan 

danışıqlar"əsasında verilmişdir ki, bu idman növlərində  də 

vətənimiz olimpiya oyunlarında təmsil olunmaq hüququ 

qazanmışdır. Artıq bu il yunan-Roma güləşi üzrə perspektivli 

idmançılarımız  İtaliyada, sərbəst güləşçilərimiz Minskdə, cüdo 

güləşi üzrə idmançılarımız Moskva şəhərində keçirilən 

beynəlxalq turnirlərdə  iştirak edərək reytinq cədvəlinə  əsasən 

müəyyən xallar topla- 

  

 




__________________________________________ 

425


mışlar ki, bu da onların sonrakı yarışlarda yeni lisenziyalar əldə 

edəcəklərinə zəmin yaratmışdır. 

Son olaraq qeyd etmək istərdim ki, Azərbaycanda idmanın 

inkişafında, dirçəlişində çəkdiyiniz böyük zəhmət, göstərdiyiniz 

diqqət və qayğı  hədər getməmişdir. Azərbaycanı dünyaya 

tanıdan böyük idmançılar nəsli yetişmiş  və yetişməkdədir. Biz 

inanırıq və ümid edirik ki, müstəqil Azərbaycan Respublikası 

bütün maneələri dəf edərək idman olimpində öz layiqli yerini 

tutacaq, idmançılarımız ölkəmizin 

şərəfini ləyaqətlə 

qoruyacaqlar. 

Möhtərəm cənab prezident, Sizin fərmanınızla bu gün 

Azərbaycan gəncləri günü kimi qeyd olunur. Məhz bu gün 

idmançıların buraya gəlməsi rəmzi xarakter daşıyır. Bu gün 

Azərbaycanın bir çox şəhərlərində, rayonlarında Gənclər günü 

ilə bağlı silsilə  tədbirlər keçirilir. Buraya gəlməmişdən qabaq 

hamımız gənc rəssamların  əsərləri sərgisinin açılışında iştirak 

etdik.  İcazənizlə, mən gənc rəssamların  əsərləri sərgisinə  həsr 

olunmuş xüsusi bukleti və 1998-ci ildə müstəqil Azərbaycan 

Respublikası  Gənclərinin II Forumunun materiallarından ibarət 

yeni çapdan çıxmış kitabı Sizə təqdim edim. 

Heydər  Əliyev:  Bu gün bizim müstəqil Azərbaycanda 

Gənclər günüdür. Mən bu münasibətlə sizi, bütün Azərbaycan 

gənclərini təbrik edirəm və ümidvar olduğumu bildirmək 

istəyirəm ki, ölkəmizin bugünkü gəncləri, gənc nəsli 

Azərbaycanın parlaq gələcəyi yolunda öz xidməllərini 

göstərəcək və Azərbaycanı gələcəkdə inkişaf eldirəcəklər. 

Bu gün sizinlə, gənclərlə görüşmək mənim üçün də çox 

fərəhlidir. Çünki gənclər həmişə insana ruh verir, insana çox 

müsbət təsir bağışlayır. Gənclər cəmiyyətin həmişə sevimlisidir. 

Uşaqlara, gənclərə sevgi-məhəbbət hər bir insanda var. Hər bir 

insan öz övladlarını sevir və övladları ilə  fəxr edir. Bütün 

cəmiyyət də öz uşaqlarını, gənclərini sevir və onlarla fəxr edir 

mən isə Azərbaycanın prezidenti olaraq, Azərbay- 

  

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə