Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə119/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   115   116   117   118   119   120   121   122   ...   145

__________________________________________ 

413


qonşularımızın, yaxın və uzaq ölkələrin işlərinə qarışmamaq 

mövqeyində dururuq. Bu, bütün dünyada ölkələr arasında 

qarşılıqlı münasibətlərin  əsas prinsiplərindən biridir. Hərdən 

bəzi uydurma məsələlər, problemlər olur. Amma, təkrar edirəm, 

bizim  İranla böyük ticarətimiz, yaxşı münasibətlərimiz var və 

biz bu münasibətləri inkişaf etdirəcəyik. 

Ermənistanla isə... bilirsiniz ki, əslinə qalsa, bu münaqişənin 

təşəbbüsçüsü Ermənistandır. Hələ 1988-ci ildə onlar Dağlıq 

Qarabağı Ermənistana birləşdirməyə cəhd göstərdilər, münaqişə 

başlandı, genişlənib müharibəyə çevrildi. Bu müharibə bir çox 

azərbaycanlıların da, ermənilərin də  həyatına son qoymuşdur, 

çoxlu qan tökülmüşdür. Müxtəlif səbəblərdən Azərbaycan 

ərazisinin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar 

hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altındadır, 

oradan bir milyonadək azərbaycanlı zorla çıxarılmışdır. Onlar 

çadırlarda yaşayır, təbii ki, işsizdirlər və Azərbaycanda çox 

böyük sosial-iqtisadi çətinliklər yaradırlar. 

Doğrudur, 1994-cü ilin mayında biz məsələni sülh yolu ilə 

həll etmək üçün atəşkəs haqqında saziş bağladıq. Əlbəttə, Minsk 

qrupu fəal işləyir, az iş görməyibdir. Minsk qrupunun fəaliyyəti 

sayəsində 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə 

görüşündə biz münaqişənin sülh yolu ilə nizama salınması üzrə 

razılaşmamız üçün əsas ola biləcək sənədi hər halda, əldə edə 

bildik. Lakin Ermənistan tərəfi bu prinsiplərlə razılaşmadı. 

Prinsiplər isə adidir, beynəlxalq hüquq normalarına  əsaslanır: 

Azərbaycanın və Ermənistanın  ərazi bütövlüyünün tanınması, 

Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə 

statusu verilməsi və Dağlıq Qarabağın əhalisinin - həm erməni, 

həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin edilməsi. 

Oranın əhalisi az - cəmi 170 min nəfər idi. Onların təxminən 

30 faizi azərbaycanlılar, 70 faizi isə ermənilər idi. 

Azərbaycanlıların hamısı qovulub çıxarılıb, ermənilər orada 

yaşa- 

  

 



 


__________________________________________ 

414


yırlar, lakin onların da yarısı köçüb getmişdir. Bir sözlə, 

görürsünüz, o qədər də çox adamın yaşadığı kiçik bir ərazi 

üstündə iki ölkə, iki xalq arasında münaqişə yaradılmışdır. 

Çox  şey itirməyimizə, bizə olduqca böyük maddi, mənəvi, 

siyasi ziyan vurulduğuna baxmayaraq, biz məsələnin dincliklə 

nizama salınması mövqeyində möhkəm dayanmışıq. 

Həmsədrlərin - Rusiyanın, Amerika Birləşmiş  Ştatlarının və 

Fransanın fəaliyyəti ilə yanaşı, Ermənistan və Azərbaycan 

prezidentləri arasında birbaşa dialoq aparmaq zərurəti də  məhz 

bundan irəli gəlir. Bu dialoq ötən ilin aprelində Vaşinqtonda 

başlamışdır, biz bir neçə  dəfə görüşmüşük, axırıncı görüş bu 

yaxınlarda Davosda oldu. Mən bu görüşləri müsbət 

qiymətləndirirəm, proses çətin getsə  də, onlar bizi sülhə 

yaxınlaşdırır. 

Biz bunu əsas tuturuq ki, hər iki tərəfdən kompromislər 

olmalıdır. Lakin kompromislərin də  həddi var və onu keçmək 

olmaz. Ona görə də biz indiyədək ümumən kompromislərin elə 

bir həddini tapa bilməmişik ki, Ermənistan və Azərbaycan buna 

gedə bilsin. 

Bununla belə, bu, Minsk qrupunun fəaliyyətinin güclənməsi 

ilə yanaşı, bəlkə  də  məsələnin həllinin həqiqətən  ən səmərəli 

kanalıdır. Mən hamıdan eşidirəm, siz də dediniz ki, dünyanın 

bütün dövlətləri Ermənistan və Azərbaycan prezidentlərinin 

görüşlərini bu məsələnin dincliklə nizama salınması üçün 

müsbət hal kimi qarşılayır. Bu, şəxsən məni daha çox 

ruhlandırır, ruhlandırır ki, biz bu prosesi davam etdirməliyik. 

Biz axırıncı  dəfə Davosda görüşərkən münaqişənin dincliklə 

həllinə nail olmaq üçün məhz bu barədə razılığa gəldik. 

Əlbəttə; biz yaxşı başa düşürük ki, məsələnin hərbi yolla 

həllinə qayıtmaq Ermənistan üçün də, bizim üçün də çox ağır 

nəticələrlə bağlıdır. Elə dünya İctimaiyyəti də Ermənistanla 

Azərbaycan arasında hərbi əməliyyatların başlanmasını çətin ki, 

təqdim etsin.   Lakin bunu Ermənistanda daha çox başa 

  

 




__________________________________________ 

415


 

 

düşməlidirlər. Çünki məhz Ermənistan tərəfindən 



konstruktivizm daha çox olmalıdır, o, Azərbaycan ərazisinin 20 

faizini işğal etmişdir. Biz Ermənistan  ərazisinin bir metrini də 

işğal etməmişik. Onlar bir milyon azərbaycanlını öz yaşayış 

yerlərindən didərgin salmışlar, biz heç kəsi qovmamışıq. 

Münaqişənin başlanğıc mərhələsində onlar azərbaycanlıları 

Ermənistandan qovdular. Yeri gəlmişkən, azərbaycanlılar həmin 

ərazidə  əsrlər boyu yaşamışlar və onu özlərinin doğma 

torpaqları hesab etmişlər - biz bu gün də belə hesab edirik. 

Sadəcə, Sovetlər  İttifaqı yaradılarkən respublikalar təşkil 

edildikdən sonra sərhədlər belə müəyyənləşdirilmişdi. 

Söz yox ki, Azərbaycanda yaşayan ermənilər də buradan 

köçüb getdilər. Doğrudur, burada onlar Ermənistanın müəyyən 

zonasında yığcam şəkildə yaşayan azərbaycanlılar kimi yığcam 

yaşamırdılar. 

Lakin indi, bunların hamısı olub-keçəndən sonra sülh 

lazımdır.  İnanıram ki, əgər biz razılığa gələ, münaqişənin 

nizama salınması formulu tapa və Ermənistanla Azərbaycan 

arasında sülhə nail ola bilsək, - biz Azərbaycanda bunu çox 

istəyirik, - bunun təkcə Azərbaycan və Ermənistan üçün deyil, 

həm də bütövlükdə Dünya Birliyi üçün, xüsusən Qafqaz, Cənubi 

Qafqaz üçün böyük müsbət nəticəsi olacaqdır. Bildiyiniz kimi, 

Gürcüstanda da münaqişələr var, lakin onlar daxili xarakter 

daşıyır. Burada isə münaqişə iki ölkə arasındadır, iki müstəqil 

dövlət arasındadır. 

Sizə dediyim kimi, Qafqaz Şərq və  Qərb,  İpək yolu, 

TRASEKA,  İNOQEYT proqramları  və digər proqramlar 

baxımından çox böyük əhəmiyyət kəsb edir. Ona görə  də 

İstanbulda mən Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik, sülh və 

əməkdaşlıq paktını yaratmaq təklifini  İrəli sürdüm və bir çox 

dövlətlərə müraciət etdim. Lakin bu, yalnız münaqişənin nizama 

salınmasının həlli yolu tapıldıqdan, Ermənistanla Azərbaycan 

arasında sülh əldə edildikdən sonra həyata keçirilə bilər. 

Düşünürəm ki, 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə