Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə115/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   111   112   113   114   115   116   117   118   ...   145

__________________________________________ 

401


SLOVAKİYANIN XARİCİ İŞLƏR NAZİRİ  

EDUARD KUKAN BAŞDA OLMAQLA  

BU ÖLKƏNİN NÜMAYƏNDƏ HEYƏTİ  

İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

1 fevral 2000 – ci il 

 

Heydər  Əliyev:  Cənab nazir, hörmətli qonaqlar, sizi 

Azərbaycanda salamlayıram, ölkamizə səfərinizi alqışlayıram. 

Səhv etmirəmsə, Azərbaycan müstəqillik  əldə etdiyi və 

Slovakiya müstəqil, azad dövlət olduğu vaxtdan bəri bu səfər 

qarşılıqlı münasibətlərimizdə belə  səviyyədə ilk səfərdir. Ona 

görə də bu, bizim üçün böyük əhəmiyyətə malikdir. 

Mənə dedilər ki, bu gün siz xarici işlər naziri ilə  də, Baş 

nazirlə  də, parlamentin sədri ilə  də görüşlər keçirmisiniz. Bu, 

çox yaxşıdır, yəni siz müxtəlif strukturlarda fikir mübadiləsi 

apara və ölkələrimiz arasında gələcək  əməkdaşlığın yollarını 

müəyyənləşdirə bilmisiniz. 

Azərbaycanda biz Slovakiya ilə daha fəal əməkdaşlıq etməyə 

çox həvəs göstəririk. Bilirik ki, Slovakiya iqtisadi cəhətdən 

inkişaf etmiş ölkədir - mən sənayenin, infrastrukturun inkişafını 

nəzərdə tuturam. Bununla bərabər, bizim hamımız kimi, 

Slovakiya da keçid dövrünü yaşayır, onun öz problemləri var. 

Yəni bizim oxşar cəhətlərimiz çoxdur. Məhz bu - təcrübə 

mübadiləsi aparmaq, bir-birinə kömək etmək, başlıcası isə 

iqtisadiyyatda, mədəniyyətdə, təhsildə, bütün sahələrdə 

əməkdaşlığı inkişaf etdirmək üçün geniş əlaqələrin zərurili- 

  

 



 


__________________________________________ 

402


yini  şərtləndirir. Ona görə  də sizin səfəriniz bizim üçün böyük 

əhəmiyyətə malikdir. Sizi dinləyirəm. 

Eduard Kukan: Biz çox şadıq ki, bu səfəri - sizin doğru 

buyurduğunuz kimi, Slovakiya hökuməti üzvlərinin 

Azərbaycana ilk səfərini həyata keçirə bildik. 

Mən ona da şadam ki, Slovakiyanın iqtisadiyyat naziri və 

biznesmenlərin böyük bir qrupu mənimlə birlikdə buradadırlar. 

Onlar siyasi danışıqlarımızın bütün nəticələrini konkret həyata 

yönəltmək üçün Azərbaycandakı  tərəfdaşları ilə bilavasitə 

əlaqələr yaratmaq istəyirlər. Məncə, Azərbaycan ilə Slovakiya 

arasında gələcək əməkdaşlıq üçün mövcud olan potensialımızın 

konkret layihələrdə öz əksini tapması çox mühümdür. 

Yəqin ki, Azərbaycana bu ilk səfərimiz bir qədər ləngimişdir 

- Slovakiya müstəqillik  əldə etdikdən yeddi il sonra həyata 

keçirilmişdir. Lakin həmişə  işə başlamaq lazımdır, ilk səfəri 

etmək lazımdır.  Əminəm ki, biz ötən vaxtdan ikitərəfli 

əməkdaşlığın inkişafına ciddi hazırlaşmaq üçün, bu səfərdən 

sonra əməkdaşlığımızın hər iki ölkədən ötrü daha fəal və faydalı 

olması üçün istifadə etmişik. 

Biz çexlərdən, keçmiş Çexoslovakiyadan ayrıldıqdan sonra 

ötən yeddi ildə Slovakiya bazar iqtisadiyyatı yolu ilə, 

demokratik cəmiyyət kimi inkişaf edir, Avropa və 

Transatlantika strukturlarına qovuşmaq istəyir. Yaxın günlərdə 

biz Slovakiyanın gələcəkdə Avropa Birliyinə üzv olması üçün 

bu qurumla danışıqlara başlayacağıq. Biz NATO-nun da üzvü 

olmağa hazırlaşırıq. Bilirik ki, Azərbaycan Avropa ölkəsidir və 

gələcək inkişafımızın bir çox istiqamətləri eynidir. Buna görə də 

həm Azərbaycana, həm də bizə, Slovakiyaya kömək edə biləcək 

qarşılıqlı məsləhətləşmələr, informasiya mübadiləsi üçün ümumi 

zəmin var. 

Bu gün Azərbaycanın bir çox görkəmli nümayəndələri ilə 

danışıqlar aparmağa həqiqətən imkanımız oldu və   çox şadıq 

  

 



__________________________________________ 

403


ki, bütün bu danışıqlar çox konkret, qeyri-formal idi və aydın 

sübut edir ki, Sizin ölkəniz Slovakiya ilə iqtisadi, siyasi, mədəni 

əlaqələrin inkişafına, onunla bütün sahələrdə əməkdaşlığa həvəs 

göstərir. 

Slovakiyada biz də  gələcəkdə bu münasibətlərin inkişafına 

çox fəal başlamağa hazırıq. Bir az sonra iqtisadiyyat nazirimiz 

bizdə  əməkdaşlıq üçün həqiqətən yaxşı baza olduğu və bunun 

ölkələrimiz arasında faydalı kooperasiyanı  təmin edə biləcəyi 

barədə danışacaqdır. Bir sözlə, cənab prezident, Sizinlə görüşə 

bildiyimizə görə çox sağ olun. Biz həmçinin ümidvarıq ki, bu 

səfərdən sonra əməkdaşlığımız dinamik olacaq, qarşılıqlı sufətdə 

faydalı prinsiplər  əsasında həyata keçiriləcək və  həm 

Azərbaycana, həm də Slovakiyaya kömək edəcəkdir. 

Lyubomir Qarax (Slovakiyanın iqtisadiyyat naziri): Çox sağ 

olun, cənab prezident. Azərbaycana gəlmək və həmkarımla çox 

faydalı söhbət aparmaq imkanına görə  mən də  təşəkkür etmək 

istəyirəm. 

Bizim biznesmenlər qrupunun da faydalı görüşləri olduğuna 

görə  təşəkkür etmək istəyirəm. Konkret şəxsi  əlaqələr barədə 

dəqiq  İnformasiyam var və bunlar göstərir ki, iqtisadi 

münasibətlərimiz daha yaxşı ola bilər. 

Biz energetika sahəsində əmakdaşlıqdan danışdıq. Slovakiya 

bu sahədə çox güclü kooperasiyaya hazırdır. Buna görə  də 

dedim ki, Sizdə ehtiyatlar, bizdə isə  nəqliyyat var. Sizin 

ehtiyatların Avropa bazarlarına nəqli bizim yollar vasitəsilə 

həyata keçirilə bilər. Bu, Sizin üçün də, bizim üçün də çox 

faydalıdır. Düşünürəm ki, bu və digər istiqamətlərdə 

kooperasiyamız çox uğurla inkişaf edəcəkdir. Çox sağ olun. 

Heydər Əliyev: Mən sizin ölkənizin prezidenti cənab Şuster 

ilə Yaltada görüşüb söhbət etdim, onu Davosda da gördüm. Biz 

onunla elə indi sizinlə danışdığımız mövzuda söhbət etdik. Onda 

cənab  Şuster də, mən də ölkələrimiz arasında  münasibətləri  

fəallaşdırmaq  arzusunda  olduğumuzu 

  

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə