Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə111/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   107   108   109   110   111   112   113   114   ...   145

__________________________________________ 

389


edirəm. Bu gəlişiniz zamanı burada görülən işlər bizim üçün çox 

faydalıdır. Sizin təkliflərinizi indi biz müzakirə edəcəyik. Amma 

əvvəlcədən deyirəm, hamısı qəbul olunacaqdır. 

«Neft Fondu» haqqında fərmanını barəsində dediyiniz sözlər 

də  mənim üçün çox xoşdur. Siz onu bilməlisiniz ki, mən 

Azərbaycanın prezidenti olandan indiyə qədər burada gördüyüm 

işlərin əsasını təşkil edən bu olmuşdur ki, Azərbaycanın vəsaiti 

qorunsun və onun dağılmasına yol verilməsin. İndi bu ildən biz 

artıq birinci müqavilədən gəlirlər əldə edirik. Ona görə də mən 

«Neft Fondu»nun yaranması haqqında qərar qəbul etdim, 

fərman verdim. 

Norveçə  təkcə Dövlət Neft Şirkətinin nümayəndəsini yox

mən oraya maliyyə nazirini də, Milli Bankın sədrini də 

göndərmişdim, mənim öz şəxsi köməkçim də getmişdi, 

iqtisadiyyat naziri də getmişdi - böyük tərkibdə bir nümayəndə 

heyəti getmişdi. 

Mən dünən səhər Davosda Norveçin Baş naziri ilə görüşdüm. 

Onlar Azərbaycanda öz işlərini genişləndirmək istəyirlər, daha 

da çox İnvestisiya qoymaq istəyirlər. Biz bu məsələləri müzakirə 

etdik və Norveçdə yaranmış «Neft Fondu» haqqında bizim 

nümayəndələrin gətirdiyi məlumatlardan əlavə, mən Baş nazirin 

özündən də bilavəsitə  məlumatlar aldım: həm onun aparılması, 

həm də o «Neft Fondu»ndan istifadə olunması haqqında. Bu, 

bizim üçün əsas məsələlərdən biridir və ona görə burada da 

təkcə  fərman, qərar yox, bu məsələ çox ciddi nəzarət altında 

olacaqdır. Şəxsən mənim -prezidentin nəzarəti altında olacaqdır. 

Beləliklə, görürsünüz, sizinlə bizim fikirlərimiz eynidir. Bu 

gün mənə Baş nazir və nazirlər sizin burada gördüyünüz işlər 

haqqında məlumat verdilər.  İndi sizinlə onları bir də  təhlil 

edərik. 


  

 

  



 


__________________________________________ 

390


BAKI TÜTÜN FABRİKİNİN AÇILIŞI  

MƏRASİMİNDƏ NİTQ 

 

1 fevral 2000-ci il 

 

Hörmətli xanımlar və cənablar! 



Biz bu gün Azərbaycanda bazar iqtisadiyyatının, iqtisadi 

siyasətimizin həyata keçirilməsi ilə əlaqədər olan əlamətdar bir 

hadisənin  şahidiyik. Bu gün işə başlayan, yaxud açılışında 

iştirak etdiyimiz müasir, beynəlxalq texnologiya, texnika və 

standartlar səviyyəsində yenidən qurulan və istifadəyə verilən 

Bakı tütün fabriki Azərbaycanda sahibkarlığın, özəlləşdirmənin, 

bazar iqtisadiyyatının həyata keçirilməsinin  əyani bir 

nümunəsidir. 

Mən siqaret çəkən deyiləm, ümumiyyətlə, siqaret çəkənlərin 

də bu vərdişini bəyənmirəm. Məndən olsa, istərdim ki, heç kəs 

siqaret çəkməsin. Amma bu, bizdən asılı deyildir. Dünyanın hər 

yerində insanların bir qismi buna öyrənib. Beləliklə, siqaretə 

tələbat vardır. Ona görə bu sahədə  də istehsalı artırmaq və 

insanların tələbatını  təmin etmək, təbiidir ki, hər bir dövlətin, 

hökumətin borcudur. Əgər bu, bizim borcumuz olmasaydı, mən 

bu gün nə açılış mərasiminə gələrdim, nə də siqaret istehsalının 

artırılmasını bəyənmiş olardım. 

Son illər Azərbaycanın kənd təsərrüfatında tütün istehsalı 

özünəməxsus yer tutur. Təbiidir ki, tütün hər bir iqlim şəraitində 

yetişmir. Bunun üçün xüsusi iqlim şəraiti, torpaq lazımdır. 

Amma Azərbaycanın ərazisində elə bölgələr var ki, orada tütün 

yetişir və  hətta çox yüksək məhsul alınır, keyfiyyətli tütün 

istehsal olunur. 

Mən bu məsələlərlə 1970-ci illərdə çox məşğul olmuşam. 

  



__________________________________________ 

391


Çünki o vaxt biz hamımız SSRİ dövlətinin tərkibində idik. O 

vaxt SSRİ-nin xalq təsərrüfatında, iqtisadiyyatında ayrı-ayrı 

respublikalarda, bölgələrdə  kənd təsərrüfatının müəyyən 

məhsullarının istehsalı planlaşdırılırdı və həyata keçirilirdi. 

Azərbaycanın kənd təsərrüfatında tütün qədim zamanlardan 

istehsal olunur. Amma Sovetlər ittifaqında tütünə  tələbat 

artdığına, buna ehtiyac olduğuna görə - çünki Sovetlər 

İttifaqında ərazinin böyük olmasına baxmayaraq, çox az bölgədə 

tütün yetişdirmək mümkün idi - tütün istehsalının ilbəil 

artırılması tələb edilirdi. Ona görə də Azərbaycana hər il planlar 

verilirdi və bu plan ilbəil artırılırdı. Biz də bu planları yerinə 

yetirməyə çalışırdıq. 

Xatirimdədir, 1970-ci illərdə Azərbaycanda təxminən 25 min 

ton tütün istehsal olunurdu. Ancaq biz 1980-ci ildə tütün 

istehsalını 55-60 min tona çatdırdıq. Onu da bildirməliyəm ki, 

tütünçülüklə  məşğul olan bölgələr, rayonlar, təsərrüfatlar çox 

böyük gəlir götürürdülər. Çünki dövlət tütün yarpağını alarkən 

ona çox yüksək pul verirdi. Ona görə  də tütün istehsal olunan 

bölgələrdə, rayonlarda kəndlilərin tütün istehsalına həvəsi də 

artırdı. Deyə bilərəm ki, bir çox yerlərdə - o vaxt bunlar 

təsərrüfatlar, kolxozlar, sovxozlar çərçivəsində olurdu - insanlar 

hətta öz həyətyanı sahələrində  də  fərdi  şəkildə tütün islehsal 

edirdilər, onu tütün fermentasiya fabriklərinə verirdilər və 

bundan çox böyük gəlir götürürdülər. 

Mən bu gün bir faktı xatırlayıram. Təxminən 1970-ci illərin 

ortaları idi. Azərbaycanın dağ rayonu olan Kəlbəcərdə o vaxt 

əsasən maldarlıqla məşğul olurdular. Orada bitkiçilik çox zəif 

inkişaf etmişdi. Buna görə  də  kənd camaatının, yəni kənd 

təsərrüfatında işləyən adamların bir qisminin maddi vəziyyəti 

aşağı səviyyədə, gəlirləri az idi.Təklif etdilər ki, orada müəyyən 

bir sahədə tütün əkilsin. Bəziləri dedilər ki, orada tütün yetişər

bəziləri dedilər ki, yetişməz. Ancaq, xatirimdədir, biz qərar 

qəbul etdik. Həmin rayonda ilk dəfə 500 

  

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə