Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə117/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   113   114   115   116   117   118   119   120   ...   145

__________________________________________ 

407


görə yox ki, Azərbaycan içmək imkanından məhrum oldu, məhz 

ona görə ki, o illərdə, 70-ci illərdə biz üzümçülüyü geniş inkişaf 

etdirməyə başlamışdıq.  Əslində, 70-ci illərin axırlarına - 80-ci 

illərin  əvvəllərinə yaxın  şərab materiallarının təxminən üçdə 

birini biz verirdik. Sovetlər  İttifaqında 6 milyon ton üzüm 

istehsal edilirdi, onun təxminən 2 milyon tonu Azərbaycanda 

istehsal olunurdu. Biz üzüm plantasiyaları salınması üçün çox 

böyük iş aparırdıq. Doğrudur, xalqımız bundan hər halda fayda 

götürürdü, çünki üzüm çoxillik bitkidir və onu əkdikdən sonra 

məhsul götürmək üçün beş il vaxt lazımdır. Bütün bu beş il 

ərzində dövlət kolxoz və sovxozlarımızı maliyyələşdirir, böyük 

məbləğdə pul ayırırdı ki, sonra məhsul  əldə edilsin. Bunun 

hesabına kəndlərimiz çox varlandı, insanlar özlərinə yaxşı evlər 

tikdilər, avtomobil aldılar və sair. Heyif ki, 80-ci illərin 

təxminən ortalarında bu üzüm bağlarına kotan salıb onları məhv 

etməyə başladılar. 

Mən bu keçmişi xatırlamaqla demək istəyirəm ki, sosialist 

sistemində belə hallar olub, bizdə  də, sizdə  də bunlarla 

qarşılaşmışlar. Ona görə  də keçid dövrü sizin üçün də, bizim 

üçün də  çətindir. Buna baxmayaraq, biz özəlləşdirmə yolu ilə 

gedirik. 

Dedim ki, bu gün mən yüksək keyfiyyətli siqaret istehsal 

edən müəssisəyə getmişdim. Yenə deyirəm, mən siqaret 

çəkmirəm, amma siqaret çəkməyi qadağan etmək qeyri-

mümkündür, spirtli içkilər içilməsinin qadağan olunmasına 

yönəldilmiş  tədbirlər də bax, beləcə  uğursuzluğa düçar oldu. 

Amma bu məhsul lazımdır. Bu müəssisəyə 50 milyon dollar 

məbləğində sərmayə qoymuşlar və o, 5 aya tikilmişdir. Əvvəllər 

çox pis yaşayan kollektiv indi daha yüksək əmək haqqı almağa 

başlamışdır, müasir texnologiya ilə  işləyir. Ona görə  də xarici 

sərmayələrin cəlb edilməsi bizim üçün, zənnimcə, sizin üçün də 

böyük əhəmiyyətə malikdir. 

Bizim imkanlarımız genişdir. Neft sektoruna böyük 

sərmayələr gəlir. Bizdə kənd təsərrüfatı sektoruna, xalq istehlakı 

  



__________________________________________ 

408


malları, - mən həm  ərzaq, həm də  sənaye mallarını  nəzərdə 

tuturam, - istehsal sahəsinə də böyük həcmdə sərmayə qoymaq 

olar. 

Baş nazir mənə dedi ki, konkret sahələr var və biz 



əməkdaşlığı artıq təşkil edə bilərik. Mən bunu bəyənirəm və 

hesab edirəm ki, sizin səfərinizlə bünövrəsi qoyulan başlanğıc 

gələcəkdə bu baxımdan çox uğurlu olacaqdır. 

Mənə dedilər ki, siz Azərbaycanın Xarici İşlər Nazirliyi və 

İqtisadiyyat Nazirliyi ilə  sənədlər imzalayacaqsınız. Artıq bu, 

yaxşı başlanğıcdır. Bizim xarici işlər naziri mənə məruzə etdi ki, 

digər sənədlərə dair də layihələr var. Bu sənədləri hazırlamaq, 

razılaşdırmaq və onları ya ölkənizə bizim səfərimiz zamanı, 

yaxud da sizin rəhbərliyinizin Azərbaycana növbəti səfəri 

zamanı imzalamağa imkan tapmaq olar. Bir sözlə, başlanğıc 

yaxşıdır və  şadam ki, dəvətimizi qəbul edib respublikamıza 

gəlmisiniz. Hesab edirəm ki, bu başlanğıc münasibətlərimizin 

inkişafı üçün yaxşı perspektiv açır. 

Eduard Kukan: Bəli, həqiqətən, həmkarımla biz xarici işlər 

nazirlikləri arasında 

əməkdaşlıq haqqında protokol 

imzalayacağıq və ondan nazirlər, departament direktorları 

səviyyəsində daim siyasi dialoq, məsləhətləşmələr aparmaq, 

müxtəlif beynəlxalq təşkilatlarda səmərəli  əməkdaşlıq üçün 

istifadə edəcəyik. 

Əlbəttə, biz siyasi dialoqu davam etdirmək istərdik. Ona görə 

də  həmkarımı bu il Slovakiyaya səfərə  dəvət etmişəm. Siz 

bildirdiniz ki, bu yaxınlarda Yaltada, Ukrayna prezidenti 

Kuçmanın təşkil etdiyi konfransda Slovakiya prezidenti ilə 

görüşmüsünüz və mən belə başa düşdüm ki, prezidentimiz Sizi 

Slovakiyaya rəsmi səfərə dəvət etmişdir. 

Heydər Əliyev: Mən onu dəvət etdim, o da mənİ də-vət etdi. 

Eduard Kukan:  Mənə  məhz belə  də bildirmişdilər ki, 

prezidentlər bir-birini rəsmi səfərə dəvət etmişlər və indi ki- 

  



__________________________________________ 

409


min birinci gələcəyini razılaşdırmaq lazımdır. Mən bu fürsətdən 

istifadə etmək və Slovakiya prezidenti adından Sizə xatırlatmaq 

istərdim ki, bir qədər sonra razılaşdıracağımız vaxtda Siz bizə, 

Slovakiyaya səfər edə bilsəniz, biz bundan çox şad olacağıq. 

Şadam ki, Sizin parlamentin sədri ilə görüşə bildim. Çünki 

parlamentlər arasında münasibətlər də çox vacibdir və biz bu 

istiqamətdə də əlaqələr yaratmaq istərdik. 

Siz sərmayələr haqqında danışdınız. Öz iqtisadiyyatını 

gələcəkdə daha fəal inkişaf etdirmək üçün sərmayələr 

Slovakiyaya da çox gərəklidir. Xarici sərmayələrə böyük 

ehtiyacımız var, buna görə  də  Qərbin banklarının və ya iri 

şirkətlərinin Slovakiyaya gəlməsini, onların ölkəmizə  sərmayə 

qoymasını təşviq edəcək qanunlar qəbul etmişik. Siz dediniz ki, 

təsərrüfatınızın inkişafı üçün bu da lazımdır. Xarici sərmayələrə 

bizim də ehtiyacımız çoxdur və ümidvarıq ki, onlar Slovakiya 

iqtisadiyyatını irəlilətməyimizə kömək edəcəkdir. 

Onu da demək istərdim ki, biz Slovakiyanın bütün qonşuları 

ilə çox yaxşı, mehriban qonşuluq münasibətləri yaratmağa 

müvəffəq olmuşuq. Biz çexlərlə çox mehriban yaşayırıq, onlarla 

münasibətlərimiz çox yaxşıdır. Macarlarla keçmişdə  bəzi 

problemlərimiz vardı, indi isə Slovakiyadakı macar milli azlığını 

təmsil edən siyasi partiya hökumətimizə daxildir. Bizdə 

hökumət dörd siyasi partiyadan ibarət koalisiyadır, onlardan biri 

macarların partiyasıdır. 

Əlbəttə, biz bu mehriban qonşuluq münasibətlərini bundan 

sonra da inkişaf etdirmək istəyirik. Deyərdim ki, bu, Avropa 

Birliyinə daxil olmaq üçün hazırlıqdır. Çünki biz həqiqətən 

Mərkəzi Avropa dövləti olduğumuzu sübut etmək istəyirik, - sağ 

olun ki, siz coğrafi və siyasi terminologiyanı düzgün işlədirsiniz. 

Çünki biz də  həmişə deyirdik ki, biz haradan Şərqi Avropa 

ölkəsi olduq, axı biz Avropanın mərkəzindəyik və buna görə də 

bizim haqqımızda Mərkəzi və ya 

  

 

  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə