Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə116/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   112   113   114   115   116   117   118   119   ...   145

__________________________________________ 

404


  

bildirdik. Bununla əlaqədar sizin səfərinizin  əhəmiyyətli 

olduğunu bir daha vurğulayıram. 

Şadam ki, siz bizim iqtisadi imkanlarımızla, 

iqtisadiyyatımızın vəziyyəti ilə müəyyən dərəcədə tanış ola 

bilmisiniz. Cənab nazir, siz doğru qeyd etdiniz ki, Azərbaycan 

Avropa ölkəsidir. Lakin Azərbaycan Avropanın  ən ucqarında 

yerləşir. Azərbaycanın coğrafi-strateji mövqeyini də ümumən 

elə bu müyyənləşdirir, yəni Azarbaycan Qərblə Şərqin, Avropa 

ilə Asiyanın qovuşuğunda yerləşərək, onların arasında 

münasibətlərin inkişafında çox mühüm rol oynayır. Bu 

baxımdan bizim kommunikasiya imkanlarımızı, TRASEKA 

proqramına uyğun olaraq Böyük İpək yolunun bərpasına dair 

gördüyümüz tədbirləri, böyük neft və qaz ehtiyatlarına malik 

olduğumuzu bilirsiniz. 

Azərbaycan qədim neft diyarıdır, lakin son vaxtlar biz 

Azərbaycan dövlətinin yeni, müasir neft strategiyasını 

müəyyənləşdirmişik. Bu strategiya Xəzər dənizinin Azərbaycan 

sektorundakı və təbii ki, qurudakı, - belə ki, bizdə olduqca çox 

ehtiyatlara malik köhnə yataqlar var, - neft və qaz 

ehtiyatlarından fəal istifadə edilməsini nəzərdə tutur. 

Beləliklə, bizim bir cür, sizin digər üstünlükləriniz var. 

Slovakiya Avropanın mərkəzində yerləşən ölkədir, hərçənd 

Şərqi Avropa ölkəsi sayılırdı. Bir vaxtlar sosialist sisteminə, -

onda biz bunu qarşılıqlı iqtisadi yardım  şurası  və ya Varşava 

müqaviləsi adlandırırdıq, - daxil olan ölkələrə  Şərqi Avropa 

ölkələri deyilirdi. Lakin Slovakiya coğrafi cəhətdən Avropanın 

mərkəzindədir. Mən özüm bilirəm və bizdə, Azərbaycanda da 

yaxşı məlumdur ki, hətta o illərdə - sosializm dövrü illərində də 

Çexoslovakiya yüksək inkişaf etmiş  sənayesi, istehsal olunan 

malların yüksək keyfiyyəti, Çexiyada da, Slovakiyada da iri 

sənaye müəssisələrinin cəmləşməsi ilə fərqlənirdi. Ona görə də 

bütün bunlar fəal əməkdaşlığımıza əsas verir. 

  



__________________________________________ 

405


Biz sizinlə  əməkdaşlıq etməyə, eləcə  də  İpək Yolu 

proqramına - TRASEKA proqramına daha fəal qoşulmağınıza 

hazırıq. Yeri gəlmişkən, Davosda buna bir sessiya həsr 

olunmuşdu və biz orada çıxış edərək bu yolun verdiyi 

imkanlardan danışdıq. Həqiqətən, dünyanın qloballaşması 

baxımından, - ABŞ prezidenti cənab Klinton Davosda öz 

nitqində bu barədə ətraflı danışdı, - Şərq və Qərb problemi indi 

çox böyük əhəmiyyətə malikdir. Bu mənəda bizim sizinlə 

əməkdaşlığımız böyük aktuallıq kəsb edir. 

Doğrudur, mənə dedilər ki, bu sahədə bizim uğurlarımız 

hələlik çox azdır. Axı, biz yenicə başlayırıq və bu baxımdan 

bizim imkanlarımızı öyrənməkdən ötrü səfərinizin sizin üçün də 

böyük  əhəmiyyəti var. O, sizin imkanlarınızı öyrənmək, bu 

əməkdaşlığı hansı sahələrdə 

həyata keçirməyi 

müəyyənləşdirmək baxımından bizim üçün də əhəmiyyətlidir. 

Baş nazir mənə  məlumat verdi ki, siz bu məsələləri  ətraflı 

müzakirə etmisiniz və mən bununla tam razıyam. Düşünürəm ki, 

fəal əməkdaşlığı təmin etmək üçün böyük imkanlar var. 

Sizdə olduğu kimi, bizdə də bazar iqtisadiyyatının inkişafı ilə 

bağlı problemlər var, yəni biz eyni yolla - ölkələrimizi 

demokratik ölkələrə çevirmək, demokratik dövlət quruculuğu, 

bazar iqtisadiyyatını inkişaf etdirmək, özəlləşdirməni həyata 

keçirmək və s. yolu ilə gedirik. Sizdə bu proseslər gedir. Ola 

bilsin, bir qədər çox irəliləmişdir. Bu proseslər bizdə  də gedir. 

Biz xüsusən neft və qaz sektoruna xarici sərmayələrin cəlb 

edilməsində yaxşı uğurlar qazanmışıq. Özü də təkcə bu sektora 

yox. Bizdə iqtisadiyyat olduqca çoxsahəlidir, ona görə də başqa 

sektoralara da sərmayə qoyulur. Məsələn, bu gün mən siqaret 

istehsalı üzrə tamamilə yeni bir müəssisənin açılışında oldum. 

Bu müəssisəyə 50 milyon dollar məbləğində  sərmayə 

qoyulmuşdur. Doğrudur, onun məhsulu mənim o qədər də 

ürəyimcə deyildir, çünki mən siqaret çəkmirəm və hamını da 

təbliğ edirəm ki, siqaret çəkməsinlər. Lakin bu

  

 



__________________________________________ 

406


  

bizdən açılı deyildir. Siqaret çəkənlər onsuz da çakəcəklər. 

Spirtli içkilər içən insanlar onsuz da içəcəklər. 

Mən Moskvada işləyərkən, - bilirsiniz ki, mən Siyasi 

Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini idim, 

- Qorbaçov və Siyasi Büronun bəzi digər üzvləri Sovetlər 

İdtifaqında adamların spirtli içkiləri tərgitməsi vəzifəsini qarşıya 

qoymuşdular. Ancaq bütün bunlar elə kobud, inzibati və 

mənasız xarakter daşıyırdı ki, iqtisadiyyata xeyir əvəzinə, böyük 

zərər gətirdi. 

Yeri gəlmişkən, onda mən Qorbaçova dedim, bilin ki, mənim 

xalqım, Azərbaycan xalqı içən xalq deyildir, çünki etiqad 

etdiyimiz islam dini spirtli içkiləri haram buyurub. Ona görə də 

bir azərbaycanlı, Azərbaycan xalqının nümayəndəsi kimi, 

şəxsən məndən ötrü içmək və ya içməmək problemi yoxdur. 

Xalqımız  əsasən içmir, lakin Sovetlər  İttifaqında biz başqa 

xalqlarla çox yaxınlaşdığımıza görə, təbii ki, araq Azərbaycana 

da yol tapmışdır. 



Eduard   Kukan: Sizdə pivə də spirtli içki hesab edilir? 

Heydər Əliyev: Bəli. Bilirsiniz, o vaxt iş cəfəngiyyata gəlib 

çıxmışdı. Mən Siyasi Büronun bu komissiyasının üzvü idim, 

lakin Nazirlər Soveti sədrinin birinci müavini olaraq ticarətə də 

kuratorluq edirdim. İş o yerə gəlib çıxdı ki, pivəni də spirtli içki 

hesab etdilər, ona görə  də Moskvada bütün pivə zavodlarını 

bağlamağa başladılar. Halbuki, bundan bir neçə il əvvəl pivə 

zavodları, pivə istehsalı texnologiyaları satın almışdılar, o 

cümlədən Çexoslovakiyadan, onları da bağladılar.  İş o yerə 

gəlib çıxdı ki, bir akademikin başçılıq etdiyi bir qrup 

Leninqradlı alim yazdı ki, demə, uşaq kefirinin tərkibində  də 

alkoqol var və kefir istehlakını qadağan etmək lazımdır. 

Siz öz ölkənizin təcrübəsindən bilirsiniz ki, konyunktura 

həmişə özünü göstərirdi. Bax, onda da dedilər ki, «gəlin, spirtli 

içkiləri ləğv edək». Azərbaycan bundan ziyan çəkdi. Ona 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə