Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə127/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   123   124   125   126   127   128   129   130   ...   145

__________________________________________ 

439


Mən bilən, bu öncül istiqamətlər Azərbaycan DİN üçün də 

aktualdır. Odur ki, bu məsələdə biz bir-birimizi başa düşürük, 

birlikdə  işləyirik, konstruktiv səpgidə çalışırıq, bir-birimizə 

kömək edirik və  zənnimcə, nəticədə çox gözləmək lazım 

gəlməyəcəkdir. 

Hazırda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə baş 

idarələr səviyyəsində bir sıra  əməliyyat qruplarımız işləyir, 

çoxlu birgə  nəticələr  əldə edilmişdir və buna görə  də biz 

azərbaycanlı həmkarlarımızla qarşılıqlı əmakdaşlığımızı, əlbəttə, 

yüksək qiymətləndiririk. Bu yüksək səviyyədə qarşılıqlı 

fəaliyyətə görə sizin hüzurunuzda minnətdarlığımı bildirmək 

istərdim. Əlbəttə, Azərbaycanın xarici işlər naziri ilə bizə xoşdur 

ki, siz qarşılıqlı  fəaliyyətimizin səviyyəsini və  işimizi yüksək 

qiyməlləndirirsiniz. Sağ olun. 



Heydər  Əliyev: Terrorizmə, narkotiklərə, ekstremizmə, 

separatizmə qarşı mübarizə bu gün çox aktualdır, çünki bu hallar 

dünyanın müxtəlif bölgələrində, o cümlədən Rusiyada və 

Azərbaycanda, Qafqazda təzahür edir. Buna görə  də, -mən bu 

barədə Moskvada, MDB-nin iclasında da demişəm, indi də 

deyirəm, - biz, Azərbaycan və Rusiya bu məsələdə tamamilə 

eyni mövqeləri əsas tuturuq. 

Əslinə qalsa, başqa cür ola da bilməzdi, ona gorə ki, bu 

təhlükəli cinayətlər hər bir sivilizasiyalı dövlət üçün, hər bir 

demokratik dövlət üçün qorxuludur. Odur ki, bu sahədə 

qarşılıqlı fəaliyyət zəruridir, o mənəda ki, bizdə, Azərbaycanda 

keçmişdə terrorizm cəhdləri olmuşdur. Biz 1988-ci ildən 

etibarən, yəni Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan 

münaqişəsinin başlandığı vaxtdan bəri separatizmdən  əzab-

əziyyət çəkirik. Bizdə silahlı yolla dövlət çevrilişi cəhdləri, 

terror cəhdləri olmuşdur. Yeri gəlmişkən, Rusiya Federasiya-

sında gizlənmiş  və sizin idarələr tərəfindən aşkara çıxarılaraq 

bizə verilmiş bəzi cinayətkarlar bu cür niyyətlərdə olmuş və ya 

bu cür cinayətlər törətmişlər. Ona görə də bu cinayətlər 

  

 




__________________________________________ 

440


  

bizim üçün, Azərbaycan üçün xüsusilə təhlükəlidir. 

Bilirsiniz ki, Ermənistanla-Azərbaycan arasında münaqişənin 

başlandığı vaxtdan bəri Azərbaycanda, bir tərəfdən, müharibə 

gedirdi, digər tərəfdən isə ölkənin daxilində ictimai-siyasi 

sabitlik pozulmuşdu. Öz torpağını, öz ölkəsini qorumaq üçün 

silahı olan bir çox adamlar sonra bu silahdan öz şəxsi 

məqsədlərinə çatmaq, silahlı yolla hakimiyyətə yiyələnmək üçün 

istifadə etməyə başladılar və şübhəsiz ki, bu, istər terror əməlləri 

törədilməsi ilə, istərsə  də silahlı yolla dövlət çevrilişi həyata 

keçirmək cəhdləri ilə bağlı idi. Bunlar siza məlumdur. Bir də 

deyirəm,  əvvəllər bu cinayətlərin bir çox iştirakçıları Rusiyada 

gizlənmişdilər və sizin nazirliyin, onun Rusiyanın ayrı-ayrı 

regionlarındaki müxtəlif bölmələrinin köməyi ilə onlar 

yaxalandı və Azərbaycana verildi. 

Lakin bəziləri yenidən buraya soxulurdular. 1996-cı ilin 

payızını xatırlayıram. 1995-ci ildə dövlətə qarşı qiyam qaldırmış 

və dövlət çevrilişinə  cəhd göstərmiş, sonra isə müxtətif 

regionlarda - Ukraynada, Rusiyada, Şimali Qafqazda gizlənmiş, 

orada sığınacaq tapa bilmiş üzdəniraq omonçuların bir qrupu o 

vaxt Dağıstan vəsitəsilə Azərbaycana soxulmuşdular. Onların 

dövlət başçısına qarşı necə terror hərəkəti etmək və dövlət 

çevrilişini necə  həyata keçirmək barəda çox konkret planları 

vardı. 


Bu gün deməliyəm ki, o vaxtlar bizim Daxili İşlər Nazirliyi 

yaxşı  işlədi və bu adamların hamısı yaxalandı, həbs edildi və 

təbii ki, məhkəmə masuliyyətinə  cəlb olundular. Onlar bu 

məqsədlərlə Dağıstanın, digər  Şimali Qafqaz respublikalarının 

ərazilərindən istifadə edirdilər. Buna görə  də  məhz sərhədyanı 

zolaqda, xüsusən Rusiya Daxili İşlər Nazirliyinin Dağıstandakı, 

digər 

Şimali Qafqazdakı, digər 



Şimali Qafqaz 

respublikalarındakı orqanları ilə Azərbaycanın Daxili İşlər 

Nazirliyi arasında əməkdaşlıq bizim üçün çox böyük əhəmiyyətə 

malikdir. 

  



__________________________________________ 

441


Şadam ki, siz bu məsələləri müzakirə etmiş, razılaşmalara 

nail olmusunuz, müvafiq sənədlər imzalamısınız.  Əmin ola 

bilərsiniz ki, bu sahədə bizim mövqeyimiz çox dəqiq və aydındır 

- Azərbaycanda cinayət törətmiş, digər həmsərhəd dövlətlərdən 

Azərbaycana keçmiş cinayətkarları Rusiya ərazisinə 

buraxmamaq, bu cinayətkarların vaxtında yaxalanması  və 

onların  əməllərinin qarşısının alınması üçün ən fəal birgə 

tədbirlər görmək. 

Hesab edirəm ki, sizin səfəriniz, görüşləriniz, imzaladığınız 

sənədlər bu istiqamətdə daha uğurlu iş aparımasına  şərait 

yaradır. 

V l a d i m i r R u ş a y l o: Hörmətli Heydər  Əliyeviç

fürsətdən isüfadə edərək, sizin dəstəyinizə  zəmanət almaq 

istərdim. Bir sıra DaxiIi İşlər Nazirləri ilə, o cümlədən 

Azərbaycanın Daxili İşlər Naziri Ramil İdrisoviç Usubovla belə 

bir razılaşmamız var ki, terrorizmə qarşı mübarizə tədbirlərinin 

müzakirəsi üçün Daxili İşlər Nazirləri Şurasının növbədənkənar 

iclasının martın 10-11-də Moskvada keçirilməsi məqsədə-

uyğundur. Ona görə də etiraz etmirsinizsə, Daxili İşlər Nazirləri 

Şurasının iclasını keçirərdik və biz sizin rəyinizi öyrənmək, 

dəstəyinizə ümid bəsləmək istərdik. 



H e y d ə r  Ə l i y e v:  Mən bu təklifi tamamilə 

dəstəkləyirəm və çox gərəkli, faydalı hesab edirəm. Odur ki, 

bizim nazir iştirak edəcəkdir. Man bu fikirdəyəm ki, nəzərdə 

tutduğunuz görüş də çox aktualdır və fayda gətirəcəkdir. 



V l a d i m i r  R u ş a y l o: Biz Borjomi dördlüyü 

çərçivəsində çox fəal əməkdaşlıq edirik. Burada masələlər bütün 

Qafqaz bölgəsi üçün olduqca aktualdır. Ona görə  də biz 

ermənistanlı  və gürcüstanlı  həmkarlarımızla da daim əlaqə 

saxlayır və  əməkdaşlığımızı dördtərəfli  əsasda qururuq. Hesab 

edirəm ki, son vaxtlar biz müsbət mənəda xeyli irəliləmişik. 

Qafqaz prüblemləri gündəlikdə çox kəskin  şəkildə durur və 

siz bllirsiniz ki, bütün dünya Çeçenistanda aparılan antiterror 

  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə