__________________________________________
89
Bax, siz bizim hava limanından danışdınız. Mən onu 1981-ci
ildə, respublikanın rəhbəri olarkən tikdirməyə başlamışdım.
Sonra Azərbaycandan getdim. Moskvada işləyərkən, üstəlik,
Nazirlər Soveti sədrinin birinci müavini kimi nəqliyyata
kuratorluq etdiyimə görə bu işi nəzarətdə saxlayırdım və tikinti
müəyyən dərəcədə irəliləyirdi. Sonra onu tamamilə
dayandırdılar.
Mən reşpublikaya rəhbərliyə 1993-cü ildə qayıtdım və
gördüm ki, bütün bu işlər dayandırılıb, uçulub-dağılır.
Başladığım işi axıra çatdırmaq istəyirdim, amma vəsait yox idi.
Lakin işlər qaydaya düşəndən, biz vəsait əldə etməyə
başladıqdan sonra mən hava limanının tikintisi ilə məşğul
oldum. İndi bu, beynəlxalq dərəcəli hava limanıdır.
Bakının yuxarı, dağlıq məhəlləsinin abadlaşdırılmasına dair
də belə baş planım vardı və o, bu gün də var. Tikinti planı belə
idi: biz köhnə evləri uçuracaq, onların yerində isə uca müasir
yaşayış binaları və inzibati binalar tikəcəyik. Müəyyən işlər
görməyə başlamışdıq, amma sonra bütün bunlar yarımçıq qaldı.
İndi, bazar iqtisadiyyatı dövründə isə biz həmin məhəllələri
abadlaşdırmaq imkanını xarici sərmayadarlara vermişik. Onlar
rahatlığı olmayan köhnə evlərin dəyərini sahiblərinə ödəyir,
onlara başqa yerlərdə mənzillər alır, tikinti üçün yerləri boşaldır
və orada evlər ucaldırlar. Açığını deyim ki, bu işlər də uğurla
gedir.
Ancaq o illərdə də yeni binalar tikilirdi. Məsələn, şəhərin indi
sizinlə olduğumuz hissəsi və vaxtilə Kirov parkı adlandırılan
parkadək olan yuxarı hissəsi də bir vaxtlar Bakının ucqarı
sayılırdı, oraya Çəmbərəkənd deyirdilər və bu, hündür kənd
mənasını verirdi. Burada da çoxlu köhnə evlər vardı.
Çəmbərəkənddən yuxarıda, Kirov parkının olduğu, indi isə
Şəhidlər xiyabanı - Yanvar faciəsi qurbanlarının uyuduqları
xiyabanın yerləşdiyi ərazi isə qəbiristan idi. 30-cu illərdə bu
qəbiristanı dağıdıb, yerində park saldılar. Parkla şəhərin mər-
__________________________________________
90
kəzi hissəsi arasında köhnə evlər vardı. Burada işlədiyim illərdə
mən sakinləri köçürməli odum, özü də harasa deyil,
mikrorayonlara köçürdük, biz orada yaxşı evlər tikirdik.
Adamlar razı idilər, çünki köhnə evlərdə, iki otaqda yeddi-
səkkiz adam yaşayırdı, biz isə orada onlara iki-üç mənzil
verirdik.
Biz gördüyünüz bu binaları köhnə evlərin yerində tikmişik.
Məsələn, indi bizim olduğumuz binanın yerləşdiyi bu sahədən
təxminən 500 ailə köçürmüşdük. Onları köçürdükdən sonra biz
partiyanın Mərkəzi Komitəsi üçün bina tikdirdik, indi bu,
Prezident sarayıdır. Belə ki, mən buna şadam.
Yaxud, siz «Gülüstan» sarayını görmüsünüzmü? Onun
ucaldıldığı yerdə də əvvəllər adamlar çox ağır şəraitdə
yaşayırdılar. Mən oraya bir dəfə getdim, ikinci dəfə getdim -
adətən, bazar günlərində o yerlərə baş çəkirdim. Mən evlərin
bir-birinə yapışdığı bu dar küçələrdə görünən kimi, əvvəla,
mənə baxmaq üçün, ikincisi isə, öz şikayətlərini bildirmək üçün
çoxlu adam axışıb gəlirdi. Soruşdular ki, biz nə vaxtadək belə
ağır şəraitdə yaşayacağıq? İndi «Gülüstan» sarayının olduğu
yerdən biz 900 ailə köçürdük. Bu, o illərdə olmuşdur.
Belə misallar çoxdur. Yaxud, misal üçün, bizdə Respublika
sarayı var - bu, Moskvadakı qurultaylar sarayı kimidir. O yerdən
biz min ailə köçürdük. 1972-ci ildə sarayı tikdik, şükürlər olsun,
30 ilə yaxındır ki, respublikaya xidmət edir.
Belə misallar olduqca çoxdur. O vaxtlar imkanımız vardı.
Yəni, dövlət vəsaiti vardı və kim ondan maksimum səmərəli
istifadə edə bilirdisə, o da tikib-yaradırdı. Sovet İttifaqının
büdcəsindən bizə buraxılan dövlət vəsaitindən biz məhz bu
baxımdan maksimum səmərəli istifadə edirdik.
İndi isə Belə dövlət tikintisi üçün imkan yoxdur. Buna
ehtiyac da yoxdur. Çünki özəl strukturlar evlər, binalar tikirlər.
Məsələn, Milli Bankı götürək. Onun özü pul qazanır, binasını da
özü tikdirmişdir. Dövlət bir qəpik də ayırmamışdır - çünki bu
qədər vəsaiti yoxdur. Amma bu bina lazım idi. Yeri gəl-
__________________________________________
91
mişkən, bundan əvvəl Beynəlxalq Bank da özünə bina
tikdirmişdir. Yəni, bu işin mexanizmi belədir.
Özü də bütün bunlar respublikamızın çox ağır bir dövr
keçirdiyi şəraitdə baş verir. Ərazimizin 20 faizi erməni silahlı
birləşmələri tərəfindən işğal olunmuş, işğal edilmiş bu
torpaqlardan bir milyon insan qovulub didərgin salınmışdır.
Onlar çadırlarda yaşayırlar. Bir çoxu burada, tələbə
yataqxanalarında, məktəb binalarında, çox ağır şəraitdə yaşayır.
Bu, birincisi, ikincisi isə, onların çoxu işləmir. Biz gərək onları
dolandıraq. Bax, belə bir şəraitdə biz hər iki işi görə bilirik.
Bunun sirri nədədir? Sadəcə olaraq, iqtisadi islahatları
səmərəli aparmaqdadır. Səmərəli islahatlar müxtəlif
respublikalarda müxtəlif cür həyata keçirilir. Mən keçmiş Sovet
İttifaqı respublikalarını nəzərdə tuturam. Biz irəli qaçmamışıq,
amma çox geri də qalmamışıq. Sadəcə olaraq, bu işə planlı
surətdə, daha ağıllı yanaşmışıq və yanaşırıq. Buna görə də bizdə
iqtisadi islahatlar öz nəticələrini verir. Bizdə torpaq tamamilə
kəndlilərə verilmişdir və kənd təsarrüfatı məhsulunun 98 faizini
özəl sektorun hesabına əldə edirik. Yeri gəlmişkən, bu il kənd
təsərrüfatı məhsulu istehsalı 6 dəfə artmışdır,
1993-cü ildən, yəni buraya gəldiyim vaxtdan bəri biz hər gün
çörək problemi ilə məşğul olurduq. Nə etməli, unu, taxılı
haradan almalı? Çörək üçün növbəyə dayanırdılar. Ət problemə
çevrilmişdi. İndi bizdə ət problemi yoxdur, ət bizdə hər yerdən
ucuzdur. Nəyə görə? Ona görə ki, özəl sektorda mal-qaranın
sayı o vaxtlar dövlət sektorunda olduğuna nisbətən çoxalmışdır.
Vəssalam.
Əlbəttə, islahatları müxtəlif cür aparmaq olar. Hesab edirəm
ki, biz onları daha səmərəli aparırıq.
Mənə xoşdur ki, BAM-çılar məni xatırlayırlar. BAM mənim
həyatımın ən parlaq dövrlərindən biri olmuşdur. Nazirlər Soveti
sədrinin birinci müavini, Siyasi Büronun üzvü kimi Moskvada
işlədiyim dövrdə bir çox sahələrə, o cümlədən
Dostları ilə paylaş: |