Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə36/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   32   33   34   35   36   37   38   39   ...   145

__________________________________________ 

119


MƏMMƏDƏMİN RƏSULZADƏ ADINA BAKI  

DÖVLƏT UNİVERSİTETİNƏ 

 

Hörmətli müəllimlər!  



Əziz tələbələr! 

Respublikamızın ilk ali təhsil ocağı - Bakı Dövlət 

Universitetinin 80 illik yubileyi nıünasibətilə sizi, ölkəmizin 

bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edirəm. 

Azərbaycan xalqının XX əsrin  əvvəllərindən başlanmış 

kütləvi  şəkildə maariflənməsi, savadlanması prosesində Bakı 

Dövlət Universitetinin açılması  əlamətdar tarixi bir hadisə 

olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 

təşəbbüsü ilə Azərbaycanda ilk ali təhsil ocağının yaranması o 

dövrdə gedən tarixi proseslərdən doğan bir zərurət idi. 

Bakı Dövlət Universiteti 80 illik fəaliyyəti dövründə 

Azərbaycanın həyatının bütün sahələrinə güclü təsir edərək 

xalqımız qarşısında  əvəzsiz xidmətlər göstərmişdir.  Əslində, 

universitetimizin tarixi Azərbaycan təhsilinin və mədəniyyətinin 

inkişafi tarixidir. 

Respublikamızda ali təhsilin inkişafında universitet müstəsna 

rol oynamışdır. İndi ölkəmizdə onlarla ali məktəb mərkəzlərinin 

mövcud olması, Azərbaycan Respublikasının böyük ali təhsil 

potensialına malik olması  məhz Bakı Dövlət Universitetinin 

fəaliyyəti nəticəsində mümkün olmuşdur. 

Bakı Dövlət Universiteti Azərbaycan elminin inkişafına da 

olduqca güclü təsir göstərmişdir. O, yarandığı ilk dövrdən 

Azərbaycanda Elmi-Tədqiqat Mərkəzinə çevrilmişdir. Bu gün 

Azərbaycan Elmlər Akademiyasının tərkibində  fəaliyyət 

göstərən institutların əksəriyyəti Bakı Dövlət  Universiteti ilə bu 

və ya digər dərəcədə bağlıdır. 

  



__________________________________________ 

120


Azərbaycanın tərəqqisi, inkişafı  və çiçəklənməsi uğrunda 

böyük əzmlə çalışan vətənpərvar ziyalıların çoxu bu milli təhsil 

ocağının yetirmələri olmuşdur. Universitet 80 illik tarixi ərzində 

resrublikamızın elm, mədəniyyət və  ədəbiyyat sahələrinə 

görkəmli simalar bəxş etmişdir. Diqqətəlayiqdir ki, Bakı Dövlət 

Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və  təhsil 

məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, 

milli  şüurun, vətənpərvəlik ruhunun inkişafında xidmətlər 

gostərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət 

Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş 

insanların  əməyini daim yüksək qiymətləndirərək onların 

xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm. 

Əminəm ki, siz ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün 

əllərindən gələni  əsirgəməmiş  həmin nəsillərin  ənənələrini 

ləyaqətlə davam etdirəcək və Azərbaycan Respublikasının 

müstəqilliyinin, milli dövlətçiliyinin qorunub 

möhkəmləndirilməsi işinə  sədaqətlə xidmət göstərəcək milli 

kadrların yetişdirilməsində var qüvvənizi sərf edəcəksiniz. 

Bu  əlamətdar günlərdə sizə - universitetin tələbə-müəllim 

heyətinə, bütün məzunlarına, respublikamızın təhsil işçilərinə 

böyük uğurlar diləyir, hər birinizə cansağlığı  və xoşbəxtlik 

arzulayıram. 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 28 dekabr 1999-cu il 



  


__________________________________________ 

121


 

XALQ RƏSSAMI KAMİL NƏCƏFZADƏYƏ 

 

Hörmətli Kamil Nəcəfzadə! 



Sizi - Azərbaycan rəssamlıq sənətinin görkəmli 

nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən 

təbrik edirəm. 

Siz yarıməsrlik fəaliyyətiniz dövründə yaratdığınız  əsərlərlə 

Azərbaycan təsviri incəsənətinin inkişafında özünəməxsus rol 

oynamısınız. «Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi 

bir çox filmlərin quruluşçu rəssamı kimi yaradıcılığınız xüsusilə 

yüksək qiymətə layiqdir. «Bir məhəlləli iki oğlan», «Uzaq 

sahillərdə», «Mən rəqs edəcəyəm», «Ad günü» filmlərinin geniş 

şöhrət tapmasında sizin onlara verdiyiniz bədii tərtibatın öz rolu 

vardır. Azərbaycanın teatr səhnələrində bir neçə tamaşaya, o 

cümlədən Hüseyn Cavidin və  Səməd Vurğunun  əsərlərinə 

tərtibat verməklə  səhnəqrafiya sahəsində  də böyük istedada 

malik olduğunuzu nümayiş etdirmisiniz. Rəngkarlıq və qrafika 

sahələrində yaratdığınız  əsərlər sizə  sənətsevərlər arasında 

böyük rəğbət və hörmət qazandırmışdır. Fırçanızdan çıxmış 

gözəl tablo və portretlər öz mövzularının aktuallığı, orijinallığı 

və  bənzərsizliyi ilə seçilir. Dünyanın bir çox güşələrində  təşkil 

edilmiş fərdi sərgiləriniz, xarici ölkələrin muzeylərində və şəxsi 

kolieksiyalarda saxlanılan rəsm  əsərləriniz Azərbaycan təsviri 

sənətinin şöhrətini artırmışdır. 

Azərbaycan Mədəniyyət və  İncəsənət Universitetinin 

professoru kimi respublikada gənc sənətkarlar nəslinin 

yetişdırilməsi işinə xidmət edən pedaqoji fəaliyyətiniz də 

təqdirəlayiqdir. 

  

 



 

  



__________________________________________ 

122


İnanıram ki, yaradıcılığınızın müdrik dövrünü yaşadığınız 

indiki mərhələdə  sənətinizin pərəstişkarlarını bundan sonra da 

sevindirəcək və təsviri sənətimizin qızıl fondunu zənginləşdirən 

yeni əsərlər yaradacaqsınız. 

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları 

arzulayıram. 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 28 dekabr 1999-cu il 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə