Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə35/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   31   32   33   34   35   36   37   38   ...   145

__________________________________________ 

115


QAZAX MÜƏLLİMLƏR  

SEMİNARİYASININ      YARADILMASININ  

80 İLLİK YUBİLEYİNƏ  

HƏSR OLUNMUŞ ÜMÜMRESPUBLİKA ELMİ- 

PRAKTİKİ KONFRANSIN İŞTİRAKÇILARINA 

 

Hörmətli konfrans iştirakçıları!  



Əziz müəllimlər! 

Azərbaycanın milli təhsil sisteminin inkişafında müstəsna rol 

oynamış Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80 

illik yubileyi münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm. 

Zəngin mədəniyyət və  təhsil  ənənələrinə malik olan 

Azərbaycan müsəlman  Şərqində dünyəvi təhsilin gerçəkləşdiyi 

ilk ölkələrdən biri olmuşdur. XIX əsrin ortalarından başlayaraq 

Azərbaycanda gedən siyasi və sosial-iqtisadi proseslər onun 

mədəni həyatına da güclü təsir göstərmiş, böyük vüsət alan 

maarifçilik hərəkatı yeni tipli təhsil ocaqlarının yaranmasına 

təkan vermişdir. Öz xalqının gələcəyini elmdə, təhsildə görən 

görkəmli ziyalılar yeni tələblərə cavab verən müəllim 

kadrlarının hazırlanması üçün var qüvvələrini sərf etmişlər. 

Onların bu səyləri 80 il bundan əvvəl Qazax Müəllimlər 

Seminariyasının yaranması ilə  nəticələnmişdir. Vaxtilə bütün 

Yaxın Şərqə şöhrət tapan seminariyanın yaradılması Azərbaycan 

maarifçilərinin fədakarlığı və vətənpərvarliyinin canlı nümunəsi, 

Azarbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində 

yeritdiyi düzgün və məqsədyönlü siyasətin parlaq təzahürüdür. 

Qazax Müəllimlər Seminariyası 40 illik fəaliyyəti dövründə 

respublikanın müxtəlif bölgələri üçün minlərlə müəllim kadrları 

hazırlamışdır. Azarbaycanın bir sıra tanınmış elm, mədə- 

  

 

  




__________________________________________ 

116


 

niyyət və ədəbiyyat xadimləri bu təhsil ocağının yetirmələridir. 

Adları Azərbaycan  ədəbiyyatı tarixinə  qızıl hərflərlə yazılmış 

Səməd Vurğun, Osman Sarıvəlli,  İsmayıl  Şıxlı kimi görkəmli 

simalar məhz həmin seminariyanın ilk məzunları olmuşlar. 

Qazax müəllimlər seminariyasının xalqımızın mədəni 

həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində 

neçə-neçə  təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil 

məbədi özündən sonra boyük mədəni irs qoymaqla adını 

Azərbaycan maarifi tarixinə  əbədi həkk etmişdir.  Əminəm ki, 

müstəqil Azarbaycan Respublikasnın təhsil işçilərinin neçə-neçə 

nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir. 

Bu  əlamətdar gündə sizə, respublikamızın bütün təhsil 

işçilərinə  nəcib fəaliyyətinizdə böyük uğurlar diləyir, hər 

birinizə cansağlığı və xoşbəxtlik arzulayıram. 

 

HEYDƏR ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 27 dekabr 1999-cu il 



  

 

 




__________________________________________ 

117


DÜNYA AZƏRBAYCANLILARINA 

 

Hörmətli həmvətənlər!  



Əziz soydaşlarımız! 

31 Dekabr - Dünya azərbaycanlılarının həmrəylik gününün 

dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq 

mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş  ənənəyə 

çevrilmişdir. 

Qədim və  zəngin tarixə malik olan Azərbaycan xalqının 

dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil 

dövlətçilik uğrunda müqəddəs və  məsuliyyətli mübarizəyə 

səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və 

ümid anıdır. 

Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla 

soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, 

onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. 

Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya 

azərbaycanlılarının birliyi və  həmrəyliyi ideyasının  əsasını da 

məhz Azarbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-

mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim 

qorunmasına, yaşamasına qayğı təşkil edir. 

Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanı 

özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin 

müstəqillik və dövlətçilik amalları, doğma respublikamızın 

qayğıları, probleməri ilə yaşamalı, vətən qarşısında övladlıq 

borcunu dərk etməlidir. 

Bütün azərbaycanlılara, bu və ya digər tellərlə ölkəmizlə 

bağlı olan hər bir şəxsə azərbaycançılıq, vətənpərvarlik hissləri, 

tarixi torpağımıza, dilimizə, mədəniyyətimizə, mədəni irsi- 

  

 

 



  


__________________________________________ 

118


mizə  və dövlət rəmzlərimizə  məhəbbət aşılamaq hamımızın 

ümdə vəzifəsidir. 

Dünya azərbaycanlılarının həmrəyliyi XXI əsrin astanasında 

daha böyük məna və  əhəmiyyət kəsb edir. Müstəqillik 

qazandıqdan sonra ölkəmizdə dövlət quruculuğunun bütün 

sahələrində  əldə olunan mühüm nailiyyətlər Azərbaycanın 

Dünya Birliyində layiqli yer tutmasına, eyni zamanda bütün 

dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq 

haqlarının həyata keçməsinə geniş imkanlar açır. Bütün bu 

nailiyyətlərin inkişaf etdirilməsi üçün biz azərbaycançılığın 

dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx 

birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni 

əsirgəməməliyik. 

İnanıram ki, gələcəyin güclü, qüdrətli Azərbaycanı dünya 

azərbaycanlılarının bu günlərimizdə  əsası qoyulan və getdikcə 

mətinləşən həmrəyliyinin möhkəm bünövrəsi üzərində 

qurulacaqdır. 

Sizi bu ümummilli bayram münasibətilə  səmimi-qəlbdən 

təbrik edir və ali məqsədlərimizin reallaşması naminə yenilməz 

birliyə, həmrəyliyə çağırıram. 

Bayramınız mübarək olsun! 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 28 dekabr 1999-cu il 



 

  

 



 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə