__________________________________________
98
Mən gileylənmirəm, yox. Axı, məni heç kim məcbur etmir.
Yadımdadır, mən Azərbaycanda işləyərkən indi dünyasını
dəyişmiş həyat yoldaşım bəzən deyərdi: «Bura bax, sən ki
respublikanın rəhbərisən, sənə heç kim nəzarət etmir». Həyat
yoldaşım göz həkimi işləyirdi, professor, elmlər doktoru idi.
Onun işində belə bir qayda vardı - onlar səhərlər işə gəlir və işə
çıxmaq haqqında jurnala qol çəkrdilər. Təbii ki, o da klinikaya
gəlir və bu jurnala qol çəkirdi. O, mənə deyərdi: «Axı, sənə heç
kim nəzarət etmir, səndən jurnala qol çəkməyi tələb etmir. Bizə
isə nəzarət edirlər və əgər işə geciksəm, özümü pis hiss
edərəm». Bir şəxsiyyət kimi ona hörmətlə yanaşırdılar, bir də ki
axı, o, mənim həyat yoldaşım idi. O, mənə deyərdi: «işə niyə
belə tələsirsən? Sən bir qədər sonra gedə bilərsən. Sən niyə
gedirsən? Bazar günü heç kim işləmir». Mən ona həmişə belə
cavab verirdim: «bu, mənim adətimdir, ayrı cür mümkün deyil».
Hesab edirəm ki, mən öz respublikama, öz xalqıma hələ çox
illər fayda verə bilərəm.
Bax, siz neft sənayesi ilə maraqlanırsınız. Bizim neft
şirkətində daha ətraflı məlumat ala bilərsiniz.
Azərbaycanda neft sənayesi köhnə sənaye sahəsidir - burada
150 ildir sənaye üsulu ilə neft çıxarılır. Azərbaycan qədim neft
ölkəsidir. Ancaq mərhələlər var. Birinci mərhələ burada nefti
xarici konsessiyaların çıxardığı mərəhələdir. Bu, təxminən
1848-ci ildən sovet hakimiyyəti dövrünədək davam etmişdir.
İkinci mərhələ sovet hakimiyyəti dövrüdür, onda Azərbaycan
Sovet İttifaqının başlıca neft təchizatçısı idi. İkinci dünya
müharibəsi, Böyük Vətən müharibəsi illərində neftin 80 faizini
Bakı, Azərbaycan verirdi.
Yeri gəlmişkən, köhnə neftçi və bakılı, müharibə illərində
Sovet İttifaqı neft sənayesi nazirinin müavini olmuş, sonralar -
Stalin dövründə isə uzun müddət nazir işləmiş Nikolay
Konstantinoviç Baybakov Moskvada da, burada da dəfələrlə
__________________________________________
99
bəyan etmiş, öz kitabında yazmışdır ki, əgər Azərbaycan nefti
olmasaydı, Sovet İttifaqı faşizm üzərində qələbə çala bilməzdi.
Çünki bütün texnikanı yanacaqla təmin etmək lazım di. Bəs neft
yoxdursa, yanacağı haradan tapasan?
Növbəti mərhələ dənizdə, - yeri gəlmişkən,, dünyada ilk dəfə,
- neft yataqlarının kəşf olunub işlənilməyə başlandığı
mərhələdir. Bu, 50 il öncə olmuşdur.
Sonra Sovet İttifaqında zəngin neft yataqları aşkara çıxarıldı.
Yeri gəlmişkən, onların işlənilməsində Bakı mütəxəssisləri
həmişə fəal iştirak etmişlər. Ona görə də bu yerləri «İkinci
Bakı», «Üçüncü Bakı», «Dördüncü Bakı» adlandırırdılar.
Tümendə çoxlu azərbaycanlı yaşayır. Çünki Tümendə neft
hasilatına başlanılan kimi oraya Azərbaycandan çoxlu adam
göndərildi. Onlar orada məskən saldılar və indiyədək yaşayırlar.
Əlbəttə, o vaxtlar Sovet İttifaqında neft hasilatının həcmi
artmışdı və ola bilsin ki, Azərbaycan neftinin xüsusi çəkisi az di.
Bununla Belə, dənizdə nefti təkcə biz çıxarırdıq, Azərbaycan
çıxarırdı.
Yeni mərhələ artıq Azərbaycanın müstəqil dövlət olduğu və
öz iqtisadiyyatının inkişafını, öz xalqının, öz vətəndaşlarının
rifahının yüksəlməsini özünü təmin etməli olduğu dövrdür.
Təbiidir ki, biz, ilk növbədə, bu sərvətlərimizdən istifadə etməyi
qərara aldıq. Xarici şirkətləri cəlb etdik. Təəssüf ki, bəzən
Rusiyada ya anlaşılmazlığa görə, ya da qəsdən deyirlər ki,
Azərbaycanda nə üçün xarici şirkətlər işləyir? Axı, indi onlar
harada yoxdur? Rusiyada da xarici şirkətlər var. Nə üçün onlar
bir yerdə ola bilər, başqa yerdə isə ola bilməzlər?
İkincisi, bizim, - mən dənizdə neft hasilatı sahəsində dünyada
ən təcrübəli mütəxəssislər olan Azərbaycan neftçilərini nəzərdə
tuturam, - nə vəsaitimiz, nə də dənizdən neft çıxarmaq üçün
dünya praktikasında işlədilən texnologiyamız, texnikamız var.
Şimal dənizində - Böyük Britaniya və Norveç sahillərində neft
hasilatına 25 il əvvəl başlamışlar. Amma
__________________________________________
100
orada nə cür texnologiya, texnika var! Onlar nə qədər neft
çıxarırlar! Biz isə dənizdə neft hasilatına 50 il əvvəl başlamışıq,
lakin bizim belə texnikamız yoxdur. Rusiyanın da yoxdur.
Məsələn, Rusiyanın «LUKoyl» Şirkəti digər şirkətlərlə birlikdə
Azərbaycanın dəniz yataqlarının işlənilməsində fəal iştirak edir.
Lakin ona görə iştirak etmir ki, onun belə texnika və
texnologiyası var. Sadəcə olaraq, onun kapitalı var və onu «Bi-
Pi AMOKO», «Eksson» kimi başqa şirkətlərlə birlikdə bizim
yataqların işlənilməsinə qoymuşdur.
İndi bizdə Yaponiyadan başlamış Amerika Birləşmiş
Ştatlarınadək 15 ölkənin 32 şirkəti işləyir. Onların kapitalı var
və onu buraya qoyurlar. Onlar dənizin 400-500 metr
dərinliyində platforma qurmağımıza imkan verə biləcək həmin
müasir texnikanın harada olduğunu bilirlər. Onların
mütəxəssisləri var. Buna görə də biz onları cəlb etmişik. Biz
onların kapitalından, texnikasından, texnologiyasından istifadə
edirik.
Lakin əsas işi bizim mütəxəssislər görürlər. Yeri gəlmişkən,
həmin şirkətlərin Azərbaycanda uğurla işləməsi xeyli dərəcədə
bununla bağlıdır ki, bizdə çoxlu, olduqca yaxşı neftçi
mütəxəssislər var. Onlar çox yaxşı, yüksək hazırlıqlı, Xəzər
dənizinə bələd olan mütəxəssislərdir. Neft şirkətində sizə daha
ətraflı danışarlar.
Bax, bu, Azərbaycanın neft sənayesinin inkişafında yeni
mərhələdir və indi biz müstəqil dövlət olaraq, öz təbii
ehtiyatlarımızdan istifadə edirik.
Zənnimcə, mən sizin gözlədiyinizdən də çox danışdım.
Gennadi Maltsev dövlətimizin başçısını diqqətlə dinləyərək
dedi:
Heydər Əliyeviç, bizimlə görüşməyə vaxt tapdığmıza görə
çox sağ olun.
Demək istəyirəm ki, Rusiya jurnalistlərinin ünvanına
söylədiyiniz tənqidi biz ədalətli tənqid kimi qəbul edirik. Bizim
mətbuatımızda jurnalistlərin heç də hamısı peşə etikası məcəl-
Dostları ilə paylaş: |