__________________________________________
129
silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə
şəfərlər, qəsəbələr, kəndlər həddindən artıq dağıdılıb, viran
edilibdir. Bizim bu barədə dəqiq məlumatlarımız vardır. Ancaq
doğma torpaq, vətənin bu hissəsi yerindədir. Ümidvaram ki, o
torpaqlar azad edilən kimi, hamı öz yerinə qayıdacaqdır. Əmin
ola bilərsiniz ki, orada siz, biz - hamımız birlikdə Azərbaycanın
o gözəl şəhərlərini, qəsəbələrini, kəndlərini bərpa edəcəyik,
yenidən quracağıq və onları daha da gözəlləşdirəcəyik.
Bu köçkünlük, qaçqınlıq dövrü çox çəkdi. Mən bu gün bir
daha bəyan etmək istəyirəm ki, Azərbaycanın işğal olunmuş
torpaqlarının azad edilməsi sahəsində aparılan işlər bizim bütün
işimizin əsasını təşkil edir. Azərbaycanın prezidenti kimi mən
fəaliyyətimin əksər hissəsini buna sərf edirəm. Çünki bu,
müstəqil Azərbaycanın – həm bir müstəqil dövlət kimi, həm
Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək prinsipinə görə,
həm də bir milyona qədər Azərbaycan vətəndaşının öz yerinə-
yurduna qayıtması məqsədi ilə - ən böyük problemidir. Bu işlər
də gedir.
Mən bu gün sizə bir daha bəyan edirəm ki, biz işğal olunmuş
torpaqların sülh yolu ilə azad edilməsinə nail olacağıq. Mütləq
nail olacağıq! Əziz dostlar, ümid edirəm ki, 1999-cu il sizin
üçün -cöçkünlər, qaçqınlar üçün Belə ağır vəziyyətdə yaşamağın
son ili olacaqdır. Ümid edirəm ki, 2000-ci ildə biz
torpaqlarımızın azad edilməsinə nail olacağıq və siz hamınız öz
yerlərinizə qayıdacaqsınız. Amma hələlik isə burada, bu
qəsəbədə müvəqqəti yaşamaq məcburiyyətindəsiniz. Əlbəttə, bu
qəsəbə burada ev alanlar üçün indiyə qədər yaşadığınız şəraitdən
daha yaxşıdır.
Biz Yeni il qarşısındayıq. Biz Dünya azərbaycanlılarının
həmrəylik günü qarşısındayıq. Müstəqil Azərbaycan ötən səkkiz
ildə böyük nailiyyətlər əldə edibdir. Ən əsas nailiyyətimiz
müstəqilliyimizi yaşatmaq, möhkəmləndirmək və inkişaf -
etdirmək olubdur. Bu gün, yeni il ərəfəsində mən bir daha bəyan
edirəm ki, Azərbaycanın müstəqilliyini, milli azadlığını,
__________________________________________
130
suverenliyini biz hamımız birlikdə göz bəbəyimiz kimi
qoruyacağıq və XXI əsrdə Azərbaycan xalqı daim azad, firavan
yaşayacaqdır.
Qaradağ rayonu Azərbaycanın, Bakının ən gözəl
rayonlarından biridir. Bu rayon zəhmətkeşlər, neftçilər
rayonudur. Deyə bilərəm ki, Qaradağ rayonu Bakının bütün
rayonları ilə müqayisədə ən sabit, sakit bir rayondur. Bu, heç də
təsadüfi deyildir. Birincisi, öz zəhməti ilə yaşayan, əməksevar
insanlar qanunu, qaydanı heç vaxt pozmurlar, cinayət etmirlər,
hətta pis əməllərə yol vermirlər. İkincisi, Qaradağ rayonunda
Azərbaycan neftçilərinin böyük ənənələri yaşayır.
Neftçilər Azərbaycanın tarixində xalqımıza böyük sərvətlər
gətirməklə yanaşı, eyni zamanda millətimizin, xalqımızın ən
mötəbər bir hissəsi olmuşlar. Hər iş çətindir, ağırdır, amma yerin
təkindən neft çıxarmaq çox ağır, çətin işdir. Xüsusən dənizdə,
suyun dərin yerlərində külək, qasırğa zamanı və başqa ağır
şəraitdə işlərin öhdəsindən gələrək neft hasil etmək çox çətin
işdir. Belə iş həmişə insanları daha da mətinləşdirir, daha da
iradəli, onların mənəviyyatını daha da sağlam edir. Bütün
bunlara görə də neftçilər Azərbaycanda həmişə böyük hörmətə
malik olublar. Onlar bu gün də Azərbaycan cəmiyyətinin
hörmətli bir hissəsidir.
Burada həm qurudan, həm də dənizdən neft çıxarılır. Mən
dəniz neftçilərini xüsusi qiymətləndirirəm. Biz bu günlər Neft
Daşlarının 50 illik yubileyini qeyd edirik. Mən Neft Daşlarında,
Xəzər dənizinin başqa hissələrində 50 ildən bəri neft hasilatı ilə
məşğul olmuş insanların xidmətlərini xüsusi qiymətləndirirəm.
Bütün bunlar hamısı birlikdə Qaradağ rayonunun
xüsusiyyətini təşkil edir. Mən arzu edirəm ki, Qaradağ
rayonunun sakinləri bundan sonra öz ənənələrinə sadiq olsunlar,
gələcəkdə də öz işləri ilə nümunə göstərsinlər. Bizim vəzifəmiz
isə sizin rayonunuzu abadlaşdırmaq, insanların yaşayışı üçün da-
__________________________________________
131
ha da yaxşı şərait yaratmaq və Azərbaycanın har bir
vətəndaşının, o cümlədən Qaradağ sakinlərinin firavan
yaşayışını təmin etməkdən ibarətdir. Əmin ola bilərsiniz ki,
həyata keçirdiyimiz siyasi-iqtisadi islahatlar, iqtisadi siyasət,
Azərbaycan dövlətinin yeni neft strategiyası və bu strategiyanın
həyata keçirilməsi ilə əlaqədər əldə olunan real nailiyyətlər -
bunlar hamısı 2000-ci ildə və XXI əsrdə Azərbaycan xalqının
firavan yaşamasının əsasını qoyubdur.
Mən inanıram və sizi əmin edirəm ki, bir neçə ildən sonra
Azərbaycan xalqının yaşayışı tamamilə dəyişəcək, qaçqınlar,
köçkünlər öz yerlərinə qayıdıb torpaqlarını yenidən bərpa
edəcək, insanların əksəriyyəti özləri üçün iş yerləri əldə edəcək,
həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatımızı inkişaf
etdirəcək, yoxsul, ağır vəziyyətdə yaşayan insanlara böyük
sosial təminatlar veriləcəkdir. Biz bunların hamısını etməyə
qadirik. Azərbaycan dövlətinin, hökumətinin apardığı daxili və
xarici siyasət bunu təmin edir və təmin edəcəkdir.
Əminəm ki, Azərbaycanın vətəndaşları qanun-qaydaya
bundan sonra da riayət edəcək, bərqərar olunmuş ictimai-siyasi
sabitlik qorunacaq, saxlanılacaq və daha da möhkəm olacaqdır.
Azərbaycan müstəqil bir dövlət kimi dünya dövlətləri içərisində
öz həyat tərzi, iqtisadiyyatı, mənəviyyatı, mədəniyyəti, təhsili ilə
seçiləcəkdir. Mən buna inanıram.
Mən sizin hamınızı bu gün burada, Xəzərin sahilində,
Azərbaycanın gözəl bir guşəsində yaradılmış qəsəbənin açılışı
münasibətilə təbrik edirəm. Bu qəsəbədə bu gündən sonra
yaşayanların hamısına rahat yaşayış, xoşbəxtlik, səadət
arzulayıram.
Mən sizin hamınızı qarşıdan gələn Yeni il münasibətilə təbrik
edirəm. Sizi dünya azərbaycanlılarının həmrəylik günü
münasibətilə təbrik edirəm. Hamınıza cansağlığı, səadət və
işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.
Dostları ilə paylaş: |