Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə47/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   43   44   45   46   47   48   49   50   ...   145

__________________________________________ 

157


Yurdəkil Yıqıtgüdən:  Sayın cümhur başqanım, bizi qəbul 

etdiyiniz üçün minnətdarlığımı söyləyirəm. Yeni iliniz mübarək 

olsun, deyirəm.  İcazənizlə, sayın cümhur başqanı Süleyman 

Dəmirəlin sizə göndərdiyi məktubu təqdim etmək istəyirəm. 

Sayın cümhur başqanı  Dəmirəl sizin böyük səylərinizlə 

gerçəkləşdirdiyimiz bu böyük anlaşmanın hərəkətə  gətirilməsi 

üçün hansı  işlərin görülməsi barədə fikirlərini bəyan edir. Ona 

görə də bu məktubu sizə təqdim etməyi tapşırdı. 

Biz bu gün sizin nümayəndələrinizlə görüşdük. Qarşıdakı 

günlərdə Gürcüstan nümayəndələrini də çağıraraq hamımız bir 

araya gəlib məsələləri müzakirə etmək istəyirik. Təbii ki, işi 

sürətləndirmək bizim vəzifəmizdir. Sizin səylərinizlə anlaşma 

imzalandı deyə rahat otursaq bu bizə yaraşmaz. Bu sazişin 

sürətlə gerçəkləşməsi üçün həm Türkiyədə, həm də 

Azərbaycanda siyasi iradə olduğunu da bilirik. Ona görə  də 

bizim vəzifəmiz sizin də göstərişləriniz  əsasında bu işi  ən qısa 

zamanda gerçəkləşdirmək üçün lazımi addımlar atmaqdan ibarət 

olacaqdır. 



Heydər  Əliyev:  Şübhəsiz. Mən öz fikrimi dedim. Əziz 

dostum, qardaşım cümhur başqanı Süleyman Dəmirəlin 

məktubunu da diqqətlə oxuyacağam. Güman edirəm, o da 

burada eyni fikirləri yazıbdır. Mən də eyni fikirdəyəm. Amma 

unutmaq lazım deyil ki, biz bu anlaşmanı imzalamışıq, lakin bu 

anlaşmanın  əleyhinə olan dairələrdə, yəni dövlətlərdə  hələ indi 

də belə fikirlər var ki, bunu həyata keçirmək mümkün 

olmayacaqdır. Guya başqa alternativ şeylər təklif edəcəklər. 

Belə fikirlər dolaşır, siz onu bilin. Ona görə  də biz vaxtı 

itirməməliyik. Biz – dövlət başçıları, hökumət başçıları öz 

borcumuzu yerinə yetirmişik.  İndi iş sizin əlinizdədir - yəni 

sizin, bizim, Gürcüstanın. 

Bizim bu işlə  məşğul olan adamlarımız mənim qəti  əmrimi 

alıblar ki, bununla ciddi məşğul olsunlar və vaxtı itirməsinlər. 

  

 

  




__________________________________________ 

158


 

Amma gərək hamı - həm Azərbaycan, həm Gürcüstan, həm də 

Türkiyə bu işə eyni sürətlə yanaşsın. Vaxtı itirmək lazım 

deyildir. Mənim başqa fikrim ola bilməz. Hesab edirəm ki, biz 

artıq əməli işə başlamalıyıq. 

Yurdəkil Yıqıtgüdən: Sayın cümhur başqanım, biz buraya 

gəlməzdən öncə Gürcüstana səfər etdik. Cənab  Şevardnadzeyə 

də cümhur başqanımızın məktubunu verdik. Biz az sonra 

bununla bağlı aldığımız məlumatı da, icazə versəniz, sizə 

bildirmək istəyirik. Bu məsələdə cümhur başkanı  Dəmirəlin 

fikirləri də eynən sizin fikrinizlə  səsləşir. Hörmətli 

Şevardnadzenin fikri də bu cürdür. Hesab edirik ki, bu 

anlaşmanın  əleyhinə olanlar yeni güc toplayıb layihəyə qarşı 

bəzi fikirləri yaymağa çalışacaqlar. 

Heydər  Əliyev:  Bəli, bəli. Mətbuatda məqalələr yazırlar, 

fikirlər söyləyirlər. Bəziləri elə fikir yaradırlar ki, bu, real deyil, 

bu işi görə, yəni boru xəttini tikə bilməyəcəklər. Bəziləri yenə 

də deyir ki, kəməri tikə bilməyəcəklər, ona görə ki, o qədər neft 

yoxdur.  Şübhəsiz ki, bu fikirlər bütün məsələlərə  mənfi təsir 

edir. Ancaq neft də var, boru xəttini də tikəcəyik. Amma bunu 

nə qədər tez başlasaq, bu işin qarşısını almaq istəyənlərin ağzını 

o qədər tez yumacağıq. Yummaq lazımdır! 

 

 

 



 

 

 



 

 

 



 

  



__________________________________________ 

159


RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ  

AZƏRBAYCAN XALQINA TƏBRİK 

 

Mərhəmətli, rəhmli Allahın adı ilə!  



Əziz bacı və qardaşlar!  

Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı 

münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 

On dörd əsrə yaxındır ki, ilahi hikmətlər xəzinəsi Qurani-

Kərimin insanlara nazil edildiyi Ramazan ayında bu əvəzsiz 

nemətə görə minnətdarlıq islam aləminin ayrılmaz hissəsi olan 

Azərbaycanda da oruc tutmaq, namaz qılmaq, dualar etməklə 

bildirilir. Ramazan ayı günlərində müsəlmanlarımız müqəddəs 

amallar uğrunda fədakarlıq göstərməyə, öz borc və  vəzifələrini 

yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirirlər. İslamın bu 

mübarək ayı  həm də  cəmiyyətimizdə  həmrəyliyin, dini-mənəvi 

birliyin möhkəmləndirilməsi işinə xidmət edən gözəl bir 

fürsətdir. 

Ramazan ayının başa çatması ilə onun sınağından ləyaqətlə 

çıxmış hər bir müsəlmanın bu gün bayram etməyə, öz müqəddəs 

borcunu yerinə yetirməkdən doğan sevinc və  fərəh hisslərini 

bildirməyə tam haqqı vardır. Respublikamızın müsəlmanları bu 

bayram günlərində Allaha inam, vətənə  və xalqa sədaqətlərini 

bir daha nümayiş etdirir, cəmiyyətdə mehribanlıq və qardaşlıq 

tellərinin möhkəmləndirilməsi üçün daha böyük əzmkarlıq 

göstərirlər. 

Həyatdan getmiş yaxınların, xalqımızın qəhrəman oğul və 

qızlarının - Azsrbaycanın azadlığı, müstəqilliyi və  ərazi 

bütövlüyünün müdafiəsi uğrunda öz canlarını vermiş şəhidlərin 

xatirələrini bu əziz bayram günlərində yad etmək gözəl bir 

ənənəyə çevrilmişdir. Öz adlarını xalqımızın qəhrəmanlıq sal- 

  

 



__________________________________________ 

160


naməsinə  həmişəlik yazmış  şəhidlərimizin hamısına rəhmət, 

onların ailələrinə  və qohum-əqrəbalarına səbr diləyirəm. 

Əminəm ki, şəhidlərimizin həyatı bahasına  əldə edilmiş 

müstəqilliyimiz daha da möhkəmlənəcək və dönməz olacaq, 

respublikamız həqiqi demokratik dövlət quruculuğu, sosial-

iqtisadi inkişaf yollarında yeni böyük uğurlar qazanacaq, 

xalqımız xoşbəxt, firavan həyata qovuşacaqdır. 

İnanıram ki, ölkəmizdə sülhün və  əmin-amanlığın tam 

bərqərar olacağı, işğal edilmiş torpaqlarımızın azad ediləcəyi, 

qaçqın və köçkün düşmüş soydaşlarımızın öz ev-eşiklərinə 

qayıdacaqları gün uzaqda deyildir. 

Xalqımızın bu amallarının gerçəkləşməsi naminə hamınızı 

daha böyuk əzmkarlıq, qətiyyat və  həmrəylik nümayiş 

etdirməyə çağırıram. 

Ulu Tanrıdan sizə möhkəm cansağlığı, xoş bayram əhval-

ruhiyyəsi, doğma Azərbaycanımızın tərəqqisi yolundakı 

işlərinizdə böyük uğurlar arzulayıram. 

Qoy bu əziz günlərdə etdiyiniz bütün pak niyyətlər 

gerçəkləşsin! 

Bayramınız mübarək olsun! 

 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 7 yanvar 2000-ci il 



  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə