__________________________________________
153
(«Ekonomiçeskaya jizn» qəzeti,
nömrə 2, yanvar 2000-ci il)
İSVEÇRƏ KONFEDERASİYASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ADOLF OQİYƏ
Hörmətli cənab prezident!
İsveçrə Konfederasiyasının prezidenti seçilməyiniz
münasibətilə sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası
arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük
əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı
əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və
inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə
xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 yanvar 2000-ci il
__________________________________________
154
AZƏRBAYCAN XRİSTİANLARINA
Hörmətli həmvətənlər!
Xristianların müqəddəs Milad bayramı - İsa peyğəmbərin
mövludu münasibətilə sizi ürəkdən təbrik edir, bu əziz gündə
hamınıza ən xoş arzularımı bildirirəm.
Bu mübarək bayram 2000-ci ildə bütün dünyada olduğu kimi,
Azərbaycanda da xüsusi təntənə ilə qeyd edilir. Xristianlığın
ölkəmizdə qədim tarixi vardır. Qafqazda xristianlığın ilk
məbədləri məhz Azərbaycan torpağında yaradılmışdır. Əsrlər
boyu Azərbaycanda İslam, yəhudi və xristian dinləri yanaşı
mövcud olaraq insanlar arasında sülh və əmin-amanlıq,
mehriban dostluq və qardaşlıq münasibətlərinin yaranmasında
əvəzsiz rol oynamışdır. Azərbaycan xalqına xas olan
insanpərvarlik və tolerantlıq kimi yüksək mənəvi keyfiyyətlər
tarixən Azərbaycanda milli-irqi ayrı-seçkilik, dini dözümsüzlük
zəminində humanizmə zidd halların baş verməsini istisna
etmişdir.
XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş
Azərbaycan Respublikası bu gün də öz tarixi ənənələrinə
sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı
olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq
prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan
və dini etiqad azadlığına malikdir. Vətəndaş cəmiyyətinin əsas
prinsiplərinin bərqərar olduğu bir dövrdə ölkəmizdə yaşayan hər
bir insana öz dini dəyərlərini, milli adət-ənənələrini qoruyub
saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün
demokratik hüquqi siyasi şərait yaradılmışdır.
Müstəqilliyimizə aparan yollarda bir daha əmin olduq ki,
Azərbaycanda bütün konfessiyaların nümayəndələri həm fə-
__________________________________________
155
rəhli, həm də çətin anlarda həmişə bir yerdə olmuşlar. Müstəqil
Azərbaycan Respublikasının tam və
bərabərhüquqlu
vətəndaşları olan xristian icması bu gün də cəmiyyətimizin
ayrılmaz hissəsidir və onlar əsl vətandaşlıq əzmi ilə həyatımızın
bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi
və inkişafı üçün əllərindən gələni əsirgəmirlər.
Əziz bayramınız - İsa peyğəmbərin mövludu münasibətilə
hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı və
xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6yanvar 2000-ci il
__________________________________________
156
TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİ
*
İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
6 yanvar 2000-ci il
Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş
gəlmisiniz. Mən bilirəm ki, siz burada sizi də, bizi də
maraqlandıran məsələ barədə danışıqlar aparmısınız. Onu qeyd
etmək istəyirəm ki, biz Bakı-Ceyhan neft boru kəməri haqqında
qərar qəbul etməyə, yəni anlaşma əldə etməyə 5 il çalışdıq və
bunu əldə etdik. Ancaq ondan sonra işlər zəifləyibdir. Ona qədər
isə sürətlə, qızğın gedibdir. Məndə belə təsəvvür əmələ gəlir ki,
indi hamı rahatlandı. Öncə çoxları fikirləşirdi ki, olacaq,
olmayacaq? Mən Türkiyəyə gedəndə hər biri məndən soruşurdu
ki, nə üçün gecikdi, niyə olmadı? Mən hər dəfə deyirdimki,
olacaq.
İndi, olandan sonra hamı sakitləşdi. Bu, əlbəttə, məni narahat
edir. Çünki biz gərək bu işi indiyə qədər apardığımız sürətlə indi
də aparaq. Amma indiyə qədər bir çox problemlər vardı, onları
həll etmək lazım idi. Ona görə vaxt çox getdi. Ancaq indi bu
problemlər yoxdu. Sadəcə, layihəni hazırlamaq, danışıqlar
aparmaq və işə başlamaq lazımdır. Mənim fikrim budur. Amma
siz nə danışıqlar aparmısınız, nə qərara gəlmisiniz - mən
bilmirəm.
*
Nümayəndə heyətinə - enerji və təbii ehtiyatlar nazirinin müavini Yurdəkil Yıqıtgüdən,
xarici işlər nazirinin müavini Mutat Balkan və Xarici İşlər Nazirliyi Enerji Departamentinin rəisi
Hacı Sarıbaş daxil idilər.
Dostları ilə paylaş: |