Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə44/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   40   41   42   43   44   45   46   47   ...   145

__________________________________________ 

145


etməlidir. Bu, bizim müstəqilliyimizin daha da 

möhkəmlənməsinə kömək edəcək və beynəlxalq aləmdə 

ölkəmizin hörmətinin artmasını təmin edəcəkdir. 

İctimai-siyasi sabitliyin təmin olunması uğurlu xarici siyasət 

aparmaq üçün əsasdır. Amma eyni zamanda ölkəmizdə vətəndaş 

sülhünün, vətəndaş birliyinin təmin olunması üçün də çox vacib 

əsasdır. Bizim cəmiyyətimiz artıq irəliyə gedib, inkişaf edibdir. 

Cəmiyyətdə müxtəlif fikirli qüvvələr, siyasi partiyalar, ictimai 

təşkilatlar var. Bunlar hamısı təbii hallardır. 

Ancaq həm Azərbaycanın daxili vəziyyəti üçün, həm də 

xarici siyasəti üçün gərək hamı xalqımızın ümummilli 

mənəfeyinə xidmət etsin. Mən istərdim ki, 2000-ci il 

Azərbaycanda vətəndaş  cəmiyyətinin inkişafı üçün böyük bir 

mərhələ olsun. Mən istərdim ki, 2000-ci il xalqımızda birliyin

həmrəyliyin daha da yüksəlməsini təmin etsin. Vətəndaş birliyi, 

vətəndaş  həmrəyliyi - bu, bizim üçün çox vacibdir. 

Azərbaycanın prezidenti kimi mən bu yolda bundan sonra da 

əlimdən gələni əsirgəməyəcəyəm. 

2000-ci il bizim ölkə üçün böyük dönüş ili olmalıdır. 

Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması yolunda 

indiyə qədər aparılan işlər onu göstərir ki, biz sülhə yaxınlaşırıq. 

Mən ümid edirəm ki, 1999-cu il bunun üçün son il olacaqdır. 

Yəni sülh əldə etmək, bu vəziyyətdən çıxmaq üçün son il 

olacaqdır. Görulən işlər onu göstərir ki, 2000-ci ildə biz 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll 

edilməsinə nail ola bilərik, işğal olunmuş torpaqların azad 

edilməsinə nail ola bilərik, yerindən-yurdundan didərgin düşmüş 

soydaşlarımızın öz evinə, doğma torpağına qayıtmasına nail ola 

bilərik, sülhün yaranmasına nail ola bilərik. 

Sülh hər bir ölkə üçün lazımdır. Bizim ölkə üçün xüsusən 

lazımdır. Çünki 1988-ci ildən bəri Azərbaycan xalqının keçdiyı 

ağır, çətin və faciəli həyat onu göstərir ki, biz sülhə nail 

olmalıyıq, ərazi bütövlüyümüzü təmin etməliyik, işğal olunmuş 

  

 




__________________________________________ 

146


  

torpaqları azad etməliyik. Bunun üçün əsas yaranır. Ümidvaram 

ki, işğal olunmuş torpaqlardan didərgin düşmüş soydaşlarımız 

2000-ci ildə öz doğma torpaqlarına qayıda biləcəklər. 

Ümumiyyətlə, Cənubi Qafqazda sülhün yaranması, 

əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Qafqazda sülhün 

yaranması bütün ətraf dövlətlər üçün lazımdır. Azərbaycan üçün 

də çox lazımdır. Biz bu sahədə öz xidmətlərimizi göstərmişik və 

bundan sonra da göstərəcəyik. 

Bir sözlə, mən 2000-ci ilə böyük nikbinliklə baxıram. 

İnanıram ki, biz 2000-ci ildə yeni-yeni uğurların şahidi olacağıq. 

Bu gün Dünya azərbaycanlılarının həmrəylik günüdür. Bu, 

bizim üçün çox əziz gündür. Çünki indi dünyada 

azərbaycanlıların müstəqil dövləti var - Azərbaycan 

Respublikası, müstəqil Azərbaycan. Ancaq Dünya 

azərbaycanlılarının hamısının həmrəy olmasına da ehtiyac 

çoxdur. Mən bu gün, bu bayram günü, 2000-ci ii ərəfəsində 

bütün Dünya azərbaycanlılarına daha da çox həmrəylik, dostluq, 

mehribanlıq arzulayıram. 

Müstəqil Azərbaycan dövləti dünyada yaşayan bütün 

azərbaycanlılara öz hörmət, ehtiramını bildirir və  hər bir 

azərbaycanlının rahat, firavan yaşamasını arzu edir. 

Əziz dostlar, 2000-ci ili biz hamımız böyük həvəslə 

qarşılayırıq. Bu münasibətlə sizə hörmət və ehtiramımı 

bildirirəm. Yeni il bayramı münasibətilə sizi bir daha ürəkdən 

təbrik edirəm! 

Bayram təbriklərimi ilk növbədə Azərbaycanın torpaqlarının 

keşiyində duran əsgərlərimizə, zabitlərimizə - ordumuza, silahlı 

qüvvələrimizə göndərirəm. Onların işi hamıdan ağır və çətindir, 

arama eyni zamanda hər bir işdən şərəflidir. 

Bayram təbriklərimi ağır vəziyyətdə yaşayan, köçkün 

vəziyyətində, qaçqın vəziyyətində yaşayan soydaşlarıma 

göndərirəm. Bir daha əmin edirəm ki, belə  ağır vəziyyətdə 

yaşama- 


  


__________________________________________ 

147


ğınız sona çatacaqdır. Ümid edirəm ki, siz 2000-ci ildən sonra 

2001-ci ili öz doğma torpaqlarmızda qarşılayacaqsınız. 

Şəhid ailələrini, Qarabağ müharibəsi  əlillərini xüsusi təbrik 

edirəm və onlara öz hörmət-ehtiramımı bildirirəm. Biz onlara 

həmişə qayğı  və diqqət göstərmişik və bundan sonra da 

göstərəcəyik. 

Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına 2000-

ci ildə yeni uğurlar arzulayıram. Bayramınız mübarək olsun! 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

  

 



 

 

  



 

  



__________________________________________ 

148


SUDAN RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ 

CƏNAB ÖMƏR HƏSƏN ƏHMƏD ƏL-BƏŞİRƏ 

 

Zati-aliləri! 

Sudan Respublikasının müstəqillik gününün ildönümü 

münasibətilə sizi və qardaş Sudan xalqını səmimi-qəlbdən təbrik 

edir, sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və 

tərəqqi arzulayıram. 

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Sudan 

Respublikası arasında dostluq və  əməkdaşlıq  əlaqələri inkişaf 

edərək xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 1 yanvar 2000-ci il 



  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə